/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Milli Onkologiya Mərkəzinin yeni tikilmiş uşaq klinikası ilə tanış olub
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Milli Onkologiya Mərkəzinin yeni tikilmiş uşaq klinikası ilə tanış olub
08.03.2012 [23:43]
Hər bir dövlətin əsas öhdəliklərindən biri də xalqın sağlam gələcəyini təmin etməkdir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosialyönümlü siyasətin nəticəsidir ki, gələcəyimiz olan uşaqların sağlamlığına xüsusi əhəmiyyət verilir. Bu işdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var. Uşaqlara diqqət və qayğı, xüsusilə də onların sağlamlığı ilə bağlı məsələlər Fondun fəaliyyətində prioritet istiqamətlərdən birini təşkil edir. Fondun səhiyyə sahəsində reallaşdırdığı layihələr sırasında “Talassemiyasız həyat”, “Diabetdən əziyyət çəkən uşaqlara qayğı” və digər proqramlar var.
Milli Onkologiya Mərkəzinin uşaq klinikasının istifadəyə verilməsi səhiyyənin ən ağrılı problemlərinin həlli istiqamətində görülən əvəzsiz işdir. Klinika müasir təbabətin qlobal problemlərindən olan uşaqlarda onkoloji xəstəliklərin fəsadlarına qarşı mübarizədə çox mühüm funksiyanı yerinə yetirəcək.
Respublika Uşaq Xəstəxanasında fəaliyyət göstərən 10 çarpayılıq bir bölmə tərəfindən göstərilən yardım onkoloji xəstəliyə düçar olan uşaqların böyük əksəriyyətini əhatə etmirdi. Tikintisinə 2009-cu ildən başlanılmış və artıq hazır olan Milli Onkologiya Mərkəzinin uşaq klinikasının binası dördmərtəbəlidir. Klinikanın həyətində xüsusi zövqlə yaradılmış uşaq meydançası da var. Səhiyyə ocağının yerləşdiyi ərazinin ümumi sahəsi 5 min 200 kvadratmetrdir. Məhz uşaqlar üçün nəzərdə tutulduğundan görkəmi ilə digər səhiyyə ocaqlarından fərqlənən bu klinikanın birinci mərtəbəsində poliklinika şöbəsi və müxtəlif diaqnostik kabinetlər, ikinci və üçüncü mərtəbələrdə hər biri 30 çarpayılıq müalicə şöbələri, dördüncü mərtəbədə isə iki əməliyyat otağı olan cərrahi blok və reanimasiya şöbəsi yerləşir. Klinikada konfrans zalı, arxiv, xidməti otaqlar var.
Burada mərkəzləşmiş havalandırma, yanğından mühafizə və rabitə sistemləri, həmçinin təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları quraşdırılıb.
Milli Onkologiya Mərkəzinin uşaq klinikasının istifadəyə verilməsi bu sahədəki problemlərin həlli istiqamətində irəliyə atılan vacib addımdır.
Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev Azərbaycanın birinci xanımına məlumat verib ki, respublikada onkoloji xəstəliyi olan 1000 nəfərə yaxın uşaq var. Klinikanın açılması ilə bu xəstələrin xaricdə müalicə almasına ehtiyac qalmayacaq. Mərkəzin uşaq klinikası ən müasir tələblərə cavab verən tibbi müəssisə kimi layihələşdirilərək tikilib. Uşaqların özlərini rahat hiss etmələri üçün klinikanın dəhlizlərinin divarları müxtəlif nağılların və cizgi filmlərinin qəhrəmanlarının şəkilləri ilə bəzədilib. Bu isə klinikadakı ümumi şəraiti ev şəraitinə yaxınlaşdırır, qeyri-xəstəxana ab-havası yaradır. Foyedə quraşdırılmış xüsusi monitorlarda klinikada olan bütün dərmanların siyahısı göstərilir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva əməliyyat və reanimasiya şöbələrində yaradılan şəraitlə tanış olub. Burada iki əməliyyat otağı yerləşir. Bu otaqlar müasir narkoz aparatı, laminar hava axını, funksional əməliyyat masası, ən qabaqcıl tibbi cihazlar ilə təchiz edilib. Həmçinin, burada bakterosid və yanğına davamlı divarlar qurulub. Reanimasiya şöbəsi xüsusi avadanlıq vasitəsilə daim nəzarət altında saxlanılır. Bu şöbədə ən müasir süni tənəffüs aparatları var. Monitorlarda isə xəstənin təzyiqi, ürəyin kardioqramı, bədənin temperaturu, bir sözlə, pasiyentin bütün həyat parametrləri göstərilir.
