Bəzən sözlər yox, şəkillər danışır!
19.08.2025 [11:33]
İstər peşəkar olsun, istərsə də həvəskar - insanlar foto çəkməyə meyillidirlər. Bunu gündəlik məişət alış-verişində hiss etmək olur. Bəziləri gəzdiyi yerləri, bişirdiyi təamları müxtəlif sosial şəbəkələrdə nümayiş etdirməkdən ötrü xüsusi fotoaparat da alırlar. Amma son vaxtlar smart telefonların çoxu bu işin öhdəsindən gəldiyi üçün fotoaparata ehtiyac qalmır. Elə bu səbəbdən də seçdiyimiz mobil telefonların ilk olaraq keyfiyyətli foto çəkib-çəkmədiyini yoxlayırıq...
Bu gün - 19 avqust həyatımızın ən gözəl anlarını əbədiləşdirdiyimiz fotoqrafiyanın və bu sahənin peşəkarları olan fotoqrafların günüdür. Fotonu sevən hər kəsin qeyd etdiyi Beynəlxalq Fotoqrafiya Günü avstraliyalı fotoqraf Korske Aranın təşəbbüsü ilə təsis edilib. Fotoqrafiyanın prototipi olan üsulu ictimaiyyətə 1839-cu il məhz avqust ayının 19-da təqdim olunduğu üçün bu gün əlamətdar tarix kimi seçilib. Ancaq tarixin 19 avqust seçilməsinin başqa bir səbəbi daha var. Belə ki , 19 avqust 1839-cu il Fransa hök?məti kimyaçı və ixtiraçı Lui Jak Mande Daqerin daqerrotipin (iz) alınması metodu haqqındakı patentini alaraq, daqerrotipin kəşfini dünya ictimaiyyətinin sərvəti elan etmişdi. Bu tarixə əsasən bir çox ölkələrdə 19 avqust Ümumdünya ?otoqrafiya ?ünü kimi qeyd edilir. İlk dəfə 2010-cu ildə qeyd olunan bu gün insanlara özlərini fotolarla ifadə etməyə imkan verən və ictimaiyyətin diqqətini çəkən fotoqrafiya elminin və sənətinin qlobal bayramıdır. Bir-birindən gözəl fotolar çəkmək, ən əsası da lazımi məqamı tutmağı isə heç də hər kəs bacarmır.
Fotoqrafiyanın ilk tarixi görünüşü ağ-qara formatda olub. Optik cihaz vasitəsilə rəsmin kimyəvi prosesə çevrilməsi rus kimyaçısı A.P.Bestujev və alman tibb alimi, cərrah İ.Q.Şulsenin səyləri ilə ərsəyə gəlib. Fotoaparatın icad olunması sahəsində ən uğurlu işi fransız Yozef Nisefor Niyepsi, Lui-Jak Mande Daqer və ingilis Uilyam Foks Henri Talbot görüblər. Onlar fotoqrafiyanın yaradıcısı kimi tarixə düşüblər.
Azərbaycanda foto işi hələ XIX əsrin sonlarında inkişaf etməyə başlayıb. 20-ci əsrin əvvəllərində Bakı istedadlı fotoqrafları və fər?li fotoları ilə diqqət mərkəzində olub. 1998-ci il noyabrın 20-də Azərbaycan Fotoqraflar Birliyi (AFB) Respublika Ədliyyə Nazirliyinin qeydiyyatından keçərək fotoqrafların ilk cəmiyyətini yaradıb.
Hər il avqustun 19-da dünyanın hər yerindən peşəkar və həvəskar fotoqraflar müxtəlif şəkillər çəkərək #worldphotoday(dünya foto günü) həştəqi vasitəsilə izləyiciləri ilə paylaşırlar.
Sahib
Xəbər lenti
Hamısına baxSosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45

