Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub

Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub

09.06.2026 [20:43]

İranın hücumları səbəbindən müvəqqəti bağlanan Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti yenidən bərpa olunub.

AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Qəzza zolağı və İordan çayının qərb sahilində hökumət fəaliyyətlərinin əlaqələndirilməsi üzrə agentliyi məlumat yayıb. Bildirilib ki, humanitar yardımın Qəzza zolağına çatdırılması üçün Kerem Şalom keçid məntəqəsi yenidən açılıb. Həmçinin Rəfah keçidi hər iki istiqamətdə insanların məhdud hərəkəti üçün fəaliyyətini bərpa edib.

Məlumata görə, keçidlər vasitəsilə hərəkət Misir və Ümumdünya Səhiyyə Təşkilatının koordinasiya tələblərinə uyğun şəkildə həyata keçiriləcək. Agentlik Qəzza zolağına humanitar yardımın çatdırılmasına dəstəyin davam etdiriləcəyini bildirib.

Paylaş:
Baxılıb: 371 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31