/ / “Qarşımızda duran əsas məqsəd Xəzər dənizində tükənməkdə olan nərəkimilər sinfinin qorunub-saxlanmasıdır”
“Qarşımızda duran əsas məqsəd Xəzər dənizində tükənməkdə olan nərəkimilər sinfinin qorunub-saxlanmasıdır”
26.11.2013 [09:05]
Zaur Salmanov: Fəaliyyət göstərdiyi illər ərzində Xıllı Nərə Balıqartırma zavodu tərəfindən ümumilikdə, 44 milyon ədəd müxtəlif növlü nərə cinsli balıq körpələri yetişdirilərək Kür çayının mənsəbinə buraxılıb
Məlum olduğu kimi, bəşəriyyəti narahat edən qlobal ekoloji problemlər, eyni zamanda, Xəzər dənizində balıq ehtiyatlarının azalmasına səbəb olub. Məhz bunu nəzərə alan Azərbaycan dövləti ekoloji tarazlığın, həmçinin, Xəzər dənizinin balıq ehtiyatlarının qorunması yönündə mühüm addımlar atır. Bu istiqamətdə atılan addımlardan, daha dəqiq desək, nərə balıqlarının qorunması yönündə aparılan əsas işlərdən biri də Xıllı Nərə Balıqartırma zavodunun fəaliyyətə başlamasıdır. Bu il fəaliyyətə başlamasının 10 ili tamam olan zavod ölkəmizdə nərə balıqlarının artırılması və qorunması yönündə mühüm uğurlara imza atıb. Beləliklə, müsahibimiz Xıllı Nərə Balıqartırma zavodunun direktoru Zaur Salmanovdur.
- Zaur müəllim, ilk olaraq istərdik rəhbərlik etdiyiniz Xıllı Nərə Balıqartırma zavodu haqqında məlumat verəsiniz. Ümumiyyətlə, bu müəssisənin fəaliyyətə başlaması zərurəti nədən yarandı?
- İlk növbədə vurğulamaq yerinə düşər ki, Azərbaycan tarixən zəngin flora və faunası ilə seçilən ölkələrdəndir. Onu da deyim ki, istər Kür çayında, istərsə də Xəzər dənizində yaşayan balıq növləri, o cümlədən də, nərə cinsli balıqlar xüsusi əhəmiyyətə malikdir. Lakin təəssüflər olsun ki, müasir dövrümüzün ən mühüm problemlərindən olan ekoloji problemlər Xəzər dənizindən də yan ötməyib. Daha doğrusu, sənayenin inkişafı və digər bu kimi amillər Xəzərin zəngin faunasında azalmaya gətirib çıxarırdı. Məhz bunun qarşısını almaq üçün Xəzər dənizində bioloji resursların ehtiyatlarının idarə olunması məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Milli Proqram tərtib edildi. Bu Proqramda Kür çayında nərə cinsli balıq növlərinin genofondunun qorunub saxlanılması məqsədilə təbii çoxalma miqyasının genişləndirilməsi, Kür və Araz çaylarında kürüləməyə gələn nərə cinsli törədici balıqların miqdarının artırılması üçün Kür çayının deltasının təmizlənməsi (dərinləşdirilməsi), nərə cinsli balıq törədicilərinin kürüləmə yerlərinin inventarizasiyası və həmin yerlərin qorunması, daha proqressiv texnoloji prinsiplər əsasında işləyən yeni tipli nərə balıqartırma zavodunun tikilib istifadəyə verilməsi kimi mühüm addımlar öz əksini tapdı. 1998-ci ilin sentyabrın 28-də isə Ümummilli liderimiz Heydər Əliyevin 898 saylı Sərəncamı ilə Milli Proqramda qeyd edilən fəaliyyət istiqamətinə müvafiq olaraq Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış “İnkişaf üçün kredit haqqında Saziş” təsdiq edildi. Qeyd olunan sazişin şərtlərinə əsasən Azərbaycan Respublikasında Təxirəsalınmaz Ekoloji İnvestisiyalar Layihəsi çərçivəsində ekoloji layihələrin həyata keçirilməsinə başlandı və bu layihələr Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirildi. Eyni zamanda, məhz Ulu öndərimizin düşünülmüş və uzaqgörən siyasətinin nəticəsi olaraq Neftçala rayonunda Kür çayı sahilində Xıllı Nərə Balıqartırma zavodunun tikilməsi qərara alındı.
- Zavodun əsas fəaliyyət mexanizmi nədən ibarətdir?
