“ADA” Universitetində “Bakı dialoqları” adlı yeni layihənin icrasına başlanıb
12.06.2014 [09:33]
İyunun 11-də “ADA” Universitetində yeni uzunmüddətli layihə olan “Bakı dialoqları” adlı silsilə tədbirlərin keçirilməsinə başlanıb.
AzərTAc xəbər verir ki, layihə çərçivəsində ilk görüş-müzakirə Pekin Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dekanı və nüfuzlu “Foreign Policy” jurnalı tərəfindən 2012-ci ilin “Top 100 qlobal mütəfəkkir” siyahısına daxil olan professor Cisi Uanq ilə keçirilib. Davos Forumu formatında keçirilən görüş “Çinin Avrasiyada geostrategiyası” mövzusuna həsr olunub.
“ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, bu yeni layihənin əsas məqsədi Bakı şəhərini müzakirə, ideya mübadiləsi və tədqiqat mərkəzinə, önəmli beynəlxalq məsələlərlə bağlı yeni fikirlərin yarandığı, nəzər-nöqtələrinin müzakirə edildiyi bir şəhərə çevirməkdir.
Diqqətə çatdırılıb ki, “Bakı dialoqları” çərçivəsində dünyanın hər yerində akademik tədqiqatlarda istifadə üçün faydalı olacaq məsələlərin müzakirəsi baş tutacaq. İl ərzində dörd dəfə keçirilməsi nəzərdə tutulan müzakirələr ictimaiyyət üçün açıq olacaq.
Pekin Universitetinin dekanı Cisi Uanq görüşdə təqdimatla çıxış edərək Çinin iqtisadiyyatı, Avrasiyadakı geostrateji mövqeyi haqqında ətraflı məlumat verib. Çinin iqtisadi baxımdan inkişaf etdiyini deyən C.Uanq ölkənin Azərbaycan ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.
Alim bu yaxınlarda Şanxayda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının sədri Si Cinpinin görüşünü xatırladıb.
Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.
Müzakirələr “ADA” Universitetinin internet səhifəsinə video formatda yüklənəcək, çıxışların mətni isə rüblük “Bakı dialoqları” jurnalında çap olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

