Qafqaz Müsəlmanlar İdarəsi başqa ölkələrdə döyüşməyə gedən azərbaycanlılarla bağlı fətva verib
29.01.2014 [09:04]
Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Qazılar Şurası son vaxtlar islamda cihad və şəhadət kimi müqəddəs məqamlardan sui-istifadə hallarının artmasından narahatlığını ifadə edərək fətva verib.
AzərTAc xəbər verir ki, fətva yanvarın 28-də QMİ-də keçirilən tədbirdə elan olunub.
Tədbirdə çıxış edən QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, islam dinində şəhidlik - iman, haqq-ədalət, Vətən uğrunda mübarizənin yüksək zirvəsidir. Vətən, torpaq uğrunda canından keçərək şəhidlik məqamına ucalmaq ən böyük şərəf və qürurdur. Bizim hər birimizin boynunda 20 Yanvar, Qarabağ müharibəsi şəhidlərimizin haqqı var. Odur ki, şəhidlik zirvəsinə ucalanların adlarını yaşatmaq, onları gənc nəslə nümunə göstərmək hər birimizin borcudur. Dövlətimiz və xalqımız da şəhidlərimizin adını daim uca tutur, onların əziz xatirəsini böyük ehtiramla yad edir.
QMİ-nin sədri son vaxtlar islamda cihad və şəhadət kimi müqəddəs məqamlara dair təhrifli düşüncələrin məqsədli şəkildə cəmiyyətimizə sirayət etdirilməsinə cəhdlər göstərilməsindən təəssüfləndiyini bildirib. Deyib ki, bizi narahat edən məqam bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunmasıdır. Azərbaycan xalqının Qarabağ kimi böyük dərdi var, torpaqlarının 20 faizi erməni vandalları tərəfindən işğala məruz qalıb. Bu günədək Xocalı qətliamının acısını hiss etməkdəyik. Müharibə şəraitində yaşadığımız bir dövrdə bəzi vətəndaşlarımızın digər ölkələrdə baş verən iğtişaşlarda, məzhəb qarşıdurmalarında guya dinin təəssübünü çəkmək adı ilə dinc əhaliyə yönəlik qərəzli və təmənnalı savaşı, çoxsaylı günahsız insanların məhvinə bais olması dinimizin mahiyyətinə ziddir.
Qeyd edilib ki, Qafqaz Müsəlmanları İdarəsi bir qayda olaraq dünyanın istənilən nöqtəsində baş verən terror, zorakılıq, ekstremizm və din pərdəsi altında radikalizm əleyhinə etiraz səsini ucaldıb.
Fətvada bildirilib ki, biz xalqımızın milli mənəvi dəyərləri ilə bir araya sığmayan məzhəb ayrı-seçkiliyinə şərait yaradan, bölgəmizdə xəvaricilik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərəyanları radikal şəkildə təbliğ edənlərin təsirinə düşərək, Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” Qanununa zidd hərəkətlərə yol verən şəxslərin həm müqəddəs dinimizə, həm də xalqımızın, dövlətimizin mənafe və maraqlarına xələl gətirən hərəkətlərini qətiyyətlə qınayırıq.
Qazılar Şurası Azərbaycan dindarlarının çoxsaylı müraciətlərindəki iradəsini nəzərə alaraq, belələrinin müstəqil dövlətimizin qanunları qarşısında cavabdehlik daşımalarını tələb edir.
Qeyd edilib ki, Qazılar Şurasının qərarına uyğun olaraq din xadimləri öz moizə və xütbələrində cihad və şəhadətin əsl mahiyyətini, bu fətvada əksini tapan məqamları dindarlara, xüsusən gənc nəslə çatdırmalıdırlar.
Fətvada xalqımızın, dindarlarımızın islamın şəhidlik, cihad fəlsəfəsinin mahiyyətinə daha dərindən vararaq, onun dəyər və məziyyətlərinin hikməti işığında sıx birləşəcəklərinə, torpaqlarımızın bütövlüyünü, Vətənimizin davamlı tərəqqisini, müqəddəs dini-mənəvi dəyərlərin təntənəsini təmin etmək yolunda böyük əzm nümayiş etdirəcəklərinə inam ifadə olunur.
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15

