Yaxın Şərqdə münaqişə yenidən alovlanır
09.06.2026 [09:30]
İran və İsrailin qarşılıqlı hücumları danışıqlar prosesini poza bilər
ABŞ-la İran arasında atəşkəs əldə edildikdən sonra tərəflər yekun sülhlə bağlı hələ də razılığa gələ bilmir. Əksinə, son günlər tərəflər arasında gərginlik artıb, qarşılıqlı raket hücumları baş verib. ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
İran İsrailin şimalına hücum edib
Bundan əlavə, atəşkəs elan olunandan sonra ilk dəfə İranla İsrail arasında qarşılıqlı hücumlar baş verib. Belə ki, iyunun 7-də İran İsrail ərazisinə raketlər atıb. İranın “Xatəm əl-Ənbiya” Hərbi Komandanlığının Mərkəzi Qərargahının komandanı Əli Abdullahi bəyan edib ki, İsrail Livanın cənubuna hücumlarını dayandırmalı, əks halda bölgədəki müttəfiqlərinə də təsir edəcək daha güclü və dağıdıcı zərbələrlə üzləşəcək. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə bildirib ki, zərbələrin hədəfi Livana hücumların həyata keçirildiyi İsrailin Ramat-David hava bazası olub.
İsrailə qarşı hücum zamanı “Xeybarşekan” bərk yanacaqlı ballistik raketlərdən istifadə edilib. “Tasnim” xəbər agentliyinin məlumatına görə, raketin uçuş məsafəsi 1450 kilometr, çəkisi 4500 kiloqram, uzunluğu isə 10 metrdir. “Xeybarşekan” İslam İnqilabı Keşikçiləri Korpusunun üçüncü nəsil raketləri sırasına daxildir və hava hücumundan müdafiə sistemlərini dəf etməyə imkan verən xüsusiyyətlərə malikdir. Agentliyin məlumatında qeyd olunur ki, raket müasir müdafiə sistemlərinə qarşı effektivliyi artırmaq məqsədilə xüsusi texniki imkanlarla təchiz edilib.
İsrail tərəfi isə bəyan edib ki, Hayfa ərazisi də daxil olmaqla, şimali İsrailin bir çox bölgəsində təyyarə xəbərdarlıqları edilib. Vurğulanıb ki, İrandan İsrailə atılan bütün raketlər uğurla ələ keçirilib. Lakin ordu İran ərazisindən yeni raket atışlarını qeydə alır və təhlükə hələ də qalmaqdadır. “Hava hücumundan müdafiə qüvvələri hazırda təhdidləri müəyyən edir və ələ keçirir”, - deyə məlumatda qeyd olunub.
Bu arada Qətər hakimiyyəti sosial mediada İranın İsrailə raket zərbələrindən sonra əmirliyin hava məkanının bağlandığı və hava nəqliyyatının dayandırıldığı barədə yayılan məlumatları təkzib edib. Ölkənin Mülki Aviasiya Baş İdarəsinin açıqlamasında bildirilib ki, uçuş heyətinə verilən bildiriş (NOTAM) yalnız alternativ hava yollarının müəyyən edilməsinə yönəlib.
Donald Tramp tərəflərə çağırış edib
ABŞ Prezidenti Donald Tramp isə tərəflərə raket zərbələrini dayandırmağı tövsiyə edib. “Mən İrana aşağıdakıları təklif edərdim: raketlərinizi buraxdınız, bəsdir. Danışıqlar masasına qayıdın və razılaşma əldə edin. Deyərdim ki, gələn həftənin bazar ertəsi, çərşənbə axşamı və ya çərşənbə günü saziş imzalanacaq”, - deyə o əlavə edib. Tramp İsrailin Beyruta endirdiyi zərbələrdən narazı olduğunu da gizlətməyib. Bundan başqa, ABŞ Prezidenti ümid etdiyini bildirib ki, İsrail ilə İran arasında gərginlik Tehranla Vaşinqton arasında mümkün razılaşmanı pozmayacaq: “İranla yekun razılaşmaya çox yaxınıq. Bu, yaxşı bir razılaşma olacaq. İndi baş verənlərə görə onun dağılmasını istəmirəm”.
Tramp İsrailin İrana cavab verməyəcəyinə ümid etdiyini deyib. O bildirib ki, əgər Benyamin Netanyahu cavab hücumu həyata keçirsə, bu, uzunmüddətli qarşıdurmaya səbəb ola bilər: “Benyamin Netanyahuya zəng edib, İrana cavab verməməsini istəyəcəyəm. Hər iki tərəf artıq öz addımını atıb. Həm İsrail, həm də İran zərbə endirib. Yeni bir zərbəyə ehtiyac yoxdur”. Onun sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ və İran arasında əldə ediləcək istənilən razılaşmanı qəbul etməli olacaq. “Onun başqa seçimi olmayacaq. Bütün qərarları mən verirəm, o yox”, - deyə ABŞ lideri vurğulayıb.
