Odla su arasında...
02.12.2023 [11:00]
Qərbdə yazılan ssenari Ermənistanı növbəti bəlalara sürükləyir
Öz davranışları ilə daim regional əməkdaşlığa və təhlükəsizliyə təhdidlər yaradan Ermənistanda Nikol Paşinyan iqtidarı dönəmində müşahidə edilən və diqqət çəkən proseslərdən biri bu ölkədə Rusiya əleyhinə əhval-ruhiyyənin güclənməsidir. Əslində, bu prosesin dövlət siyasəti səviyyəsinə yüksəldiyini desək, daha doğru olardı. Çünki hazırda bu ölkədə bəlli səbəblər üzündən müəyyən çətinliklərlə üzləşən şimal qonşumuza qarşı çağırışlar yalnız cəmiyyət, siyasi partiyalar, qeyri-hökumət təşkilatları səviyyəsində eşidilmir. Belə mesajlar daha çox baş nazirin özündən, ona yaxın dairələrdən gəlir. Nikol Paşinyanın komandası ölkənin bütün uğursuzluqlarının, o cümlədən də müharibədəki məğlubiyyətin əsas səbəbkarı kimi Rusiyanı və bu ölkənin drayver funksiyası daşıdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) göstərir. Həm də Rusiyaya qarşı davranışlar yalnız siyasi bəyanatlarla məhdudlaşmır. Nikol Paşinyan və hakimiyyətin digər qollarının təmsilçiləri praktiki müstəvidədə Rusiyaya qarşı radikal demarşlar etməkdən çəkinmirlər. Onlar təkcə son vaxtla?da Rusiyanın və KTMT-nin ayrı-ayrı tədbirlərini baykot ediblər.
Fürsətcil və dönük ölkənin utopik planı
Bütün bunlar isə region dövləti olan Rusiya üçün qırmızı xəttin keçilməsi anlamına gəlir. Müşahidə edilən proseslər fonunda aktual bir sual yaranır: Ermənistanın öz təhlükəsizliyini diversifikasiya etmək bəhanəsi ilə Rusiyadan qopmaq planı baş tutacaqmı? Nikol Paşinyanın komandasının canfəşanlığına rəğmən, bunun baş verəcəyinə inanmaq mümkün deyil. Ortada Ermənistanın bütün parametrlər baxımından Rusiyaya bağlılıq faktoru var. Bu, bəhs olunan ssenarinin pozulmasını şərtləndirən əsas amildir. Burada bir neçə məqamı xüsusi qeyd edə bilərik. Hər kəsə bəllidir ki, Ermənistan tarix boyunca məhz şimal qonşumuzun patronajlığı altında mövcud olub və ayaqda qalıb. Bu gün ölkə iqtisadiyyatı, enerji təhlükəsizliyi bütünlüklə Rusiyadan asılı vəziyyətdədir. Rusiya Ermənistanın əsas ticarət tərəfdaşlarının siyahısının başında gəlir. Ölkədə iş tapa bilməyən ermənilər onlar üçün əlverişli məkan kimi məhz Rusiyaya üz tuturlar və burada ailələrinə dolanışıq təmin edirlər. Əgər onların göndərdiyi maliyyə kəsilsə, Ermənistanda sosial vəziyyət kritik dərəcədə kəskinləşə bilər.
Ermənistanın bəhs olunan planını puç edəcək mühüm amillərdən biri Rusiyanın bu ölkədə hərbi mövcudluğudur. 102-ci Rusiya hərbi bazası 1995 -ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində dislokasiya olunur. Baza, ümumilikdə, 13 döyüş və 17 təchizat- təminat bölməsindən ibarətdir. Ermənistan Rusiyaya məxsus hərbi bazanın öz ərazisində 2044-cü ilə kimi qalmasına icazə verib və bununla bağlı razılaşma müvafiq sənədlə rəsmiləşdirilib. Ermənistanın Türkiyə və İranla dövlət sərhədlərini də məhz Rusiya hərbçiləri qoruyur. Onilliklər ərzində formalaşan belə sıx və çoxşaxəli bağlılığı qlobal güc olan Rusiyanın iradəsinə rəğmən qırmaq istəyini ancaq utopiya kimi səciyyələndirmək mümkündür.
