Biz “Azərbaycan-Rusiya” körpüsü qururuq
31.10.2013 [09:35]
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) “Biz “Azərbaycan-Rusiya” körpüsü qururuq” adlı tədbir keçirilib RİMM nəzdindəki “Sozvezdiye” gənclik yaradıcılıq klubu tərəfindən təşkil edilib bu tədbir eyni vaxtda həm Bakıda, həm də Moskvadakı Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) keçirilirdi. Tədbirdə RİMM və AMM uşaq yaradıcılıq mərkəzlərinin yetirmələri olan şagirdlərin rəsm əsərləri nümayiş etdirilib.
RİMM-nin mətbuat xidmətində AzərTAc-a bildiriblər ki, uşaqların bütün işləri Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarına həsr edilib.
Tədbirin açılış mərasimində “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov deyib: “Bu sərgi RİMM tərəfindən 2014-cü il Soçi Olimpiadası ilə əlaqədar təşkil ediləcək silsilə tədbirlərin birincisidir”.
Öz işlərini tamaşaçıların və münsiflər heyətinin mühakiməsinə təqdim etmiş gənc rəssamlar özlərini əsl qaliblər kimi hiss ediblər. Onlara mükafat olaraq həqiqi olimpiya medallarına oxşayan, lakin şokoladdan hazırlanmış rəmzi medallar təqdim edilib.
Valideynlər və uşaqlar RİMM-nin uşaq yaradıcılıq mərkəzindəki rəssamlıq studiyasının pedaqoqu Münəvvər Muxtarovanı alqışlayıblar.
Mükafatlandırma mərasimindən sonra konsert olub. Bakı şəhərindəki 160 nömrəli klassik gimnaziyanın şagirdi Səbinə Məmmədova, Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin şagirdi İlham Tağıyev, “Sozvezdiye” gənclik klubunun üzvü Nərmin Abbasova rus və Azərbaycan dillərində mahnılar oxuyub, Fərid Kazakov isə rus rəqsi ifa edib.
Uşaq yaradıcılıq mərkəzinin yetirmələri Rusiya Federasiyasının və Azərbaycan Respublikasının dövlət bayraqlarının rənglərində özünəməxsus moda nümayiş etdiriblər.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

