Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb

09.06.2026 [21:59]

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı hazırda 129 milyonu ötüb. Bu isə 100 faizdən çox artım deməkdir.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Banklar Birliyinin Baş katibi Nurullah Bakır “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, türk dövlətlərinin maliyyə potensialı birgə əməkdaşlıqla daha da güclənəcək.

“Türk dövlətlərinin Bank Assosiasiyaları Şurası regionun maliyyə gələcəyinin formalaşdırılmasında mühüm missiya daşıyır. Şura həm ölkələrimiz, həm də assosiasiyalarımız arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir, eyni zamanda, iqtisadiyyatlarımızın qlobal maliyyə sistemindəki rolunu artıran vacib platforma kimi çıxış edir”, - deyə Nurullah Bakır əlavə edib.

Paylaş:
Baxılıb: 45 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

9 iyun, saat 15:00-da...

09 İyun 12:20  

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30