Toivo Klaar regiona niyə gəlir?
07.06.2023 [10:55]
Səfər zamanı Brüssel formatı çərçivəsində növbəti görüşün gündəliyi də diqqət mərkəzində olacaq
Nardar BAYRAMLI
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək. Bu barədə Aİ-nin Xüsusi Nümayəndəsinin ofisindən məlumat verilib. Qeyd olunub ki, T.Klaarın səfərinin bu həftə baş tutacağı gözlənilir. Bu səfər zamanı hansı məsələlər müzakirə mövzusu olacaq?
Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər davamlı olaraq inkişaf edir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla Cənubi Qafqazda geosiyasi mənzərəni kökündən dəyişməsi dövlətlərin, beynəlxalq təşkilatların, güc mərkəzlərinin regiona diqqətini və marağını daha da artırıb. Bu baxımdan, Avropa İttifaqı da istisna deyil. Regionda bundan sonrakı proseslərdə fəal iştirak etmək üçün Azərbaycanla əməkdaşlıq zəruri və həlledici amildir. Bu məqam Aİ-Azərbaycan münasibətlərinin hazırkı mərhələsi üçün əhəmiyyət kəsb edir. Azərbaycan milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Bu gün Azərbaycanla qarşılıqlı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Xüsusi qeyd edilməlidir ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Hələ bir neçə il əvvəl Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi də imzalanıb. Həmin sənəddə ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün bu sənəd də hüquqi baza rolunu oynayıb. Artıq postmünaqişə dövründə Azərbaycanın yaratdığı reallıqları Avropa İttifaqı da qəbul edir.
Yeni əməkdaşlıq platformasında Avropa İttifaqı münaqişədən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatına töhfə vermək niyyətindədir. Ona görə də, Avropa İttifaqı bölgədə sabitliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün fəallıq göstərir. Məlumdur ki, Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın 2021-ci ilin dekabrında, ötən il aprel, may, avqust aylarında, bu il isə may ayının 14-də üçtərəfli görüşü keçirilib. Bundan əlavə, Aİ-nin rəsmiləri mütəmadi olaraq iki ölkənin rəhbərləri ilə telefon danışığı aparırlar. Həm də Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaar vaxtaşırı regiona səfər edir. Bütün bunlar proseslərin kifayət qədər aktivliyinin göstəricisidir. Bu o deməkdir ki, Avropa İttifaqı Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasında maraqlıdır və bu yöndə töhfələrini verməyə hazırdır.
Bütövlükdə, Azərbaycan Brüssel formatını dəstəkləyir. Brüssel formatının əsas gündəliyi belə deməyə əsas verir ki, bu format tərəflər üçün daha produktivdir. Bu formatda keçirilən danışıqlarda əsas istiqaməti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinə doğru növbəti addımların atılması, kommunikasiyaların açılması, humanitar məsələlər, o cümlədən Azərbaycana qarşı mina terroru, itkin düşənlərin taleyi və digər məsələlər təşkil edir. Azərbaycan Brüssel formatından da, Aİ ilə münasibətlərin vəziyyətindən də razıdır.
Avropa İttifaqının Prezidenti Şarl Mişelin Azərbaycan-Ermənistan nizamlanmasında nümayiş etdirdiyi mövqe təqdir oluna bilər. Belə ki, Şarl Mişel özünü vasitəçi kimi yox, daha çox Azərbaycan və Ermənistan arasında dialoqa dəstək verən tərəf kimi aparır. Mayın 14-də Brüsseldə liderlərin bu formatda keçirilən beşinci görüşündə növbəti danışıqların iyul ayında keçirilməsi barədə razılıq əldə olunması həm də onun bu prosesin məntiqi sonluqla nəticələnməsində səmimi olduğunu söyləməyə əsas verir.
Brüssel görüşləri zamanı Şarl Mişelin səsləndirdiyi bəyanatlarda “Dağlıq Qarabağ” ifadəsini işlətməməsi, hansısa “status” məsələsinə toxunmaması da bunu təsdiqləyir. Sonuncu görüşdə də post-münaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması, nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Həmçinin humanitar tədbirlərin tərəflər arasında sülh və etimadın təşviq olunması baxımından əhəmiyyəti, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələlər, minaların təmizlənməsinin vacibliyi vurğulanaraq, Avropa İttifaqının bu proseslərə bundan sonra da dəstək verməyə hazır olduğu qeyd edilib. Şarl Mişel Naxçıvana və əks istiqamətdə dəmir yolu nəqliyyatının təmin edilməsi məsələsində yaxınlaşma olduğunu vurğulayıb. Böyük ehtimalla Aİ-nin xüsusi nümayəndəsinin regiona gözlənilən səfəri zamanı da həm sonuncu görüşün nəticələrinin müzakirə ediləcək, həm də növbəti görüşün gündəliyi diqqət mərkəzində olacaq.
Amma bir məqamı da unutmaq olmaz ki, erməni tərəfi Avropa İttifaqının təşəbbüsü ilə əldə edilən razılaşmaları sonradan müxtəlif bəhanələrlə pozmağa çalışır. Bu baxımdan, yəqin ki, Aİ-nin xüsusi nümayəndəsi T.Klaarın bölgəyə səfəri zamanı bu məsələ də diqqətdə olacaq. Çünki Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin olunması üçün Ermənistan razılaşmalara əməl etməlidir. Ermənilərin başqa alternativi yoxdur. Xüsusi nümayəndənin bölgəyə növbəti səfərində rəsmi İrəvana bu reallıq bir daha xatırladılacaq.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