Qərb-Rusiya qarşıdurmasında plasdarm dövlət
Ermənistanda rusofobiya kampaniyasının genişlənməsi fonunda Qərblə inteqrasiyanın intensivləşdirilməsi müşahidə edilir. Nikol Paşinyan özünü Avropa İttifaqının (Aİ) əsas simalarından biri sanan Fransanı bir növ su yoluna döndərib, tez-tez Emanuel Makronla görüşərək ondan məsləhətlər və göstərişlər alır. Bəllidir ki, hazırda məlum səbəblərə görə Rusiya ilə Qərb arasında münasibətlər kəskinləşib. ABŞ başda olmaqla kollektiv Qərb müxtəlif regionlarda Rusiyanın maraqlarına zərbə vurmaq üçün hərəkətə keçib. Avropa Rusiyaya qarşı planlarını reallaşdırmaqdan ötrü plasdarm dövlətlərdən istifadə edir və həmin dövlətlərdə özünün idarə olunan hakimiyyətlərini qurur. İndiki məqamda Cənubi Qafqazda Avropanın Rusiyaya qarşı hazırladığı plasdarm dövlət qismində Ermənistan çıxış edir.
Artıq Avropa İttifaqının mülki adlandırılan, əslində isə tərkibində güc strukturlarının da yer aldığı çoxtərkibli və uzunmüddətli missiyası Ermənistanda yerləşdirilib. Gələcəkdə bu missiyanın daha da genişləndiriləcəyinin anonsu edilir. Eyni zamanda, Fransa Ermənistana silah tədarükünə başlayıb və bu ölkə ilə hərbi əməkdaşlığını genişləndirmək niyyətini ifadə edib. Paralel şəkildə, Qərb dövlətlərindən və təşkilatlarından Ermənistana böyük həcmlərdə maliyyə tranşları edilir. Belə faktların siyahısı çox uzundur.
Niyə N.Paşinyan iqtidarı dönəmində?
Təbii ki, Ermənistanda Rusiyaya qarşı hazırlanan və hazırda reallaşdırılma mərhələsində olan ssenari bütün Ermənistan cəmiyyətinin milli ideyası deyil. Ən azından ona görə ki, son üç ildə hər nə qədər təmizləmə aparılsa da, hələ də bu ölkənin siyasi və hərbi elitasında, eləcə də müxalifət sıralarında Rusiyaya bağlı olan qüvvələr çoxdur. Həmin qüvvələr birmənalı şəkildə Ermənistanın gələcəyini ənənəvi siyasi xəttin - Rusiyaya bağlılığın davam etdir?lməsinin tərəfdarıdırlar. Onlar hətta ölkədəki indiki rusofobiya əhval-ruhiyyəsinə baxmayaraq, öz mövqelərində israrlı yanaşma ortaya qoyurlar. Beləliklə, müşahidə edilən həm də odur ki, Rusiyaya münasibət Ermənistanda iki cəbhə formalaşdırıb.
Müşahidə edilən proseslər fonunda bir məqam xüsusilə diqqət çəkir. Bu da ondan ibarətdir ki, təsvir olunan ssenarinin həyata keçməsi naminə hakim komandanın başında dayanan Nikol Paşinyan daha çox canfəşanlıq edir. O, verdiyi siyasi bəyanatları və atdığı praktiki addımları ilə aşkar şəkildə ölkədən Rusiyanın sıxışdırılıb çıxarılmasını təşviq edir. Buradan da situasiya üçün ən aktual sual ortaya çıxır: Bütün bu hadisələr niyə Nikol Paşinyanın hakimiyyəti dönəmində baş verir? Suala cavab vermək üçün zamanında heç nə ilə diqqəti cəlb etməyən N.Paşinyanın vətəndaş cəmiyyəti sektorundan, jurnalistlik karyerasından ayrılaraq hakimiyyət olimpinə yüksəlməsinin tarixçəsinə qısa nəzər salmaq kifayətdir.
Nikol Paşinyan bir Qərb layihəsi üzrə hakimiyyət kreslosuna əyləşməyə nail olub. 2018-ci ildə Ermənistanda bu ölkədə 1997-ci ildə fəaliyyətə başlayan “Açıq Cəmiyyət Fondu - Ermənistan”ın (Soros Fondu) dəstəyi ilə ermənilərsayağı məxməri inqilab baş verdi. Həmin inqilab dalğasında Nikol Paşinyan gözlənilmədən rəqiblərindən üstün mövqeyə çıxdı və hakimiyyətə gəldi. Əslində, “inqilablar atası” kimi tanınan Soros Fondu Ermənistanda ənənəvi ssenarisini reallaşdırmışdı. Külli miqdarda pul xər?lənmiş, cəmiyyət demokratiya nağılları və şirin vədlərlə aldadılmışdı. Nikol Paşinyanın baş nazir postuna gətirilməsi ilə bu ölkədə Soros Fondunun mövqeləri sürətlə möhkəmlənməyə başladı. Bunu baş nazirin verdiyi qərarlar və kadr təyinatları əyani şəkildə təsdiqləyir.
