Qarın fəsadları aradan qaldırılır
05.02.2014 [09:11]
Yollar təmizlənir...
Qış fəsli qarı ilə daha füsunkardır və daha gözəldir. Lakin bu da bir həqiqətdir ki, hamımızın səbrsizliklə gözlədiyimiz qarın yağması təbiəti ağ libasa bürüyərək poetik mənzərə yaratmaqla yanaşı, bir sıra çətinliklər də gətirir. Məsələn, şəhərimizdə bir neçə gündür yağan qar hərəkəti xeyli çətinləşdirib, yollar buz bağlayb. Bununla belə, aidiyyatı qurumlar iş başındadırlar. Havaların qarlı və şaxtalı keçməsi ilə əlaqədar yol işçiləri gücləndirilmiş rejimdə işləyirlər.
Bir neçə gündür yolların buz bağlamasının qarşısının alınması, həmçinin, respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədi ilə aidiyyəti qurumlar tərəfindən lazımi tədbirlər görülür. Yanvarın 30-da gecə saatlarından başlayan güclü qar çovğununa baxmayaraq, mövcud texnika yolların qardan təmizlənməsinə səfərbər olunub. Bəzi səriştəsiz sürücülər qarlı hava şəraitində nəqliyyat vasitələrini lazımi səviyyədə idarə edə bilmədiklərindən həm digər avtomobillərə, həm də yollarda aparılan işlərə mane olsalar da, bütün çətinliklərə baxmayaraq yolların təmizlənməsi hazırda da davam etdirilir.
Bundan əlavə, bu məsələ ilə bilavasitə məşğul olan “Azəryolservis” ASC-nin bütün istismar idarələri hava şəraitinin dəyişməsi ilə əlaqədar zəruri material və mexanizmlərlə təmin edilib. Yollarda problemlərin aradan qaldırılması məqsədi ilə respublika üzrə, ümumilikdə, 25 min kubmetrə yaxın qum, 1500 ton texniki duz və 1100-ə yaxın texnika tam hazır vəziyyətə gətirilib və yerindəcə istifadə olunub.
Hava şəraiti ilə əlaqədar ASC-də xüsusi qərargah yaradılıb. Eyni zamanda, payız-qış mövsümü ilə bağlı əmr hazırlanaraq bütün yol-istismar idarələrinə göndərilib. Hər bir istismar müəssisəsində də tədbirlər planı hazırlanaraq vəzifələrin icrasına başlanılıb. İstər regionlarda, istərsə də Bakıda lazımi qabaqlayıcı tədbirlər həyata keçirilir. Hər bir yol-istismar idarəsində 24 saat fəaliyyət göstərən növbətçilik təşkil olunub.
Həkimlər də buza görə xəbərdarlıq edir...
Heç şübhəsiz qarlı və buzlu hava insanların hərəkətinə də müəyyən maneələr yaradır. Bəs, insanlar bu zaman daha çox nələrə diqqət etməlidirlər?
Məsələ ilə bağlı münasibət öyrəndiyimiz həkim - kardioloq Qalib Bağırov bildirib ki, qarlı havada buz bağlamış yollarda yeriyərkən həddindən artıq ehtiyatlı olmaq lazımdır.
Yavaş və kiçik addımlarla hərəkət edin
Onun sözlərinə görə, insanlar əsasən yavaş və kiçik addımlarla hərəkət etməlidirlər. Eyni zamanda, buzlu yolda hərəkət edərkən diqqətiniz daim yolda olmalıdır. Çünki yıxılma riskini və ya ehtimalını daim nəzərdə saxlamaq vacibdir. Buna görə də, addımlarınızın hər birini əvvəldən hazırlayaraq və basdığınız yeri diqqətlə incələyərək atın. Sürətlə yerimək əlavə bir risk yaradır. Yavaş və kiçik addımlarla gəzmək məsləhətdir. Atdığınız addımlar əsla öz çiyin genişliyinizdən daha böyük olmasın. Tarazlığınızı qoruya bilmək üçün, əllərinizi cibinizə qoymayın. Əllərin cibdə olmaması, yıxılanda ovcunuzun içini yerə qoyaraq, bədənin hər hansı bir hissəsinin yerə daha bərk dəyməsinə mane ola bilər. Qollarınızdan istifadə etmədən yeridiyiniz təqdirdə, baş daxil yerə dəyən bütün üzvlərinizdə əziklər və sınıqlar yarana bilər.
Məhəccərlərdən tutun
Yoxuş və pilləkənlərdə diqqətli olun. Əgər imkan varsa dik yoxuşlarda yeriməyin. Pilləkənlərdən enəndə ya da çıxanda yandakı məhəccərlərdən tutun. Yeriyəndə iki əlinizin də dolu olmamasına diqqət yetirin. Uşağınızı ya da ağır əşyalarınızı qucağınızda saxlamamağa çalışın. Torba, ya da çantalarınızı iki əlinizlə daşımayın. Bir əliniz mütləq boş olsun. Evdən çıxmamışdan əvvəl çöldəki hava şərtlərinə uyğun paltarlar geyinin. Dar paltarların hərəkət etməyinizə mane olacağını unutmayın. Klassik və ya dikdaban ayaqqabılar yıxılma riskini hər zaman artırır. Çox da sürüşkən olmayan altı rezin və ya kauçuk və tırtırlı ayaqqabılar, topuğunuzdan yuxarı qış ayaqqabıları geyinin. Buzda sürüşməmək üçün ayaqqabıların üstündən köhnə corab geyinmək də olar.
Dərhal yerdən durmayın
Yıxıldığınız təqdirdə dərhal yerdən durmayın. Əgər yaralanmısınızsa, yaranın miqyasını müəyyən etməyə çalışın. Əks təqdirdə, əlavə zədəyə səbəb ola bilərsiniz. Yıxıldıqdan sonra meydana gələn yaranı əsla ötəri hesab etməyin və ciddi mənada olmasa belə ağrı, şişlik, qızartı, hərəkətdə məhdudluğun yaranmasının sınıqla bağlı ola biləcəyini unutmayın. Dərhal həkimə müraciət edin.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