- Qeyd edim ki, 2003-cü ildə Dünya Bankı tərəfindən maliyyələşdirilən “Təxirəsalınmaz ekoloji investisiyalar” layihəsi çərçivəsində nərəkimilərin ehtiyatlarının qorunub saxlanılması məqsədilə Xıllı Nərə Balıqartırma zavodu tikilib istifadəyə verildi. Zavodun açılışında iştirak edən möhtərəm Prezidentimiz cənab İlham Əliyev müəssisənin Xəzər dənizinin əsrarəngiz balıq növlərindən olan nərəkimilərin artırılmasında nümunəvi fəaliyyət göstərəcəyini xüsusilə qeyd etmişdir. Ulu öndərimizin layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz nitqində zavod kollektivinin üzərində böyük və məsuliyyətli yükün olmasını önə çəkərək müvafiq tapşırıqlarını vermişdir. Qeyd etmək istəyirəm ki, müasir tipli texniki avadanlıqlarla təchiz olunmuş Xıllı Nərə Balıqartırma zavodu əsasən nərə cinsli balıqların dörd növünün - bölgə, nərə, kələmo və uzunburun balıqlarının süni yolla artırılması ilə məşğul olur. Fəaliyyət göstərdiyi illər ərzində Xıllı Nərə Balıqartırma zavodu tərəfindən ümumilikdə, 44 milyon ədəd müxtəlif növlü nərə cinsli balıq körpələri yetişdirilib, standart ölçü və kütləyə malik olduqdan sonra (1,0-1,2qr.) Kür çayının mənsəbinə buraxılıb. Xüsusi olaraq vurğulanmalıdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin rəhbərliyi altında fəaliyyət göstərən digər üç balıqartırma zavodlarında ənənəvi nohur üslubundan istifadə olunursa, Xıllı Nərə Balıqartırma zavodunda ilk dəfə tam hovuz üslubu tətbiq olundu. Bu isə bizim zavodun əsas fərqini ortaya qoyur.
Xıllı Nərə Balıqartırma zavodunun əsas fəaliyyət mexanizmi nərəkimilərin artırılmasında qəbul olunmuş ümumi prinsiplər əsasında qurulub. Yəni, xüsusi vətəgə məntəqələrində ovlanılmış nərə cinsli törədici balıqların nəqliyyat vasitələrilə zavoda daşınması, ovlanılmış balıqların zavod şəraitində uzun müddət saxlanılması və cinsi yetkinlik həddinə çatdırılması, cinsi yetkinlik yaşına çatmış kürülü fərdlərdən yetişmiş kürünün müxtəlif üsullarla alınması, mayalandırılması, inkubasiya edilməsi, sürfələrin və körpələrin yetişdirilməsi və nəhayət, təbii su hövzələrinə buraxılması, o cümlədən, təmir-törədici fondunun yaradılması bizim fəaliyyətimizin əsas prioritetidir.
- Yaradılan təmir-törədici fondu hansı məqsədlərə xidmət edir?
- Bu gün bizim qarşımızda duran əsas məqsədlərdən biri Xəzər dənizində itməkdə, tükənməkdə olan nərəkimilər sinfinin qorunub-saxlanması və bunun məntiqi nəticəsi olaraq artırılması, Azərbaycanın bu sahədə keçmiş şöhrətinə qayıtmasıdır. 2004-cü il ilk balıqartırma mövsümü oldu və həmin il zavodda təmir-törədici fondu yaradıldı. Bu fond o zamanlar bir sıra maneələrlə qarşılaşdı və hətta bu addımın nə dərəcədə uğur qazanacağına şübhə ilə yanaşanlar da oldu. Qeyd etmək istəyirəm ki, təmir-törədici fondu dedikdə biz süni-qapalı zavod şəraitində nərə balıqlarının yetişdirib cinsi yetişkənlik dövrünə çatdırılmasını nəzərdə tuturuq. Çox gözəl bir fakt kimi qeyd etmək istəyirəm ki, 2013-cü ildə Xıllı Nərə Balıqartırma zavodunun 10 illiyi keçirildi və bu il yayda balıqartırma mövsümündə təmir-törədici fondumuza daxil olan 2 ədəd nərə cinsi məhsul-kürü verdi. Bu bizim üçün çox böyük bir nailiyyət idi. Biz bu uğurlu işi davam etdirmək niyyətindəyik. Artıq bizim işimizə diqqət də bir neçə dəfə artıb. Hazırda zavodda saxlanılan təmir-törədici fondunda 5 mindən artıq müxtəlif yaş qrupuna və növə aid olan nərə balıqları saxlanılmaqdadır. Müasir texnoloji prinsiplər əsasında fəaliyyət göstərən Xıllı Nərə Balıqartırma