/ / Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin böyük hissəsi yekunlaşıb
Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin böyük hissəsi yekunlaşıb
05.12.2013 [09:13]
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində kompleks tədbirləri davam etdirir. Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin böyük hissəsi yekunlaşıb.
Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 57 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə Ucar şəhəri ilə yanaşı, rayonun 15 kəndini də əhatə edir.
İcrasına 2011-ci ilin oktyabrında başlanmış “Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi”nə əsasən Ucar şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün Külüllü su mənbəyi seçilib. Su mənbəyində Ucar şəhərini içməli su ilə təmin etmək üçün hər birinin tutumu 3750 kubmetr olan 2 ədəd su anbarı tikilib. Buradan şəhər mərkəzinədək 500-560 mm diametrli polietilen borularla 57 km. uzunluğunda magistral su xəttinin çəkilişi başa çatıb və şəhərə suyun verilməsinə başlanılıb. Özüaxımlı rejimdə olan magistral xətdən marşrut boyunca yerləşən 15 kəndin hər birinə çıxışlar verilib. Ucar şəhərini dayanıqlı rejimdə içməli su ilə təmin etmək üçün şəhər mərkəzində hər birinin tutumu 1500 kubmetr olan 2 ədəd su anbarı tikilir. Külüllü-Ucar magistral xətti ilə Ucar şəhərinə su verildikdən sonra şəhərdə fasiləsiz su təchizatı rejiminə keçilib, uzun müddət su almayan küçə və məhəllələrin içməli su problemi öz həllini tapıb.
Layihəyə uyğun olaraq Ucar şəhərində 107 km. şəhərdaxili su şəbəkəsinin 93 kilometrlik hissəsində işlər başa çatıb, 3 minə yaxın evə birləşmə verilib. İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədilə 5170 abunəçinin 1700-ə qədəri smart-kart tipli su sayğacları ilə təmin edilib. Ucar Sukanal İdarəsi üçün yeni inzibati binanın tikintisi isə yekunlaşmaq üzrədir.
Layihəyə əsasən, Ucar şəhərində yaranacaq çirkab suların axıdılması üçün ümumi uzunluğu 88 km.-ə yaxın kanalizasiya şəbəkəsi qurulacaq. Artıq kanalizasiya şəbəkəsinin 20 kilometrlik hissəsində tikinti işləri başa çatıb.
Xatırladaq ki, yeni layihənin icrasına qədər Ucar şəhərinin sakinləri fasilələrlə artezian suyu alır və ya arx sularından istifadə edirdi.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