Klinikada 24 saat ərzində fəaliyyət göstərən ekspress-laboratoriya da var. Tibb müəssisəsində uşaqlar yüksək dozalı dərmanlar qəbul edirlər. Bu səbəbdən onlar hər dörd saatdan bir analiz verir ki, bu dərmanların orqanizmdə sovrulması yoxlanılsın. Bu laboratoriyanın əsas məqsədi - pasiyentlərdə digər patalogiyaların yaranmasının qarşısını almaqdır.
Tibb müəssisəsinin hər mərtəbəsində mətbəx, camaşırxana var. Xəstələrin yanına gələnlər uşaqlar ilə istirahət otaqlarında da görüşə bilərlər. Klinikada çoxlu stasionar palatalar var. Uşaq şöbəsində balacaların zövqünə və yaşına uyğun qurulan hər palatanın ayrıca vanna otağı, televizoru və müalicə almaq üçün lazımi şərait var. Palatalarda valideynlərin övladlarının yanında qalması da nəzərə alınıb.
Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, pediatrik yaş həddində, yəni 15-16 yaşadək olan onkoloji və hemotoloji xəstələr vaxtında klinikaya müraciət edərsə, onların tam sağalması mümkündür.
Klinikanın hər şöbəsində sümük iliyi, lyumbar punksiyalar və biopsiyaları üçün manipulyasiya otağı fəaliyyət göstərir. Bu otaq həm diaqnostik məqsədlər, həm də müalicənin səmərəliliyini araşdırmaq üçün yaradılıb. Klinikada müalicə olunan uşaqların tam sağalması üçün onların 1-2 il ərzində kimyəvi terapiya keçməsi vacibdir.
Tibb müəssisəsində məktəbli yaşında olan xəstə uşaqların tədrisi də nəzərə alınıb. Onlar üçün kompyuterlər ilə təchiz edilmiş dərs otağı yaradılıb. Dərs otağı müalicə aldıqları zaman uşaqların tədrisdən təcrid olunmaması məqsədi ilə qurulub.
Uşaq şöbəsində isə məktəbəqədər uşaqlar müalicə alacaqlar. Buradakı oyun və dərs otağı da məhz məktəbəqədər uşaqların tələbatlarına və maraqlarına uyğun yaradılıb.
Mehriban xanım Əliyeva klinikada müalicə olunan 2 yaşlı Nuray Abdulrəhmanlı və onun anası ilə görüşüb, balaca pasiyentin səhhəti ilə maraqlanıb. Qax rayonundan olan Nuray göz almasının retinoblastoması diaqnozu ilə səkkiz ay əvvəl akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində əməliyyat olunub. Onun gözünə implantant qoyulub.
Heydər Əliyev Fondunun prezidenti Nuray ilə söhbət edib, hədiyyə verib və ona tezliklə sağalmağı arzulayıb.
Klinikanın daha bir pasiyenti - 11 yaşlı Zübəndə Xəlilovadır. Ucardan olan Zübəndə burun-udlağın karsinomasından müalicə olunur. Mehriban xanım Əliyeva Zübəndə ilə söhbət zamanı ona tezliklə sağalıb, məktəbə qayıtmağı arzulayıb və ona hədiyyə təqdim edib. Zübəndə Xəlilovanın anası klinikada müalicə üçün bütün şəraitin yaradıldığını deyib və buna görə minnətdarlığını bildirib. Sonra xatirə şəkli çəkdirilib.
Şüa müalicəsinə ehtiyacı olan xəstə uşaqların binadan çıxmadan şüa terapiyası avadanlığının yerləşdiyi bunkerlərə getməsi üçün xüsusi keçid tikilib. Burda çalışan mütəxəssislər Almaniya və Türkiyədə təcrübə keçiblər. Xətti gücləndirici şüa terapiyası 3G formatlı cihazla təchiz edilib.
Maqnit-rezonans tomoqrafiyası kabinetində xüsusi aparat vasitəsilə baş-beyin, qarın boşluğunda, yumşaq toxuma və sümükdə olan patalogiyalar müəyyən edilir.
Rentgen-idarəetmə otağında isə rəqəmsal rentgen aparatı vasitəsilə ağ ciyər, qida borusu, mədə-bağırsaq və qarın boşluğunun ən dəqiq göstəricilərini əldə etmək mümkündür. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yeni tikilmiş klinikanın kollektivini təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

