Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib
04.04.2026 [14:44]
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
BDYPİ-dən AZƏRTAC-a verilən xəbərə görə, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında aprelin 4-ü gündüzdən 6-sı gündüzədək, bölgələrdə isə aprelin 4-ü səhər saatlarından qərb rayonlarından başlayaraq 7-si səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu cür hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır. Yağıntı zamanı yol örtüyünün sürüşkən olması və görmə məsafəsinin azalması sürücülərdən daha yüksək diqqət və məsuliyyət tələb edir.
Yağıntının müxtəlif bölgələr üzrə bir neçə gün fasilələrlə davam edəcəyi gözlənilir”.
BDYPİ bir daha diqqətə çatdırır ki, belə hava şəraitində hərəkət zamanı sürət həddi yol və hava şəraitinə uyğun seçilməli, ara məsafəsi artırılmalı, kəskin manevrlərdən çəkinilməli, nəqliyyat vasitələrinin şüşəsilən və işıqlandırma sistemlərinin saz vəziyyətdə olmasına xüsusi diqqət yetirilməlidir.
Eyni zamanda bildirilib ki, əlverişsiz hava şəraiti piyadalar üçün də əlavə çətinliklər yaradır. Bu səbəbdən piyadalar hərəkət zamanı daha diqqətli olmalı, yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, hərəkətə başlamazdan əvvəl bütün zolaqlar üzrə nəqliyyat vasitələrinin tam dayandığına əmin olmalıdırlar.
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, belə hava şəraitində təhlükəsizlik qaydalarına əməl olunmaması ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58

