/ / Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda akademik Arif Paşayevin 80 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda akademik Arif Paşayevin 80 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib
20.02.2014 [09:39]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda akademik Arif Paşayevin 80 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.
AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov akademik Arif Paşayevi 80 illik yubileyi münasibətilə təbrik edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “İstiqlal” ordeni ilə təltif olunan akademik Arif Paşayevin Fizika İnstitutundakı çoxşaxəli fəaliyyətindən danışıb. Diqqətə çatdırıb ki, Arif Paşayev sonrakı fəaliyyətini Azərbaycan Milli Aviasiya Akademiyasının (MAA) rektoru kimi davam etdirsə də, institutla daim sıx elmi əməkdaşlıq edib. N.Məmmədov akademik Arif Paşayevi institutun əməkdaşları adından təbrik edib, elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb.
AMEA-nın müxbir üzvü, Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini Cavad Abidinov akademik Arif Paşayevin elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış edib. O, akademikin 1971-1996-cı illərdə Fizika İnstitutunun “Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları” laboratoriyasına rəhbərlik etməsi, MAA-ya rektor təyin olunduğu gündən indiyədək orada apardığı islahatlardan, elm və təhsilin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirilib ki, akademik Arif Paşayevin elm və təhsil sahələrindəki uğurları dövlətimiz və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.
İnstitutun informasiya sektorunun rəhbəri, akademik Çingiz Qacar da görkəmli alim Arif Paşayevin elmi fəaliyyəti haqqında danışıb. O, akademik Arif Paşayevin elm sahəsində daim yenilik axtarışında olduğunu vurğulayıb, yüksək insani keyfiyyətlərindən söhbət açıb.
Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev akademik Arif Paşayevin nəcib xüsusiyyətlərindən, elm sahəsində qazandığı uğurlardan danışıb. Diqqətə çatdırılıb ki, akademik Arif Paşayev MAA-nın maddi-texniki bazasının yenilənməsinə xüsusi diqqət yetirir. Elmin İnkişafı Fondu da bu cəhəti fəaliyyətində əsas istiqamət kimi götürür. E.Babayev, həmçinin rəhbərlik etdiyi fondun MAA ilə bir sıra layihələr həyata keçirməsindən, Milli Aviasiya Akademiyasının akademik Arif Paşayevin uğurlu fəaliyyəti nəticəsində ölkədə və dünyada həm elmi-tədqiqat, həm də qabaqcıl tədris ocağı kimi tanınmasından söhbət açıb.
Daha sonra AMEA-nın akademiki Maqsud Əliyev, müxbir üzv Bahadur Tağıyev, professorlar Eldar Qocayev, Səlimə Mehdiyeva və başqaları akademik Arif Paşayevi əlamətdar yubileyi münasibətilə təbrik ediblər.
Tədbirin sonunda akademik Arif Paşayevin həyatı, elmi-təşkilati fəaliyyətindən bəhs edən film göstərilib və institutun muzeyində sərgi nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

