“Bakcell”in sponsorluğu ilə universiada keçirilib
28.01.2015 [10:00]
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkətinin dəstəyi, Gənclər və İdman Nazirliyi və “Xəzər” İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə “ƏlfəCIN” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” oyunu üzrə universiada təşkil olunub. Şirkətdən verilən məlumatda qeyd olunur ki, “ƏlfəCIN” layihəsinin əsas məqsədləri intellektual oyunlar hərəkatını genişləndirmək, gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaq, onların intellektual potensialını üzə çıxarmaq və təhsildə yeni uğurlara yol açmaqdır. Sözügedən layihədə iştirak hamı üçün sərbəstdir. Layihə çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə “Nə? Harada? Nə zaman?”, “Breyn Rinq”, “Xəmsə” və “Fərdi Oyun” üzrə yarışlar təşkil olunur.
Paytaxtda təşkil olunan universiadanın qalibi Bakı Dövlət Universitetinin “BDU” komandası olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “ADİU” komandası ikinci, Dövlət İdarəçilik Akademiyasının “BuenDİA” komandası isə üçüncü yeri qazanıb. Qaliblər kubok, medal və “Bakcell” tərəfindən təqdim olunan hədiyyələrlə mükafatlandırılıblar.
Məlumatda qeyd olunur ki, “Nə? Harada? Nə zaman?” üzrə universiadanın seçim turları Bakıda və respublikanın bir çox rayonlarında keçirilib. 16 bölgədən finala vəsiqə qazanmış 66 komanda öz intellektual bacarıqlarını nümayiş etdirmək imkanı əldə edib. 500-ə yaxın gəncin iştirakı ilə baş tutan finalda ölkənin ən güclü tələbə komandaları iştirak edib. 60 sualdan ibarət olan oyun marafonunun suallar paketinin redaktoru Oktay Məhərrəmov olub. Tələbələrin dünya görüşü və bilik səviyyəsinin yoxlanılmasına yönəlmiş suallar gənclərin Azərbaycan və dünya haqqında bildiklərini imtahana çəkib. Universitetlərdəki qış imtahan sessiyasından sonraya təsadüf edən intellektual yarışma tələbələr üçün əsl sınaq olub. Qalib komandaya, həmçinin, “Bakcell” tərəfindən xüsusi hədiyyə də təqdim olunub. Belə ki, “BDU” komandasının bütün üzvləri “Bakcell” şirkətinin “Smart Start” təcrübə proqramında iştirak üçün vəsiqə qazanıblar. Bu təcrübə proqramı gənclərə “Bakcell” şirkətində 2 ay ərzində təcrübə keçmək və təqaüd ilə təmin olunmaq imkanı verir.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxİdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26

