Qərbi azərbaycanlılara status verilməlidir
11.08.2022 [09:57]
Məsələnin həlli üçün lazımi addımlar atılacaq
Günel ABBAS
30 ilə yaxın davam edən işğal dövründə Ermənistanın Azərbaycana qarşı törətdiyi amansızlıq yüz minlərlə soydaşımızı doğma yurdlarından didərgin salmışdı. Ancaq bu hadisə xalqımıza qarşı törədilmiş ilk vəhşilik və etnik təmizləmə deyildi. Ötən əsrin əvvəllərində Sovet hakimiyyətinin Azərbaycanın tarixi torpaqlarını Ermənistana verməsi ilə bir milyon beş yüz mindən çox azərbaycanlı yurd-yuvasından qovulub. 44 günlük müharibədən sonra Azərbaycanın işğal altındakı torpaqları azad olundu və vətəndaşlarımız Zəngilan rayonunun Ağalı kəndinin timsalında artıq öz dədə-baba torpaqlarına qayıdırlar. Lakin etnik təmizləməyə məruz qalmış, sovet hökuməti tərəfindən Ermənistana verilmiş torpaqlardan qovulmuş insanlarımızın hüquqları hələ də tanınmır. Təbii ki, bu məsələlər də ölkə rəhbərliyinin diqqətindən kənarda qalmır. Dövlətimizin başçısı Qərbi Azərbaycandan didərgin düşən vətəndaşlarımızın hüquqlarının bərpasını mütəmadi diqqətə çatdırır. Prezident istər işğaldan azad olunmuş ərazilərə səfəri zamanı, istərsə də beynəlxalq platformalar vasitəsilə bu məsələləri dünya ictimaiyyətinin nəzərinə çatdırır.
Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı da qarşı tərəfə çox mühüm mesajlar ünvanlamışdı. Bildirmişdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altında qoymağa davam etsə, Azərbaycanın başqa seçimi olmayacaq və Ermənistanın ərazi bütövlüyünü sual altında qoyacaq. Çünki son əsrin tarixi aydın şəkildə göstərir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən 6 ay sonra sovet hökuməti Azərbaycanın tarixi hissəsi olan Zəngəzuru qoparıb Ermənistana verib. Ona görə də əgər Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etsə, nə üçün Azərbaycan Qərbi Zəngəzurdan olan azərbaycanlılar üçün status tələb etməsin? Çünki orada tam olaraq azərbaycanlılar məskunlaşmışdı. Prezidentin son açıqlaması erməni cəmiyyətinə xəbərdarlıq olsa da, Ermənistan müharibədən sonra yaranan reallıqlarla hələ də barışmağı bacarmır. Bu da öz növbəsində tarixi nöqteyi-nəzərdən Azərbaycanın tapdanmış hüquqlarının bərpasını gündəmə gətirir.
“Qərbi Azərbaycan İcması”nın sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qərbi azərbaycanlıların statusuna yenidən baxılmalıdır: “Bu, insanlarımızın tarixi torpaqları uğrunda mübarizəsi üçün əhəmiyyətli olardı. Bununla bağlı parlamentin yaz sessiyasının ilk iclasında da təklif irəli sürmüşdüm. Qərbi azərbaycanlıların statusu, problemləri və öz torpaqlarına qaytarılması haqqında Milli Məclisin İnsan hüquqları komitəsində dinləmə keçirilməsini təklif etmişdim. İlk növbədə, həmin insanların Ermənistan vətəndaşlığı da qanunla bərpa oluna bilər. Belə olduqda onların Ermənistan vətəndaşlığını inkar edən və ya məhdudlaşdıran sənədləri ləğv ediləcək, təsbit edən hüquqi addımlar atılacaq. İmtiyazlara gəldikdə isə sosial baxımından digər məcburi köçkünlər üçün nəzərdə tutulan imtiyazlardan yararlanacaqlar. Ən önəmlisi isə status aldıqdan sonra hüquqi müstəvidə haqq sahibi olacaqlar və Qərbi Azərbaycan uğrunda mübarizə aparmaq, o torpaqlara qayıtmaq imtiyazını qazanacaqlar”.
Deputat soydaşlarımızın Qərbi Azərbaycandan deportasiya tarixinə də nəzər salıb: “XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı - 1905, 1918-1920, 1948-1956, 1987-1988-ci illər adlı - dörd mərhələyə bölünür. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib. Ad dəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəz edilib. Deportasiyadan sonra atılan bu addımlar azərbaycanlıların izlərini tamamilə silmək məqsədi daşıyırdı. Biz bu məsələlərin də öz həllini tapması yolunda addımlar atacağıq. Ancaq, ilk növbədə, qarşımızda dayanan məsələ Qərbi azərbaycanlıların statusudur”.
Onun sözlərinə görə, Qərbi azərbaycanlıların öz torpaqlarından deportasiya olunması Azərbaycanın problemlərinin başlanğıcı idi: “Təəssüfedici haldır ki, indi Qərbi azərbaycanlılar Azərbaycan vətəndaşı kimi qeydiyata alınıblar. Statusu bərpa etmədikcə beynəlxalq dünyaya Qərbi azərbaycanlıların mövcudluğu barədə dəlil sübutumuz olmayacaq. Ermənistanın siyasi dairələrinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bir-birini təkzib edən açıqlamaları, ermənilərin davamlı sülhə hələ də hazır olmadıqlarını əyani şəkildə sübut edir. Məhz bu faktlara görə də Prezident İlham Əliyev Ermənistanın siyasi dairələrinə, ictimaiyyətinə açıq-aydın mesajlarını çatdırmışdı. Bəli, çox da uzaq olmayan tarixdə 1920-ci illərdən başlayaraq o zamankı sovet rəhbərliyi, Azərbaycan xalqının rəyini nəzərə almadan, referendum keçirmədən kənd təsərrüfatına “ehtiyac” bəhanəsilə tarixi torpaqlarımızı ermənilərə verdi. Bir az da bu hadisələrdən əvvələ baxsaq, görürük ki, 1918-ci ildə Ermənistan adlı bir dövlət mövcud olmayıb. Birinci Dünya müharibəsindən sonra yaranmış çox mürəkkəb geosiyasi vəziyyət ermənilərə Azərbaycanın tarixi ərazilərində dövlət yaratmaq şansı tanıtdı. 1918-ci ildə o zamankı AXC hökumətinin Azərbaycanın ayrılmaz hissəsi olan İrəvanı güzəştə getməsilə Cənubi Qafqazda erməni dövləti yarandı. Eyni zamanda, ermənilər öhdəlik götürdülər ki, Azərbaycanın ərazilərinə torpaq iddiaları irəli sürməyəcəklər. Ancaq bir az keçməmiş ermənilərin məkrli niyyətləri daha qabarıq şəkildə özünü büruzə verməyə başladı. Rus hərbi birliklərindən hərbi yardım alan erməni daşnakları Azərbaycanın bir sıra vilayətlərini qan gölünə çevirdi. Tarix keçmişdən dərs almaq üçün ən mükəmməl bir vasitədir. Biz bu gün də ermənilərin mifoloji təsəvvürlərlə bəsləndiyinin şahidiyik. Azərbaycan dövləti bölgədə sülhü təmin etmək üçün əlindən gələni əsirgəmir. Ancaq bir çox dövlətlərin əlində əsir-yesir olan Ermənistan rəhbərliyi müxtəlif bəhanələr gətirərək sülh prosesini uzadırlar”.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26

