/ / Akademik Zərifə Əliyevanın elmi, pedaqoji və ictimai fəaliyyətini əks etdirən biobiblioqrafik göstərici nəşr olunub
Akademik Zərifə Əliyevanın elmi, pedaqoji və ictimai fəaliyyətini əks etdirən biobiblioqrafik göstərici nəşr olunub
14.01.2014 [09:17]
Ölkəmizin ən nüfuzlu elm məbədi olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından görkəmli oftalmoloq alim, akademik Zərifə Əziz qızı Əliyevanın elmi, pedaqoji və ictimai fəaliyyətini əks etdirən biobiblioqrafik göstəricini nəşr edib.
Kitabxanadan AzərTAc-a bildiriblər ki, nəşrin tərtibçi müəllifi filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlidir.
Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin qərarına əsasən hazırlanan, AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini Firəngiz Hüseynova və akademiyanın Mərkəzi Elmi Kitabxanasının bölmə müdiri İsmət Səfərovun redaktorluğu ilə işıq üzü görən biobiblioqrafiyaya alimin kitab və monoqrafiyaları, dərs vəsaitləri, dövri mətbuatda və ayrı-ayrı məcmuələrdə dərc olunmuş elmi məqalələri və başqaları daxil edilib. Göstəricidə materiallar bir neçə bölmədə təqdim edilib: “Həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri”; “Görkəmli dövlət, elm və mədəniyyət xadimləri Zərifə Əliyeva haqqında”; “Əsərlərinin biblioqrafiyası”; “Dissertasiyalara elmi rəhbərlik”; “Həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında ədəbiyyat”; “Veblioqrafiya”.
Biobiblioqrafiyada AMEA-nın prezidenti, akademik Akif Əlizadənin “Böyük insan, unudulmaz alim” başlıqlı məqaləsində, akademik Əhliman Əmiraslanovun “Zərifə Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında qısa oçerk”ində alimin elmi-pedaqoji və ictimai fəaliyyəti, onun Azərbaycanda tibb elminin inkişafında böyük töhfələri üç dildə - Azərbaycan, rus və ingilis dillərində geniş işıqlandırılıb.
Biobiblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə alimin əsərlərinin, həyat və fəaliyyəti haqqında və onun barəsində yazan müəlliflərin adları əlifba göstəricisi ilə verilib. Biobiblioqrafik-göstərici akademik Zərifə Əliyeva haqqında hərtərəfli məlumat almaq istəyən oxucular üçün əvəzedilməz bir vəsaitdir.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

