Görüş baş tutarsa...
11.02.2023 [10:10]
Rəsmi Bakı bir daha prinsipial mövqeyini qarşı tərəfə təqdim edəcək
NARDAR
Son günlər Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçiriləcəyi barədə məlumatlar yayılır. Fevralın 8-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Xorvatiyanın xarici işlər naziri Qordan Qrlix-Radmanla birgə mətbuat konfransında Moskvada Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramovla görüşməyə hazır olduğunu açıqlayıb. O deyib ki, “Bayramov və Lavrovla görüşün vaxtı yetişib”. “Biz xarici işlər nazirlərinin Moskva görüşünü ləğv etməmişik, onu təxirə salmışıq. Və müəyyən əlverişli məqamda bu görüşdən istifadə edəcəyik. Görüş Moskvada və ya başqa yerdə ola bilər. Yer seçimi vacibdir, prosesə əhəmiyyətli dərəcədə təsir göstərir. Və biz Moskvada növbəti görüşə hazırıq”, - deyə Mirzoyan bildirib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin yeni görüşünün təşkili üzərində iş getdiyini açıqlayıb: “Biz mövcud stabilləşdirmə tədbirləri çərçivəsində gələcək hərəkət üçün platformalar və formatın təmin edilməsi baxımından əlimizdə olan resurslardan maksimum istifadə etmək istəyirik”. Ancaq Azərbaycan tərəfi isə belə bir görüşün təsdiqlənmədiyini açıqlayıb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu barədə deyib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın yaxın gələcəkdə görüşmələrinə dair hələ ki, məlumat yoxdur. Onun sözlərinə görə, görüşlə bağlı məlumat hələlik təsdiqlənməyib.
Bütün bunların fonunda nazirlərin üçtərəfli görüşünün keçirilməsi nə dərəcədə realdır? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev xatırladıb ki, ötən ilin dekabrında Moskvada nazirlərin üçtərəfli görüşü nəzərdə tutulsa da, Ermənistan bundan imtina etmişdi. Həmin görüşdə, sülh sazişi üzrə müzakirələr davam etdirilməli idi. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində görüş baş tutmadı. Bütün bunların fonunda erməni tərəfinin növbəti görüş barədə mövqeyi səmimi görünmür. Bugünlərdə A.Mirzoyan sülh sazişi tərəfindən Azərbaycandan yeni təkliflər aldıqlarını deyib və bəzi məsələlərlə bağlı tərəflərin mövqelərinin yaxınlaşdını etiraf edib. Politoloqun sözlərinə görə, Azərbaycanın sülh sazişi ilə bağlı təklifləri beynəlxalq hüquq normalarına əsaslanır. Qarşı tərəfə təklif olunmuş beş bənddən ibarət olan baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Beləliklə, rəsmi Bakının sülhün imzalanması üçün təklifləri aydındır.
R.Alıyev qeyd edib ki, Azərbaycan regionda sülhün təmin olunması naminə irəli sürülən bütün təşəbbüsləri müsbət qarşılayır. Məhz bu səbəbdən də, dövlətimiz bu proseslə bağlı təklif edilən görüşlərdə və danışıqlarda iştirak edir. Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşlərinə də bu kontekstdə yanaşılmalıdır. Onun sözlərinə görə, keçirilən hər bir görüş sülhə xidmət etməlidir. Amma unutmaq olmaz ki, Ermənistan indiyə qədər sülh prosesini pozmağa çalışıb, bu məqsədlə müxtəlif təxribatlar törədib. Ona görə də, beynəlxalq birlik, o cümlədən Rusiya sülhə gəlmək üçün Ermənistana təzyiq göstərməlidir. Həmsöhbətimiz deyib ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün müxtəlif beynəlxalq təşəbbüslər mövcuddur. Bu baxımdan, Avropa İttifaqının rolunu qeyd etmək lazımdır. Son zamanlar isə ABŞ da bu prosesdə fəal görünür. “Amma prosesdə Rusiya da fəal iştirak edir. Rusiyanın təşəbbüsü ilə ölkə liderlərinin görüşü keçirilib, üçtərəfli bəyanatlar imzalanıb. Lakin Ermənistan Rusiyanın vasitəçiliyi ilə imzalanan bəyanatların bütün bəndlərini yerinə yetirməyib. Xüsusilə, 10 noyabr birgə bəyanatına uyğun olaraq Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Qarabağ ərazisində qanunsuz erməni hərbi birləşmələri ərazilərimizdən tam çıxarılmayıb. Həm də, Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası ilə maneəsiz gediş-gəlişi təmin etməyib. Bütün bunların fonunda Rusiya bu razılaşmaların yerinə yetirilməsi üçün Ermənistana təsir etməlidir”, - deyən, R.Alıyev söyləyib ki, əgər nazirlərin üçtərəfli görüşü baş tutarsa, Azərbaycan bir daha prinsipial mövqeyini qarşı tərəfə təqdim edəcək. Yəqin ki, üçtərəfli görüşün keçirilməsi vaxtı və məkanı təsdiq edildikdən sonra rəsmi Bakı bu barədə açıqlama verəcək.Keçirilən hər bir görüş sülhə xidmət etməlidir. Amma unutmaq olmaz ki, Ermənistan indiyə qədər sülh prosesini pozmağa çalışıb, bu məqsədlə müxtəlif təxribatlar törədib. Ona görə də, beynəlxalq birlik, o cümlədən Rusiya sülhə gəlmək üçün Ermənistana təzyiq göstərməlidir
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

