Kərə yağları...
15.01.2025 [08:58]
Nələrə diqqət etməliyik?
Gündəlik qida rasionumuzda yağ mühüm elementlərdən biridir. Məlumdur ki, sağlamlıq həm də yediyimiz qidadan çox asılıdır. Son zamanlar tüğyan edən xəstəliklər yeyib-içdiyimizə diqqət yetirməyin vacib olduğunu göstərir.
Mütəxəssislərin fikrincə, hər bir insan gün ərzində ən azı 100 qram yağ qəbul etməlidir. Üstəlik, qəbul etdiyimiz yağın tərkibinin keyfiyyətli olması da orqanizm üçün çox vacibdir. Çünki orqanizmin tələb etdiyi vitamin və maddələrin bir qismi yağdan alınır. Ancaq keyfiyyətsiz və tərkibi zərərli maddələrlə zəngin yağlar orqanizmdə bir sıra problemlərin yaranmasına səbəb olur.
Satışda saxta və keyfiyyətsiz kərə yağları var
Azad İstehlakçılar İctimai Birliyinin sədri (AİİB) Eyyub Hüseynovun “Yeni Azərbaycan”a açıqlamasına görə, hər ay kərə yağlarındakı problemlərlə bağlı birliyə 4-5 istehlakçı zəngi gəlir: “Nehrə, kərə yağlarının əksəriyyətinin tərkibinə marqarin qatılır. Onu nehrədən keçirirlər, imitasiya olunur, guya təbii nehrə yağıdır. Bunların əksəriyyəti vaxtı keçmiş, təhlükəli bitki yağlarının qarışığıdır. Həmçinin marketlərdə hamının üstündəki inək şəklinə baxıb aldandığı yağlar da imitasiya olunur. Onlar da əslində qarışıq yağlar olur”.
Hansı yağ daha bərkdirsə...
E.Hüseynov bildirib ki, qidaların əksəriyyətinin üstündə aldadıcı informasiyalar var: “Yaxşı olar ki, kərə yağı alan zaman onu əldə bərk sıxsınlar. Hansı yağ daha bərkdirsə, o təbii kərə yağıdır. Mən bir neçə il əvvəl Yeni Zellandiyada Azərbaycana göndərilən kərə yağının istehsal zavoduna getdim və orda ölkəmiz üçün hazırlanan yağa baxdım. Hətta orda süd istehsalı və fermer təsərrüfatına da getmişdim. Orda heyvanlar açıq səma altında otlayırlar, yemlərlə yemləndirilmirlər”.
Yeməklərimizdə hansı yağlardan istifadə etməliyik?
Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib ki, yağ orqanizmə enerji verən, eyni zamanda da çox faydalı olan makroelementlərdən hesab olunur. Mütəxəssis qeyd edir ki, bitki və heyvan mənşəli yağlardan istifadə etmək lazımdır: “Xüsusilə tərkibində doymamış yağ turşuları olan yağlardan istifadə etmək yay aylarında daha çox faydalıdır. Buna da zeytun yağını nümunə göstərmək olar, çünki zeytun yağı soyuq sıxım olan, təbii, keyfiyyətli yağ hesab olunur. Bunu həm yeməklərdə, həm də salatlarda istifadə etmək olar. Daha sonra avokado yağından istifadə etmək də orqanizm üçün faydalıdır. Avokadonı həm tərəvəzlərlə, həm də qızartmalarda da istifadə etmək olar, eyni zamanda da həmin avokadodan az yağ istifadə etməklə, hər hansı bir səhər yeməyi, omlet kimi və yaxud digər səhər yeməyi kimi qəbul olunsa, gün ərzində orqanizmə enerji vermiş olur”.
Yağ yüksək istilik prosesinə məruz qaldıqda...
Mütəxəssisin sözlərinə görə, heyvan mənşəli yağlardan istifadə etməli olacağıqsa, bu zaman diqqət etməliyik ki, təbii kərə yağı və yaxud nehrə yağı olsun: “Bunlardan istifadə edərkən həddindən artıq çox qızartmamalıyıq, çünki yağ yüksək istilik prosesinə məruz qaldıqda tərkibində konserogen maddələr əmələ gəlir ki, bu da zamanla daxili orqanların və orqanizmin müxtəlif orqanlarını xərçəngə yoluxma riskini artırır. Yaxşı olar ki, yeməkləri hazırladıqda artıq bişməyə az qalmış yağ əlavə etmək həm yağın tərkibinin keyfiyyətli qalmasına, həm də orqanizmə zərər verməməsinə səbəb olur”.
Ərinmiş yağlar belə saxlanılmalıdır
Mütəxəssis ərinmiş yağdan istifadə zamanı nələrə diqqət etməli olduğumuz barədə də məlumat verib: “Yağ həddindən artıq əridilməməlidir və belə yağları saxlayarkən düzgün temperaturda şüşə və yaxud emal olunmuş qablarda saxlanılmalıdır ki, bu da yağın tərkibinin keyfiyyətli şəkildə qalmasına kömək olur. Yaxşı olar ki, ümumiyyətlə, keyfiyyətsiz yağlardan uzaq duraq, çünki dediyimiz kimi, orqanizmə zərər verir, ilk olaraq mədədə ağrılarla, həzm sistemində ağırlaşmalarla özünü göstərir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

