BDU-nun beynəlxalq əlaqələri genişlənir
05.11.2013 [09:23]
Dünən Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Rusiya Elmlər Akademiyasının Kazan Elm mərkəzinin A.E.Arbuzov adına Üzvi və fiziki kimya İnstitutunun direktor müavini, kimya elmləri doktoru, professor İqor Anatolyeviç Litvinovla görüşüb. Görüşdə Bakı Dövlət Universiteti ilə Rusiya Elmlər Akademiyasının Kazan Elm mərkəzinin A.E.Arbuzov adına Üzvi və fiziki kimya İnstitutu arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub və müvafiq əməkdaşlıq memorandumu imzalanıb. Rektor Abel Məhərrəmov və professor İqor Anatolyeviçin imzaladığı memoranduma əsasən, rentgen struktur analiz sahəsində birgə elmi tədqiqatlar, müştərək layihələr üzrə elmi araşdırmaların aparılması, müəllim və tələbə mübadiləsi, habelə, qarşılıqlı maraq doğuran layihə və proqramlarda iştirak nəzərdə tutulur.
Sonra professor fizika və kimya fakültəsinin müəllim, tələbə heyəti qarşısında mühazirə oxuyub. BDU ilə tanış olan professor nano tədqiqatlar, rentgen struktur sahəsində aparılan tədqiqat işlərini yüksək qiymətləndirib, universitet alimlərinin bu istiqamətdə beynəlxalq səviyyəli işlər apardığını qeyd edib.
Dünən, həmçinin, BDU-nun rektoru, akademik Abel Məhərrəmov Estoniyanın 4 əsrlik tarixi olan Tartu Universitetinin rektoru Volli Kalm ilə görüşüb. Rektor universitetin yaranma və inkişaf tarixindən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri ilə ikitərəfli əlaqələrindən, beynəlxalq qrant və proqramlarda iştirakından danışıb, Tartu Universiteti ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Rəhbərlik etdiyi universitet barədə məlumat verən rektor Volli Kalm da öz növbəsində BDU ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Sonda BDU ilə Tartu Universiteti arasında kimya, biologiya, riyaziyyat və kompüter elmləri, informasiya texnologiyaları sahəsində tədqiqatçı aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzrə elmi araşdırmaların aparılması, alimlərin və müəllimlərin ixtisaslarının artırılması məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar, konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak məsələlərini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. Qonaq BDU ilə yaxından tanış olub, elmi tədqiqat laboratoriyalarına baş çəkib. Qeyd edək ki, Tartu Universiteti 1632-ci ildə İsveç kralı Qustav II Adolf tərəfindən yaradılıb və Estoniyanın ən tanınmış universitelərindən biridir.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

