Azərbaycanı Belarusda layiqincə təmsil edən diaspora nümayəndəmiz...
31.12.2011 [00:11]
Məlum olduğu kimi, xaricdə yaşayan soydaşlarımızın bir-birilə və Azərbaycan Respublikası ilə əlaqələr yaratması, təşkilatlanması, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin rolu çox böyük olub. Məhz, Ulu öndərin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qəbul olunan qərar Azərbaycan Respublikası ilə Azərbaycan diasporu arasında əlaqələrin möhkəmləndirilməsi yolunda çox mühüm addım oldu. Bu qərarın qəbulundan başlayaraq hər il dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur.
Dünya azərbaycanlılarının birliyini təmin edə biləcək ən mühüm və təsirli vasitə vahid ideologiyanın olmasıdır. Bunu çox gözəl anlayan ümummilli lider Heydər Əliyev xalqı bir ideya, bir məqsəd ətrafında birləşdirmək üçün məhz “Azərbaycançılıq” ideologiyasını seçdi. Ulu öndərin yetkin konsepsiya halına saldığı azərbaycanlılıq ideologiyası Sovet imperiyasının parçalanmasından sonra ölkədə yaranan ideoloji boşluğu dolduran, milli şüuru möhkəmləndirən, xalqı vahid ideya ətrafında birləşdirən faktor kimi çıxış etdi. Bu ideologiyanın əsasında dayanan prinsip ondan ibarətdir ki, Azərbaycan dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının Vətənidir. özünü azərbaycanlı, Azərbaycanı isə doğma Vətəni hesab edən hər bir şəxs ölkənin gələcəyi, müsbət beynəlxalq imicinin formalaşması, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün əlindən gələni etməlidir. Azərbaycançılıq ideologiyası hər bir azərbaycanlıya milli qürur, vətənpərvərlik hissləri aşılayır.
Bu gün əsası Ulu öndərimiz tərəfindən qoyulmuş siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan diasporası fəaliyyətini daha da gücləndirib. Cari ildə Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi, orada diaspora fəaliyyətində yüksək fəallıq nümayiş etdirmiş azərbaycanlılara orden və medallar təqdim olunub.
Bir sözlə, hazırda dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar ayrı-ayrı dövlətlərin vətəndaşları olsalar da, daim Azərbaycanın qüdrətlənməsi üçün diaspora fəaliyyətində yüksək aktivlik göstərirlər. Belə azərbaycanlılardan biri də Elxan Həmid oğlu Bəylərovdur.
O, 1968-ci ildə Azərbaycanın Bərdə rayonunda anadan olub. Ali texniki təhsilə malik Elxan Bəylərov 1996-cı ildən Belarus Respublikasının Qrodno şəhərində yaşayır. Qrodno şəhərində sahibkarlıq fəaliyyətilə məşğul olan Elxan Bəylərov 2005-ci ildən “NEL-MODA” tikiş müəssisəsini təsis edib və hazırda 48 nəfərlik kollektivi olan MMC həm daxili, həm də xarici bazar üçün məhsullar istehsal edir.
“Yeni Azərbaycan” qəzetinə müsahibə verən Azərbaycanın Belarus diasporasının nümayəndəsi Elxan Bəylərov deyir ki, o, 11 ildir Azərbaycan diasporasının Qrodno nümayəndəliyinin sədr müavinidir: “Diasporamızın respublika və əyalət səviyyəli bütün tədbirlərində iştirak edirəm. 2008-ci ildə biz ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyini təntənəli şəkildə qeyd etmişik. Bununla yanaşı, diasporamız Qrodno şəhərində hər 2 ildən bir keçirilən milli kulinariya festivallarında aktiv iştirak edir. Hal-hazırda isə 2012-ci ilin iyun ayında keçirilməsi planlaşdırılan növbəti festivala hazırlaşırıq”.
Elxan Bəylərov, həmçinin, bildirir ki, diaspora Yanki Kupali adına Qrodno Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələrə hərtərəfli yardım göstərir.
Daimi olaraq, Azərbaycandakı ictimai-siyasi vəziyyətlə bağlı maraqlanan Elxan Bəylərov deyir ki, Azərbaycan televiziyası, KİV orqanları vasitəsilə geniş məlumat əldə edə bilir.
Elxan Bəylərov Azərbaycanın uğurlarından da danışıb. Onun sözlərinə görə, Belarus dövlətində Azərbaycanı çox yaxşı tanıyırlar və sevirlər: “Azərbaycanın tez-tez uğurlar qazanması belarusluları da sevindirir. çünki onlar Azərbaycanın çətin anda Belarus dövlətinə etdiyi yardımı yaddan çıxarmayıblar”.
“Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvlüyünə seçilməsi isə tarixi hadisə idi. Bu fakt bir daha göstərir ki, doğma Vətənimiz qüdrətlənir, nüfuzu get-gedə artır” - deyə, Elxan Bəylərov əlavə edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan Elxan Bəylərov söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyilə yürüdülən xarici siyasətin məntiqi nəticəsi olaraq, Ermənistan tezliklə işğal etdiyi torpaqlardan çəkiləcək və regionda sülh yaranacaq: “Biz də Azərbaycan diasporasının nümayəndələri olaraq, Vətənimiz, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri Belarus ictimaiyyətinin diqqətinə çatdırırıq. çalışırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunmasına öz töhfəmizi verək”.
Sonda Azərbaycan xalqını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edən Elxan Bəylərov bütün azərbaycanlılara Vətənimizin qüdrətlənməsi yolunda yorulmaz və uğurlu fəaliyyət arzu edib.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53

