Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İsrail ordusu Qəzzada HƏMAS-ın Dəniz Polisi qərargahı və silah anbarlarına hücum edib

İsrail ordusu Qəzzada HƏMAS-ın Dəniz Polisi qərargahı və silah anbarlarına hücum edib

09.06.2026 [13:17]

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının Xan Yunis bölgəsində HƏMAS-a məxsus Dəniz Polisi qərargahına zərbələr endirib.

AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə İMQ məlumat yayıb. Bildirilib ki, həmin obyekt hücumların planlaşdırılması və həyata keçirilməsi üçün istifadə olunub.

Əməliyyat zamanı HƏMAS-ın komandirlərindən biri İsmayıl Əl-Ləham da daxil olmaqla bir neçə silahlı şəxs öldürülüb.

Həmçinin qeyd olunub ki, İsrail qüvvələri ötən həftə Qəzzanın cənubunda HƏMAS-a məxsus üç silah anbarını məhv edib. Əməliyyatlar zamanı ərazilərdə ikinci dərəcəli partlayışların baş verdiyi bildirilib.

Paylaş:
Baxılıb: 379 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31