/ / Azərbaycan Texniki Universitetində təhsildə innovasiyaların tətbiqi ilə bağlı layihəyə yekun vurulub
Azərbaycan Texniki Universitetində təhsildə innovasiyaların tətbiqi ilə bağlı layihəyə yekun vurulub
19.03.2014 [09:49]
Dünən Azərbaycan Texniki Universitetində (AzTU) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) dəstəyi ilə keçirilən Təhsil İnformasiya Sisteminin Yaradılması layihəsinin başa çatması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə AzTU-nun rektoru Havar Məmmədov, KOİCA-nın prezidenti Yonq Mok Kim, KOİCA-nın Azərbaycan ofisinin rezident nümayəndəsi Eun-suk Kim, eləcə də, universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.
Tədbirdə çıxış edən AzTU-nun rektoru Havar Məmmədov bildirib ki, layihənin əsas məqsədi ATU üçün Koreya ali təhsil müəssisələrində istifadə olunan texnologiyalar əsasında təhsil məlumat sisteminin yaradılmasıdır. Onun sözlərinə görə, tələbələr sistemə daxil olmaqla öz nailiyyətləri və davamiyyət barədə məlumatlar əldə edə bilərlər. H.Məmmədov əlavə edib ki, bu layihənin icrası ilə kağızsız sistemə keçid təmin olunacaq. Həmçinin, yaradılan sistem tələbələrin onlayn formada distant təhsil almasına da imkan verir.
Daha sonra rektor H.Məmmədov KOİCA prezidentinə layihənin uğurla başa çatması ilə əlaqədar təşəkkürnamə və hədiyyələri təqdim edib.
KOİCA prezidenti Yonq Mok Kim də öz növbəsində rektor H.Məmmədova həyata keçirilən işlərə görə təşəkkürünü bildirib. O qeyd edib ki, KOİCA bundan sonra da Azərbaycanda təhsillə bağlı layihələr həyata keçirmək niyyətindədir.
Mərasimdən sonra KOİCA prezidenti keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Koreyanın inkişaf təcrübəsindən və ölkələrə yardım siyasətindən danışan Yonq Mok Kim təşkilatın Azərbaycanda ətraf mühit, su, yaşıllaşdırma, enerji sahələri üzrə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Həmçinin, Azərbaycanı ilk dəfədir ki, ziyarət etdiyini deyən təşkilat rəhbəri ölkəmiz barədə müsbət təəssüratlarını bölüşərək, Prezident İlham Əliyevin rəhbərliyi altında gedən sürətli inkişaf prosesinin əhəmiyyətini də vurğulayıb.
Hülya
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15