zavodunda Azərbaycan Respublikası şəraitində ehtiyat törədici və təmir-törədici fondunun yaradılması üçün əlverişli şərait mövcuddur. Yeni zavod nərə cinsli balıq sürülərinin uzunmüddətli saxlanılmasına imkan verən sexlə təmin olunub, avtonom rejimdə işləyən daimi elektrik mənbəyi və bütün il ərzində temperatur rejiminin tənzimlənməsinə imkan verən avtomatik sistemlə təchiz edilib. Bundan başqa zavodumuz müəyyən resept əsasında qranul şəklində müxtəlif ölçülü süni yem istehsal edən xüsusi yem sexilə təchiz olunub. Təmir-törədici fondun yaradılması məqsədilə Xıllı Nərə Balıqartırma Zavodunda 2004-cü ildən elmi-praktiki eksperimentlər həyata keçirilir. Hazırda zavod şəraitində süni yolla alınmış 5000 ədəddən artıq müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlar saxlanılır. Təmir-törədici fondunu təşkil edən balıqların zavod şəraitində saxlanılmasında yalnız zavodun istehsal etdiyi süni yemlərdən istifadə edilir. Zavodumuzda istehsal olunan süni yem reseptinin təkmilləşdirilməsi, ayrı-ayrı yaş qruplarına mənsub olan müxtəlif növlü nərə balıqları üçün yem əmsalının dəqiqləşdirilməsi və həmçinin, istehsal olunan süni yemlərin orqanoleptik xüsusiyyətlərinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülüb və bu sahədə elmi-praktiki təcrübələrin davam etdirilməsi planlaşdırılır.
- Kürü alınması prosesi böyüdülmüş balıqların artımının qarşısını almırmı?
- Respublikamızda ilk dəfə olaraq məhz Xıllı Nərə Balıqartırma zavodunda yetkin kürü bir neçə nərə balığından onların öldürülmədən “yumurtalıq yolunun kəsilməsi” üsulu ilə alınıb. Kürüsü öldürülmədən alınmış törədici nərə balıqları reabilitasiya məqsədilə 3-5 gün plastik hovuzlarda saxlandıqdan sonra ehtiyat nohura köçürülüb və hazırda həmin şəraitdə saxlanılır. Qeyd olunun metodla kürünün alınması təcrübəsinin gələcəkdə nəsli kəsilmək təhlükəsi olan nərə cinsli balıq növlərinə də (kələmo, bölgə) şamil edilməsi planlaşdırılır. Xüsusilə qeyd etmək istəyirəm ki, bu gün Xəzər dənizində nərə cinsli balıqların qorunması yönündə mühüm maarifləndirmə işinə də ehtiyac duyulur. Balıqartırma zavodlarının işi mövsümi xarakter daşıdığından biz balıqartırma mövsümündən əlavə geniş ictimaiyyətin nərəkimilər haqqında maarifləndirmə işinə başlayaraq “Nərəkimiləri birgə qoruyaq” şüarı altında ictimai maarifləndirmə proqramı təşəbbüsü ilə çıxış etmişik. Bu qədim tarixə malik olan balıqların xüsusi qayğı ilə əhatə olunmasının vacibliyi, yaşadıqları ekoloyi mühit, təbii və süni çoxaldılma mexanizmləri və digər mövzular maarifləndirmə proqramında öz əksini tapıb.
- Xəzərə 44 milyon yeni cinsin buraxıldığını vurğuladınız. Bəs bu rəqəmin qayıdış əmsalı necə, hesablanıbmı?
- Əfsuslar olsun ki, qayıdış əmsalı fundamental olaraq hesablanması mümkün olmayan bir prosesdir. Buna baxmayaraq, qayıdış əmsalının 1-3 faiz aralığında dəyişdiyi fikrindəyik. Bildiyim qədəri ilə son illər vəhşi təbiətdə nərəkimilər cinsli balıqların artımı çox aşağı səviyyədə olsa da, müşahidə edilir. Bu inkişaf artıq davam edir və gələcək illərdə daha sürətli prosesə çevriləcək. Təsəvvür edin ki, zavodun təmir-törədici fondunda 2013-cü ildə iki balıq kürü veribsə, yaxın illərdə biz artıq yüzlərlə balığın məhsul verməsinə nail olmaq niyyətindəyik. Bundan başqa biz ölkəmizdə fəaliyyət göstərən digər 3 nərə balıqartırma zavodunu da cinsi məhsullarla təmin etmək və nəticədə istehsalımızı artırmaq niyyətindəyik.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17
