Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qaradağ rayonunda əhalinin tibbi müayinəsi uğurla davam edir

Qaradağ rayonunda əhalinin tibbi müayinəsi uğurla davam edir

05.04.2014 [10:48]

Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbarı tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Qaradağ rayonunda böyük ruh yüksəkliyi ilə icra olunur.
Tibbi müayinələrin yüksək səviyyədə təşkil edilməsi üçün Qaradağ Rayon İcra Hakimiyyətində yaradılmış komissiya əhali arasında planlı formada maarifləndirici tədbirləri davam etdirir.
İcra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, sakinlərin dispanserizasiyası 6 səhiyyə ocağında aparılır. İndiyədək rayon üzrə 20 minə yaxın vətəndaş tibbi müayinədən keçib. Onlardan 2225 nəfəri dispanser qeydiyyata götürülüb, 234 nəfər stasionar müalicəyə cəlb olunub.
Xəstəlik aşkar edilən şəxslərin müalicəsi istiqamətində də işlər görülür, onlar pulsuz dərmanlarla təmin olunurlar. Eyni zamanda, müəssisələrdə işləyən həkimlərdən ibarət yaradılmış səyyar briqadalar xəstəxanalara gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Aparılan kütləvi tibbi müayinələr insanlar arasında bir sıra xəstəlikləri erkən aşkar etməyə, vaxtında və dəqiq müalicə aparmağa imkan yaradır.
Xəstəxanalarda yaradılan şəraitdən razılıq edən rayon sakinləri dövlət başçısının tapşırığı ilə həyata keçirilən bu aksiyanı yüksək qiymətləndirirlər.

Paylaş:
Baxılıb: 1232 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31