Əfv gözlənilir
04.03.2025 [08:21]
Müvafiq komissiya müraciətləri araşdırır...
Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Amnistiya aktının qəbul olunması haqqında məsələ qaldırılıb. Bu təkliflə Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu çıxış edib. O, Milli Məclisin müvafiq komitəsində İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı çıxış edib. Bildirib ki, həbsxanalardan ona və digər hüquq müdafiəçilərinə çox sayda müraciətlər daxil olur: “Hesab edirik ki, Amnistiya aktının qəbul olunması vacibdir”.
Qeyd edək ki, son dövrlərdə Prezident yanında Əfv Məsələləri Komissiyasının ard-arda bir neçə iclası keçirilib. İki iclasda 200-dən artıq müraciətə baxılıb. Əfv komissiyasının üzvü Rəşad Məcid KİV-ə açıqlamasında bildirmişdi ki, bu müraciətlərə əsasən qəsdən öldürməyə cəhd, sağlamlığa ağır zərərvurma, adam oğurluğuna cəhd, oğurluq və quldurluqla bağlı cinayətlərdə məhkum olunmuş müraciətlər müzakirəyə çıxarılıb, hər bir müraciət diqqətlə araşdırılıb. Vurğulanıb ki, komissiya iclaslarını yekunlaşdırandan sonra müsbət rəy verilmiş sənədlər toplanaraq ölkə başçısına təqdim olunacaq.
Humanizmə söykənən dövlət siyasəti...
Ölkəmizin dövlət siyasətində humanizm prinsiplərinə geniş yer verilir. Bunun ən bariz misalı Azərbaycanda indiyə qədər 13 amnistiya aktının qəbul edilməsini və 70-dən çox əfv sərəncamının verilməsini göstərmək olar. Xatırladaq ki, müstəqil Azərbaycanın dövlət siyasətində humanizm ənənəsinin əsasını müdrik siyasətçi Heydər Əliyev qoyub. 1995-ci ildə ölkəmizdə amnistiya institutu məhz Onun təşəbbüsü ilə təsis edilib və Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyası yaradılıb. Bütövlükdə, 1995-2003-cü illərdə respublikamızda Heydər Əliyevin siyasi iradəsi əsasında 7 amnistiya aktı və 32 əfv Fərmanı imzalanıb. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib. Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasətində humanizm ənənəsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Eyni zamanda, hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd edilməldir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib.
Sonuncu belə humanist akt ötən ilin mayında, müstəqilliyimizin 106-cı ildönümü ərəfəsində imzalanıb. Bu Sərəncama əsasən, ümumilikdə, 154 nəfər əfv edilib.
Əfvin amnistiya ilə fərqi...
Vurğulayaq ki, Amnistiya və əfvetmənin tətbiqi Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndinə görə, əfvetmə səlahiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur. Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 19-cu bəndinə uyğun olaraq, amnistiya məsələlərinin həlli Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Amnistiya aktı ilə belə şəxslər əlavə cəzadan da azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu da götürülə bilər.
CM-in 82-ci maddəsinə görə, əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər. Paralel olaraq belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənə bilər. Əfvetmə aktı ilə də cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər. Əfvetmə aktı ilə amnistiya aktı arasında fərqə gəldikdə isə, əfvetmə aktı amnistiyadan fərqli olaraq normativ xarakterli deyildir. Əfvetmə konkret hallar üzrə tətbiq edilən aktdır. Eyni zamanda, əfvetmə aktı fərd olaraq məlum şəxslər barəsində tətbiq edildiyi halda, amnistiya fərd olaraq qeyri-müəyyən məhkumlar barəsində tətbiq edilir. Hər iki akt birdəfəlik tətbiqetmə üçün nəzərdə tutulsa da, əfvetmə yalnız qanuni qüvvəyə minmiş hökm əsasında məhkum edilmiş şəxslərə münasibətdə, amnistiya aktı isə cinayət prosesinin istənilən mərhələsində tətbiq edilə bilər, yəni şəxsi məsuliyyətdən və cəzadan azad edə bilər.
Əfv gözlənilir, amnistiya isə...
Əfv komissiyasının üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid qəzetimizə açıqlamasında bildirib ki, amnistiya aktı məsələsi Milli Məclisin səlahiyyətinə aid olan bir məsələdir. Əfv komissiyasının isə yaxın günlərdə bu il üçün üçüncü sayılacaq iclasının baş tutması gözlənilir. Əfv məsələləri komissiyası konkret müraciətlərə baxır: “Bunlara məhkumlar və onların yaxınları tərəfindən göndərilən müraciətlər daxildir. Komissiyanın katibliyi qanunvericiliyə uyğun olaraq onları müzakirəyə çıxarır, komissiya hər bir müraciətə fərdi münasibət bildirir. Səsvermə yolu ilə ümumi qərarlar qəbul olunur. Komissiyaya edilən müraciətlərin hamısına baxılması üçün təxminən 6-7 iclasın keçirilməsi lazımdır. Çox güman ki, komissiya öz işini aprel və ya mayın əvvəlində yekunlaşdıracaq. Edilən müraciətlərin hamısına baxıldıqdan sonra sənədlər toplanaraq Prezident İlham Əliyevə təqdim edilir. Əfv məsələsi Azərbaycanın dövlət başçısının müstəsna səlahiyyətidir, humanizm və mərhəmət aktıdır. İndiyə qədər 70 əfv sərəncamı imzalanıb. Yəqin ki, biz yaxın aylarda cənab Prezident tərəfindən imzalanan növbəti əfv sərəncamının şahidi olacayıq. Onu da deyim ki, 2 il öncə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi zamanı Əfv məsələləri komissiyasının sənədləri cənab Prezidentə təqdim olunandan sonra son illərin ən böyük Əfv Sərəncamı əsasında 802 məhbusa şamil edilən akt imzalanıb. Bu il də Konstitusiya və Suverenlik ilidir və daxil olan müraciətlər nəticəsində də güman edirəm ki, yaxın aylarda müvafiq Sərəncam imzalanacaq”.
Amnistiya ilə bağlı təklif irəli sürən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, Azərbaycanın hərtərəfli inkişafı üçün birlik, həmrəylik ən vacib şərtlərdəndir: “Amnistiya aktı veriləcəyi təqdirdə bu, daha çox insana şamil olunacaq. Buraya müraciət etməyən insanlar da salına bilər. Biz daxilimizdə bir olmalıyıq, birgə olmalıyıq. Bizə dövlətimizi qorumağı cənab Prezidentimiz öyrətdi, bizə Vətənimizi qorumağı Prezidentimiz öyrətdi. Biz milli həmrəyliyimiz üçün bir yerdə olmalıyıq”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18

