«Skal İnternational Baku» klubu ilə Milli QHT Forumu arasında memorandum imzalanıb
22.02.2013 [16:03]
«Skal İnternational Baku» Turizm Professionalları Assosiasiyasının növbəti 13-cü toplantısı keçirilib. Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Milli QHT Forumunun prezidenti Rauf Zeyn, eləcə də ölkəmizdə fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin rəhbərlərinin də iştirak etdiyi tədbiri «Skal İnternational Baku» klubunun prezidenti Ruslan Quliyev açaraq bildirib ki, rəhbərlik etdiyi təşkilatın hər dəfə toplantısını yeni məkanlarda keçirməsi artıq bir ənənə halını alıb. Bunu yeni açılan hotellərin tanınması istiqamətində onlara dəstək üçün etdiklərini deyən R.Quliyev daha sonra «Skal İnternational Baku»nun fəaliyyəti, gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında toplantı iştirakçılarına ətraflı məlumat verib: «4 ildir fəaliyyət göstəririk. Bu müddət ərzində aktiv fəaliyyətinə görə təşkilatımız «Skal İnternational»ın Sidneydə keçirilən toplantısında, 2011-ci ildə isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilən 2-ci Milli Turizm Mükafatına layiq görülüb. Bizim məqsədimiz Azərbaycan mədəniyyətini və ölkəmizin turizm potensialını dünyada təbliğ etmək, ölkəyə turistlərin cəlb edilməsinə nail olmaqdır. Bunun üçün də müxtəlif ölkələrin «Skal klub»ları ilə yaxından əməkdaşlıq edir, onlarla birgə layihələr həyata keçiririk». R.Quliyev qeyd edib ki, hazırda «Skal İnternational» 110 ölkəni əhatə edir. Dünyada 750 təşkilat və 22 min insan bu qurumun üzvüdür. Təşkilat gənc turizmçilərlə işləməyə daha çox üstünlük verir. «Skal Baku»nun da bu istiqamətdə fəaliyyət göstərdiyini deyən klub prezidenti bildirib ki, bir ay öncə ATİ-nin məzun və tələbələri ilə birlikdə «Young Skal» klubunu yaradıblar. Bu təşkilat ilk dəfə 1999-cu ildə Türkiyədə yaradılıb.
Sonra Kənan Hənifəyev «Young Skal» klubu haqqında məlumat verib. Onun sözlərinə görə, «Skal Baku»nun tərkibində yaradılmış «Young Skal»ın əsas fəaliyyəti Azərbaycan gənclərini turizm sahəsi haqqında maarifləndirmək, bu sahədə çalışanların şəbəkələşməsini təşkil etmək və dünyadakı oxşar qurumlarla əməkdaşlığın qurulmasıdır.
«Millennium» turizm şirkətinin əməkdaşı Əfqan Şahquliyev Avropa İttifaqının ali təhsil üzrə TEMPUS proqramı haqqında məlumat verib. O, bildirib ki, bu təhsil proqramının əsas məqsədi davamlı inkişafa nail olmaq üçün modulların yaradılmasıdır.
«Spektr» treninq mərkəzinin təlimçisi Sevinc Əli isə təmsil etdiyi təşkilatın həyata keçirdiyi təlimlər haqqında danışıb.
Ekoturizm üzrə mütəxəssis, «Ekoturizm Azərbaycan» təşkilatının rəhbəri Elman Yusifovun «Azərbaycanın turizm potensialı» adlı kitabı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov kitabı hazırladığına görə təmsil etdiyi dövlət qurumu adından müəllifə təşəkkür edərib.
Sonra «Skal İnternational Baku» klubunun prezidenti Ruslan Quliyev «Şafran» hoteli haqqında danışıb. Onun sözlərinə görə, bu məkan professional hotel idarəçisi Bəşir Hacıyevin rəhbərliyi ilə balyon-menecment tərəfindən idarə edilir. Hotel ötən ilin avqust ayından MTN-nın lisenziyası əsasında fəaliyyət göstərir, 49 otaq və 30 nəfərlik konfrans zalından ibarətdir.
Tədbirdə həmçinin gündəlikdəki məsələlər - Azərbaycanda fəaliyyət göstərən mehmanxanalar və turizm şirkətləri arasında mövcud olan əməkdaşlıq imkanları, bu istiqamətdə müşahidə olunan problemlər də müzakirə olunub. Məsələ ətrafında çıxış edən R.Quliyev təəssüf hissi ilə bildirib ki, Azərbaycanda turizm şirkətləri-hotel münasibətləri hələ də istənilən səviyyəyə çatmayıb: «Hotellər bizimlə əməkdaşlığa səthi yanaşırlar. Onlar düşünürlər ki, öz məhsullarını özləri tanıda bilərlər. Amma turizm sahəsinin qanunlarından biri də odur ki, hotel turizm şirkətinin köməyi olmadan özü- özünü tanıda bilməz».
Məsələ ilə bağlı «Exselsior Bakı», «Hilton Bakı» hotellərinin baş menecerləri çıxış edərək turizm şirkətləri ilə əməkdaşlığın onlara yalnız fayda verəcəyini bildirdilər.
Tədbirin sonunda «Skal Baku» klubu ilə Milli QHT Forumu arasında əməkdaşlıqla bağlı memorandum imzalanıb.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57

