“Eko Rəsm Gündəliyi-2013” Beynəlxalq ekoloji müsabiqəsinin finalçıları bəlli olub
28.11.2013 [09:22]
Əsası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən qoyulmuş IDEA (International Dialogue for Environmental Action) İctimai Birliyinin (İB) təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq həyata keçirilən və dünya üzrə 50-dən çox ölkəni əhatə edən “Eko Rəsm Gündəliyi-2013” Beynəlxalq ekoloji müsabiqəsinin finalçılarının adları açıqlanıb.
IDEA İB-dən AzərTAc-a bildiriblər ki, UNESCO-nun himayəsi, Heydər Əliyev Mərkəzinin, IDEA (International Dialogue for Environmental Action) İctimai Birliyinin və Panasonic Marketing MDB-nin (PMCIS) təşkilatçılığı ilə həyata keçirilən, Bakı və Gəncə şəhərlərini əhatə edən 363 məktəbin qoşulduğu beynəlxalq layihənin milli müsabiqə turunun final mərhələsinin qalibi Bakı Avropa Liseyinin şagirdi, 11 yaşlı Fuad Soltanov olub.
Müsabiqənin finalçıları arasında Bakı şəhərindən Zərifə Əliyeva adına lisey, “Ankara məktəbi” məktəb-liseyi, İncəsənət Gimnaziyası, 59, 99, 262, 271, 276, 290, 28, 98, 132-134, 301, 304 nömrəli, Gəncə şəhərindən isə 4, 28, 11, 25 nömrəli orta ümumtəhsil məktəblərinin şagirdləri yer alıblar.
Müsabiqəyə Bakı şəhəri üzrə 314 məktəbdən 2403, Gəncə şəhəri üzrə isə 49 məktəbdən 629 gündəlik daxil olub.
Layihə üçün xüsusi olaraq hazırlanaraq, şagird sayına uyğun olaraq orta ümumtəhsil məktəblərinə paylanılan 5000 ekoloji gündəlikdən 3032-si tam şəkildə doldurularaq müəyyən olunmuş tarixdən gec olmayaraq təhvil verilib.
Ümumilikdə 3032 məktəblinin iştirak etdiyi müsabiqədə aşağı yaş qrupu (6-11) üzrə 1299, yuxarı (12-15) yaş qrupu üzrə isə 1733 şagirdin iştirakı qeydə alınıb.
Layihənin milli turunun iştirakçıları olmuş məktəblilər müəyyən olunmuş müddət ərzində yarışma üçün hazırlanmış xüsusi “Gündəlik”lərdə mövcud qlobal ekoloji problemləri və ətraf mühitin qorunmasının vacibliyini əks etdirən rəsmlər çəkib və onların ideyalarının qısa təsvirini əks etdirən mətnlər əlavə ediblər.
2008-ci ildən etibarən hər il həyata keçirilən və 50-dən çox ölkəni əhatə edən “Eko Rəsm Gündəliyi” Beynəlxalq müsabiqəsinin məqsədi gənc nəsildə təbiətə sevgi hissinin formalaşdırılması və inkişafı, onlar arasında ekoloji təbliğat işinin gücləndirilməsi və məktəblilərin ətraf mühitin qorunması işinə səfərbər edilməsidir. Layihə, həmçinin ətraf mühit və insan sağlamlığının qorunması üzrə fəal vətəndaş mövqeyinin formalaşdırılmasına xidmət edir.
Layihə və müsabiqənin finalçıları ilə bağlı ətraflı məlumat IDEA İB-nin rəsmi veb-səhifəsində (www.ideacampaign.org) yer alıb.
Xəbər lenti
Hamısına baxAnalitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10

