TURKPA-nın Baş katibi J.Asanov MŞ-nin sədri Ə.Amaşovla görüşüb
21.10.2014 [09:59]
Dünən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkdilli Ölkələrin Parlament Assambleyasının (TURKPA) Baş katibi Jandos Asanovu qəbul edib. Qazaxıstanlı qonağı salamlayan Şura sədri bildirib ki, müasir reallıqda belə bir qurumun mövcudluğu türkdilli ölkələrin hərtərəfli inteqrasiyasının sürətləndirilməsi baxımından mühüm faktordur. Bu prosesə dövlət rəhbərləri, ictimai-siyasi xadimlər və digər sahə təmsilçiləri ilə yanaşı, jurnalistlər, media qurumları da sanballı töhfələrini verə bilərlər.
MŞ sədri qonağa sıralarında Azərbaycanda müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrini, tanınmış jurnalist təşkilatlarını birləşdirən Mətbuat Şurasının fəaliyyət istiqamətlərində bu məsələnin də diqqət mərkəzində saxlanıldığını deyib. O əlavə edib ki, indiyədək qurultayları Türkiyə, Azərbaycan və Qırğızıstanda düzənlənən türkdilli ölkələrin və toplumların media təmsilçilərinin qurultayları da həmin sahədə səylərin birləşdirilməsinə xidmət göstərməkdədir.
J.Asanov ilk plenar iclası 29 sentyabr 2009-cu ildə Bakıda keçirilən TURKPA-nın mövcud olduğu 5 il ərzində bir sıra uğurlara imza atdığını konkret faktlar əsasında göstərib. Baş katib vurğulayıb ki, 2011-ci ilin aprelindən quruma sədrlik edən Qazaxıstanda türkdilli ölkələrin qarşılıqlı əlaqələrinin genişləndirilməsində medianın roluna xüsusi diqqət yetirilir. O, TURKPA-nın Mətbuat Şurası ilə əməkdaşlığının da buna təsirsiz ötüşməyəcəyinə əminliyini bildirib.
Görüşdə bu istiqamətdə silsilə tədbirlərin keçirilməsi məqsədəmüvafiq sayılıb. Həmin coğrafi məkanda qarşılıqlı səfərlərin, təcrübə mübadilələrinin təşkili, yerli dilləri bilən jurnalistlərin yetişdirilməsi, xəbər portallarında türk dilinin müxtəlif qruplarına aid variantların yayımlanması və s. məsələlərin reallaşdırılması üzərində iş aparılması razılığına gəlinib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

