Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mart ayında 12 aptekdə nöqsanlar aşkarlanıb

Mart ayında 12 aptekdə nöqsanlar aşkarlanıb

01.04.2026 [19:45]

Cari ilin mart ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən ümumilikdə 54 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 19-u Bakı şəhərində, 35-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, keçirilən yoxlamaların 53-ü planlı, biri isə plandankənar olub.

Nəticələrə əsasən, 12 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.

Paylaş:
Baxılıb: 365 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31