Azərbaycanın dünya iqtisadiyyatındakı mövqeyi daha da güclənib
08.02.2011 [10:03]
“Azərbaycan MDB ölkələri içərisində iqtisadi böhrana uğramayan yeganə dövlətdir. Azərbaycan nəinki böhrana uğramadı, hətta bu ölkənin ümumi daxili məhsulunda artım müşahidə olunub”. Bu bəyanatla Müstəqil Dövlətlər Birliyinin (MDB) icraçı katibi Sergey Lebedev çıxış edib. O bildirib ki, böhran daha çox xarici maliyyə institutlarından asılı olan ölkələrə təsir edib: “Qazaxıstan, Rusiya, Ukrayna, Moldova, Ermənistan daha çox təsirə məruz qalıb. İqtisadi böhran daha çox Qırğızıstan və Tacikistana zərər vurub. Azərbaycan, Qazaxıstan və Rusiyanın iqtisadiyyatında isə hazırda dinamik inkişaf müşahidə edilir”, - deyə S.Lebedev bildirib.
ümumiyyətlə, statistik göstəricilərə nəzərə yetirdikdə məlum olur ki, dünya iqtisadiyyatının resessiya, bəzənsə “slump” adlandırılan işgüzar aktivliyin kəskin azalması və daralması ilə müşayiət olunan böhran dövründə Azərbaycan iqtisadiyyatı krizisin fəsadlarından çox cüzi təsirlənib. Bu da səbəbsiz deyil. Belə ki, dünyanın iqtisadi nəhənglərinin çox ciddi itkilərlə üzləşdiyi bir mərhələdə Azərbaycan hökumətinin operativ antiböhran tədbirləri sayəsində ölkəmiz qlobal maliyyə böhranına qarşı yüksək dayanıqlıq nümayiş etdirdi. Düzdür, Azərbaycan iqtisadiyyatının qlobal iqtisadiyyata açıq olması və inteqrasiyası dünya maliyyə böhranının ölkəmizin iqtisadiyyatına da müəyyən qədər təsir etməsinə səbəb olub. Amma neft gəlirlərinin səmərəli idarə edilməsi və strateji valyuta ehtiyatlarının formalaşdırılması, həmçinin, konservativ xarici borclanma strategiyası, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sahələrinin inkişafı, regionların tarazlı inkişafı, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlər ölkəmizdə iqtisadiyyatın sabit artım tempinin davam etməsini şərtləndirib. Bu isə nəticə etibarilə üDM-nin, xarici ticarət dövriyyəsinin müsbət saldosunun, əhalinin gəlirlərinin və investisiya qoyuluşlarının artmasını təmin edib.
Beləliklə, sadalanan tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi və iqtisadi strategiyanın dünya iqtisadiyyatının konkret qanunauyğunluqlarına, tələblərinə və reallıqlarına müvafiq surətdə icra edilməsi Azərbaycanın MDB məkanında böhrana uğramayan yeganə dövlət qismində çıxış etməsini şərtləndirib. Yuxarıda sadalanan fundamental tədbirlərlə yanaşı, dövlətin maliyyə-büdcə siyasətinin effektiv səviyyədə təmin olunması, valyutanın sabitliyi, strateji valyuta ehtiyatlarından səmərəli istifadə, inflyasiyanın idarə olunan səviyyədə saxlanılması, büdcə kəsirinin minimum səviyyədə saxlanılması, uçot dərəcəsinin azaldılması, əmanətlərin sığortalanması, vergi yükünün azaldılması kimi vəzifələrin də yüksək səviyyədə yerinə yetirilməsi ölkəmizin beynəlxalq iqtisadi münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsini təmin edib.
Bütün bunların qanunauyğun nəticəsidir ki, ölkəmiz beynəlxalq miqyasda iqtisadi subyektlərin başlıca etibarlı strateji tərəfdaşlardan biri kimi çıxış etməkdədir. Belə ki, miqyasına görə regional, mahiyyətinə görə isə qlobal xarakterli layihələrdə Azərbaycan lokomotiv aktor kimi çıxış etməkdə və ölkələrarası ikitərəfli və çoxtərəfli əməkdaşlıq platformalarının formalaşmasında, inkişafında müstəsna rol oynamaqdadır. Bu isə Azərbaycanın dünya iqtisadiyyatında mövqeyini daha da gücləndirməkdədir...
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17

