/ / Pirallahı rayonunda əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində işlər sürətləndirilib
Pirallahı rayonunda əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində işlər sürətləndirilib
07.11.2013 [09:18]
Hazırda yeni yaradılmış rayonda su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin artırılması üçün təxirəsalınmaz tədbirlər və strateji layihələr həyata keçirilir
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramı çərçivəsində içməli su çatışmazlığı müşahidə olunan kənd və qəsəbələrdə layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 dekabr 2012-ci il tarixli Sərəncamı ilə Pirallahı, Cilov və Neft Daşları qəsəbələri əsasında yaradılmış Pirallahı rayonunda əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində işlər sürətləndirilib. Bu sahədə idarəetmə sisteminin yaxşılaşdırılması və göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədi ilə “Azərsu” ASC-nin Pirallahı rayon Sukanal İdarəsi yaradılıb. Hazırda yeni yaradılmış rayonda su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin artırılması üçün təxirəsalınmaz tədbirlər və strateji layihələr həyata keçirilir.
Qeyd edək ki, 14 min nəfər əhalisi olan Pirallahı sakinləri 30 ilə yaxındır içməli suyu maşınlarla alır. Özəl nəqliyyat vasitələri ilə qəsəbəyə daşınan içməli su əhaliyə pul ilə satılırdı. Pirallahı qəsəbəsində içməli su təchizatı tam mərkəzləşdirilmiş qaydada təmin edilənə qədər “Azərsu” ASC-nin su maşınları ilə qəsəbə sakinlərinə, həmçinin, təhsil və səhiyyə müəssisələrinə pulsuz su çatdırılır.
Pirallahı qəsəbəsində mərkəzləşmiş su təchizatı sistemi ötən əsrin ortalarında yaradılıb. Qəsəbəyə Zirə yaxınlığında qazılmış artezian quyulardan məişətdə istifadə etmək üçün texniki su verilir. Əvvəllər abonentlər həftədə cəmi 1 gün qrafik əsasında su ala bilirdisə, görülmüş işlər nəticəsində (qeyri-qanuni qoşulmaların aradan qaldırılması, su itkilərinin qarşısının alınması, verilən suyun həcminin artırılması hesabına) hazırda gündəlik rejimə keçilib. Beləliklə, sakinlər səhər və axşam qrafiklə su alır.
Qəsəbənin içməli su probleminin tamamilə həll edilməsi isə yeni infrastrukturun yaradılmasından sonra mümkün olacaq. Hazırda qəsəbə ərazisində inşası nəzərdə tutulan 72 km su, 60 km kanalizasiya və 4 km yağış suları xətlərinin tikintisi davam etdirilir. Tikinti işlərinin başlanmasından indiyədək su xətlərinin 60 faizi, kanalizasiya xətlərinin 20, yağış sularının axıdılması xətlərinin isə 10 faizində işlər yekunlaşmışdır. Eyni zamanda, qəsəbədəki çoxmənzilli yaşayış binalarının su təchizatı sistemləri yenidən qurulur. Bu məqsədlə zirzəmilərdəki paylayıcı xətlər tam yenilənib və dik dayaqlar pilləkən qəfəslərinə çıxarılıb. Hər bir abunəçinin smart-kart tipli sayğacla təmin olunması nəzərdə tutulur.
Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə-Pirallahı magistral su xəttinin inşası və qəsəbədaxili şəbəkənin tikintisi başa çatandan sonra Pirallahı sakinləri 24 saat keyfiyyətli içməli su ilə təmin olunacaqlar. Ümumilikdə, Pirallahı qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması işlərinin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur.
Pirallahı rayonunun ərazi vahidləri olan Çilov və Neft Daşları qəsəbələrinə isə içməli su gəmilərlə daşınır. Bununla yanaşı, Çilov adasının sakinləri ARDNŞ-nin quraşdırdığı əks-osmos bioloji təmizləmə qurğusunda duzsuzlaşdırılmış dəniz suyundan da istifadə edirlər.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