Nikol Paşinyanın ölkəsinin ənənəvi siyasi xəttini dəyişərək Rusiyadan Qərbə yönəltməsi onun bəlli dairələrin əlində bir alət olduğunun və dövlət siyasətini həmin dairələrdən aldığı təlimatlar, diktələr əsasında formalaşdırmasının növbəti bir sübutudur. Baş nazirdən onun başına “şahlıq quşu”nun qondurulmasının haqqını xidmətləri ilə ödəməsi tələb olunur. Nikol Paşinyan da bunu məmnuniyyətlə edir və buna məhkumdur. Baş nazir RBK-ya müsahibəsində “Sizin Soros Fondu ilə yaxşı əlaqələriniz var. Bu necə olur? Axı bu, Rusiya-Ermənistan əlaqələrinə mənfi təsir edir” sualına “Onlar yaradılan vaxt Rusiyada heç kəs Ermənistan hökumətinin rusiyapərəst meyillərinə şübhə etmirdi. Bütün bu təşkilatlar Robert Köçaryanın, Serj Sarkisyanın dövründə yaradılıb. Əgər onlar həqiqətən rusiyapərəst idilərsə, nə üçün bu təşkilatları bağlamayıblar?” şəklində cavablandıraraq fonda rəğbətini və qurumla yaxşı əlaqələrinin olmasını gizlətməyib.
Gözlənilən odur ki, nə şimal qonşumuz, nə də Ermənistandakı rusiyapərəst qüvvələr N.Paşinyanın ölkənin oriyentasiyasını dəyişməsini həzm etməyəcəklər. Ermənistan cəmiyyətində belə bir fikir getdikcə daha tez-tez eşidilir: Buynuz çıxaran N.Paşinyana qarşı “böyük cəza” günü yaxınlaşmaqdadır, Ermənistanın başı üzərində əsən şimal küləyi onun hakimiyyətini də bir gün qarşısına qatıb aparacaq. Buradan o qənaət hasil olur ki, Nikol Paşinyan Rusiyaya qarşı radikal demarşlara gedərkən ölkəsinin milli maraqlarından daha çox özünün siyasi hakimiyyətini qorumaq qayğısına qalır. Bütün hallarda N.Paşinyanın çabalamaları perspektivsiz görünür. O, uzaq yox, elə yaxın coğrafiyalarda baş verən məxməri inqilabların liderlərinin kədərli sonluqlarını unutmamalıdır.
Baş nazirin tarixdə qalmaq xəyalları
Ermənistanın uğursuz lideri N.Paşinyanın növbəti Don Kixotluğu onun ölkəsinin tarixində qalmaq xülyaları ilə bağlıdır. O, müxtəlif auditoriyalarda, xüsusilə də tərəfdarlarının çoxluq təşkil etdiyi tədbirlərdə özündən müştəbehliyini dəfələrlə ifadə edib. Yerli mətbuatın yazdığına görə, baş nazir noyabrın 24-də vətəndaşların suallarını cavablandırıb. Ona “Tarix dərsliklərində necə xatırlanmağınızı istəyirsiniz” sualı ünvanlanıb. Təbii ki, bu sualın cavabında auditoriya N.Paşinyandan apardığı yarıtmaz siyasət ucbatından Ermənistanın uğursuzluqlara düçar olmasının məsuliyyətini ən azından bölüşdüyü ilə bağlı etirafları dilə gətirəcəyini gözləyirdi. Ancaq bu, baş verməyib. Əvəzində, N.Paşinyan heç kəsin gözləmədiyi halda çar Papın nümunəsini xatırladıb. Fikirlərinə davam edən Ermənistan lideri vurğulayıb ki, tarixi şəxsiyyətlərin dərsliklərdə yaxşı və yaxud pis anlamda təqdim olunması tarixi yazanların tarixi necə yazmalarından asılıdır.
N.Paşinyanın özü ilə çar Pap arasında müqayisə aparması Ermənistanda, necə deyərlər, top-tüfənglə qarşılanıb və ona qarşı ittihamlar gecikməyib. Tarixçi Edqar Ovvanisyan müqayisənin qüsurlu olduğunu bildirib. Onun qənaətinə görə, baş nazir ölkənin hazırkı reallıqlarının dərsliklərdə fərqli interpretasiyadan təqvim olunmasını istəyir və söylədiyi fikirlərlə buna ideoloji zəmin hazırlayır. Erməni tarixçisi əlavə edib ki, N.Paşinyanın özünün çar Papla müqayisəsini aparması və tarixdə qalmaq istəyi təbii qarşılana bilərdi, ancaq ölkənin hazırkı reallıqları başqa məqamları diqtə edir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