Tramp, həmçinin qeyd edib ki, İranın İsrailə raket hücumları Vaşinqtonun Tehranla diplomatik həll yolu axtarmaq niyyətinə təsir göstərməyib: “Bu, razılaşmaya heç bir şəkildə təsir etməyəcək. Həmin hücumlar uğurlu olmadı”.
Lakin İsrail Trampın tövsiyəsinə baxmayaraq, İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib. İsrail Hərbi Hava Qüvvələri İranın müdafiə və müşahidə qabiliyyətlərini hədəf alan bir sıra əməliyyatlar həyata keçirib. Bundan əlavə, İsrail ordusu İranın cənub-qərbində yerləşən Bəndər Mahşəhr şəhərindəki neft-kimya kompleksinə zərbə endirdiyini açıqlayıb. “Əl-Ərəbiyyə” telekanalının xəbərinə görə, İsrail ordusunun yaydığı bəyanatda hücumun hərbi kəşfiyyatın məlumatları əsasında hava qüvvələri tərəfindən həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, Mahşəhrdə yerləşən neft-kimya kompleksinin daxilində bir neçə obyekt hədəfə alınıb.
İranın “Fars” agentliyi isə Xuzistan vilayətinin təhlükəsizlik məsələləri üzrə qubernator müavininə istinadla bildirib ki, Bəndər Mahşəhr yaxınlığında yerləşən “Karun” neft-kimya zavodu hücuma məruz qalıb. İsrail tərəfindən atılan mərminin partlaması nəticəsində müəssisənin bəzi hissələrinə ziyan dəyib.
Tehran Vaşinqtonla məlumat mübadiləsini davam etdirəcək
Vəziyyətin gərginləşməsi fonunda ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında danışıqların nəticəsiz qalacağı təqdirdə, hərbi tapşırıqları yerinə yetirmək üçün İran ərazisinə xüsusi təyinatlı qüvvələrin daxil olacağını istisna etməyib. Donald Tramp bu barədə “Financial Times” qəzetinə açıqlamasında deyib: “Burada iki seçim var. Ya İrana desant çıxarıb əvvəllər hərbi yolla öhdəsindən gələ bilmədiyimiz işlərlə məşğul olacağıq, ya da İranın blokadasını davam etdirəcəyik”. O, həmçinin qeyd edib ki, İsraillə İran arasındakı hazırkı gərginlik Vaşinqton və Tehran arasındakı danışıqlar prosesinə təsir göstərməməlidir: “Bu, heç bir şəkildə razılaşmaya təsir göstərməyəcək. Düşünürəm ki, razılaşma baş tutacaq”.
Öz növbəsində İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Beqai bəyan edib ki, Tehran ABŞ ilə məlumat mübadiləsini davam etdirəcək, lakin son hadisələr etimadsızlıq mühitini dərinləşdirib: “Şübhəsiz ki, son hadisələr etimadsızlıq mühitini artırıb. Son 24 saat ərzində baş verənlər diplomatik prosesdəki əlverişsiz vəziyyəti daha da dərinləşdirib”.
Kallas: Yaxın Şərqdə vəziyyət daha da gərginləşə bilər
Bu arada Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas İsrail ilə İran arasında son hərbi toqquşmalardan sonra Yaxın Şərqdə vəziyyətin daha da gərginləşə biləcəyi barədə xəbərdarlıq edib. O, Nikosiyada keçirilən Aİ müdafiə nazirlərinin görüşü ərəfəsində media nümayəndələrinə açıqlamasında tərəfləri hərbi qarşıdurmanı genişləndirmək əvəzinə, danışıqlar masasına əyləşərək razılıq əldə etməyə çağırıb: “Hesab edirəm ki, regionun ehtiyacı gərginliyin artmasına deyil, tərəflərin danışıqlar masası arxasına əyləşərək razılığa gəlməsinədir. Təbii ki, biz Aİ-nin ASPIDES əməliyyatını da müzakirə edəcəyik və bu əməliyyat çərçivəsində regionda daha hansı addımların atıla biləcəyini nəzərdən keçirəcəyik. Yeri gəlmişkən, bu gün İrana qarşı ilk dəfə olaraq naviqasiya azadlığı ilə bağlı sanksiyalar tətbiq olunacaq”.
Aİ ölkələrinin müdafiə nazirlərinin naviqasiya azadlığı və ümumilikdə dəniz təhlükəsizliyi mövzusunda “kölgə donanması” məsələsini də müzakirə edəcəklərini vurğulayan K.Kallas bildirib: “Aİ-nin IRINI əməliyyatı fəaliyyət qaydalarını dəyişib və artıq gəmilərdə yoxlamalar aparmağa başlayıb. Məqsəd müxtəlif ölkələrin bu tip gəmilərlə bağlı tətbiq etdiyi ən yaxşı təcrübələri uyğunlaşdırmaqdır. Çünki həmin gəmilər, həqiqətən də ciddi təhlükə yaradır”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

