/ / Dövlət başçısının əhalinin tibbi müayinədən keçirilməsi barədə tapşırığı Nərimanov rayonunda uğurla icra olunur
Dövlət başçısının əhalinin tibbi müayinədən keçirilməsi barədə tapşırığı Nərimanov rayonunda uğurla icra olunur
07.02.2015 [11:06]
Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsi olaraq ölkəmizdəki sosial-iqtisadi tərəqqi səhiyyə sahəsində də yüksək nailiyyətlərin əldə edilməsinə əlverişli şərait yaradıb.
AzərTAc xəbər verir ki, dövlət başçısının fevralın 2-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Bakının Nərimanov rayonunda da uğurla icra edilir.
Fevralın 6-da rayon ərazisində yerləşən 8 nömrəli şəhər poliklinikasında sakinlərin tibbi müayinəsi keçirilib. Ölkəmizdə gedən abadlıq-quruculuq işlərinin tərkib hissəsi olaraq əsaslı təmirdən çıxmış poliklinikada səhər tezdən olmasına baxmayaraq rayonun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar, pensiyaçılar axın-axın poliklinikaya gəlirdilər. Rayon sakinlərinin mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları işin yüksək səviyyədə təşkilindən xəbər verirdi.
Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova bildirib ki, rayonda olan bütün səhiyyə müəssisələri müayinələrin aparılmasına tam hazırdır. Artıq poliklinikalarda müayinələrə başlanılıb. Müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Əlbəttə, bütün bunlar ölkə başçısı İlham Əliyevin xalqımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
İ.Mahmudova fevralın 2-dən etibarən rayon üzrə 3 min 917 nəfərin müayinələrdən keçdiyini, xəstəlik aşkar olunan 477 nəfərə ambulator, 20 nəfərə isə stasionar müalicə təyin edildiyini diqqətə çatdırıb.
Poliklinikanın baş həkimi Tamilla Kərimova isə rəhbərlik etdiyi müəssisənin ən müasir avadanlıqlarla təchiz olunduğunu, eləcə də vətəndaşların tibbi yoxlamalardan keçmələri üçün poliklinikanın hazır vəziyyətə gətirildiyini, məktəblərdə, uşaq bağçalarında müayinələr aparılması, həmçinin poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərilməsi üçün səyyar briqadaların yaradıldığını bildirib.
Müayinədən keçənlər poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılıq edirlər. Rayonun yaşlı sakini Aydın Quliyev deyir ki, dövlət başçısının bu təşəbbüsü ancaq alqışa layiqdir. Bu onu göstərir ki, hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyev, həm də onların sağlamlıqlarının qeydinə qalır.
Rayon sakini Eldar Bayramov isə bildirib: “Bütün müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni xoş üzlə qarşıladılar. Bizim kimi imkansız insanlara müayinə olunmaq imkanı yaratdığına görə dövlət başçına təşəkkür edirəm”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

