Ermənistan sanksiyalardan yayına biləcəkmi?
08.06.2023 [10:47]
GÜLAY
Rusiya-Ukrayna müharibəsi nəticəsində beynəlxalq münasibətlər sistemində mürəkkəb vəziyyət davam edir. Məlumdur ki, ABŞ və Avropa İttifaqı Ukraynaya ərazilərinə hücum etdiyinə görə, Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Avropa İttifaqı artıq bir müddət öncə Rusiyaya qarşı 11-ci sanksiya paketini də təsdiqləyib. Lakin Rusiya bu sanksiyalardan yayınmağa çalışır. Belə ki, bu məsələdə müxtəlif ölkələr və onların müvafiq qurumları rəsmi Moskvaya yardımçı olurlar. Həmin ölkələrin sanksiyalardan yayınması Ukraynanın narazılığına səbəb olub. Ukrayna Prezidenti Volodimir Zelenski bəzi ölkələrin Rusiyaya qarşı sanksiyalardan yayınmasını müzakirə etmək üçün toplantı keçirib.
Xatırladaq ki, sanksiyalardan yayınan ölkələrdən biri də Ermənistandır. Bununla bağlı olaraq Ermənistanı hansı cəza tədbirləri gözləyə bilər? ABŞ və Avropa İttifaqı rəsmi İrəvana qarşı hansı addımlar atacaq? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Rusiya-Ukrayna müharibəsi bir sıra mühüm məqamları, o cümlədən bəzi dövlətlərin bu müharibədən varlanmaq və gəlir əldə etmək istəklərini də ortaya çıxarır. O qeyd edib ki, Ermənistan öz dövlət büdcəsini bu müharibə sayəsində doldurmaqla məşğuldur: “Məhz bunun nəticəsidir ki, artıq Ermənistan tərəfi də faktları gizlədə bilmir. Digər dövlətlər də çox yaxşı anlayırlar ki, məhdud resursları olan, iqtisadi potensialı olmayan bir ölkənin birdən birə yüksək iqtisadi nəticə əldə etməsi mümkünsüzdür. Bu baxımdan Ermənistanın Rusiyaya tətbiq olunan sanksiyalardan yayınaraq gəlir əldə etməsi hamı üçün bəllidir. Ukrayna Prezidenti Zelenskinin bəzi ölkələrin Rusiyaya qarşı sanksiyalardan yayınması ilə bağlı iclas keçirməsi də bunun sübutudur”.
Politoloq sanksiyalardan yayınan Ermənistana qarşı cəza tədbirlərinin görülmədiyini də vurğulayıb. Onun sözlərinə görə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) ötən ay Rusiyaya dəstək verdiyi üçün 71 şirkətin adını sanksiyalar siyahısına əlavə etmişdi. Siyahıda Ermənistanın bir şirkənin adı var. Sanksiyalar siyahısına əlavə edilən Ermənistanın “Medisar” şirkəti sənaye və laboratoriya kimyəvi məhsullarının idxalı ilə məşğuldur.
İ.Hüseynov hesab edir ki, Ermənistanın bir yox, daha çox şirkəti sanksiyalara məruz qalmalıdır: “Düşünürəm ki, sanksiyalardan yayınan dövlətlərin, onlara məxsus şirkətlərin tam siyahısı ortaya qoyulmalıdır. Əgər belə olarsa, şübhəsiz ki, Ermənistan ən ön sırada olacaq”. Həmsöhbətimizin sözlərinə görə, Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsi ilə Mübarizə üzrə Beynəlxalq Təşkilat (FATF) da Rusiya Federasiyasının üzvlüyünə xitam vermək, başqa sözlə desək, onu “qara siyahı”ya salmaq barədə qərar qəbul edib. Əslində, Rusiya bu qərardan sonra İran, Koreya Xalq Demokratik Respublikası və Myanma ilə eyni kateqoriyada qərarlaşacaq. “İqtisadçıların fikrincə, bunun Rusiya üçün ağır nəticələri ola bilər. Birincisi, Rusiyanın beynəlxalq ticarəti iflic ola bilər. İkincisi, fərdi şəxslərin xaricə pul köçürmələrinin qadağan edilməsi mümkündür. Rusiyanın FATF-dakı üzvlüyünə xitam verilməsi, böyük ehtimalla, Ermənistan iqtisadiyyatına da təsir edəcək. Ötən il 2021-ci illə müqayisədə Ermənistana xaricdən transferlərin həcmi 2,5 dəfə artıb və 5,2 milyard dollara çatıb. Xarici köçürmələrin ən böyük payı, təxminən 3,6 milyard dolları Rusiya Federasiyasından həyata keçirilib. Üstəlik, bu göstərici də öz növbəsində 2021-ci illə müqayisədə 4 dəfədən çox artıb. Təbii ki, Rusiyadan xaricə fiziki şəxslərə pul köçürmələrinin qadağan edilməsi həm Ermənistan əhalisi, həm də, ümumilikdə, Ermənistan iqtisadiyyatı üçün ağır zərbə ola bilər”, - deyə politoloq vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

