Minsk qrupunu dirçəltmək cəhdi...
01.07.2022 [10:20]
Yaxud ABŞ qadın diplomatı niyə həmsədr təyin etdi?
N.BAYRAMLI
ATƏT-in Minsk qrupunun fəaliyyətinin faktiki olaraq dayandırıldığı bir vaxtda ABŞ-dan olan həmsədr dəyişdirilib. Belə ki, Endryu Şofer həmsədrlikdən geri çağırılaraq onun yerinə qadın diplomat Lora Okla təyin edilib. O, Minsk qrupu yaradıldıqdan sonra təyin olunan ilk xanım həmsədrdir.
İndiki şəraitdə ABŞ tərəfindən bu addımın atılması hansı məqsədə xidmət edir? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, ABŞ-ın Cənubi Qafqazda regional münaqişələrin həllində birbaşa təsir mexanizmi olmayıb. Onun sözlərinə görə, Amerika Qarabağ konfliktində uzun müddət ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi səy göstərib. Amma İkinci Qarabağ müharibəsindən sonra formalaşan yeni formatda birbaşa iştirakçı deyil. Politoloqun fikrincə, ATƏT-in Minsk qrupu 30 ilə yaxın bir dövr ərzində öz fəaliyyətsizliyi, faktiki nizamlama prosesini dondurmaqla, real təkliflər və təsiredici mexanizm ortaya qoymadan vaxt uzatmaqla özü-özünü proseslərdən kənarlaşdırdı: “ATƏT-in Minsk formatı ilkin olaraq ATƏT coğrafiyasında konfliktlərin həlli istiqamətində bir mexanizm kimi nəzərdə tutulmuşdu. Bu mexanizm isə heç bir konfliktin həllində özünü doğrultmadı, faydalı format kimi özünü təsdiqləmədi. 28 ildən sonra Azərbaycan məcbur qalaraq BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edərək 44 gün ərzində torpaqlarını işğaldan azad etdi. Torpaqları azad edəndən sonra aydın oldu ki, ATƏT-in Minsk qrupunun gözü önündə bu illər ərzində Azərbaycan torpaqları, işğal altındakı ərazilərin təbii resursları talan olunub, ekoloji terror həyata keçirilib. İki dəfə faktaraşdırıcı missiya ilə bu yerlərə səfər edən ATƏT-in Minsk qrupu bu cinayətləri görməzlikdən gəlib. Azərbaycan 44 günlük müharibədə öz torpaqlarını işğaldan azad etməklə yanaşı, dünyada qəbul edilən iribüdcəli sülhyaratma “sənayesinin” və nizamlanma mexanizminin yararsızlığını sübut etdi. Bir sözlə, regiona daha öncəki təsir şərtləri mövcud deyil, yeni şərtlərin yaranması isə zaman və səy tələb edir”.
Y.Hacıyeva qeyd edib ki, ATƏT-in fəaliyyətsizliyi münaqişə şəraitində olan ölkələrə təzyiq və təsir vasitəsi olan mexanizmini itirməsinə gətirdi, özünü isə proseslərdən kənarda qoydu. Belə rıçaq əlindən çıxdığı üçün istər ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, istərsə də onun səylərini dəstəkləyən Avropa İttifaqı bu mövzuda yenidən aktivləşmək istəyir. Həmsöhbətimiz xatırladıb ki, münaqişənin nizamlanmasının ilk illərində Azərbaycanın dövlət və cəmiyyət olaraq ATƏT-in Minsk qrupundan gözləntiləri var idi: “Biz yeni müstəqil dövlət olaraq həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının daimi üzv ölkəsi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin nizamlanma prosesində uğurlu ola biləcəyini ehtimal edirdik. Dağlıq Qarabağ konfliktinin nizamlanmasına başlandığı ilkin illərdə bunu müsbət dəyərləndirdik. Çünki ATƏT-in Minsk qrupunun həmsədr ölkələri BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Dağlıq Qarabağ konfliktinin həllinə dair 4 qətnamənin tərtib olunmasında iştirak etmiş və ona səs vermişdi. Minsk qrupu isə ATƏT coğrafiyasında BMT TŞ qətnamələrinin icra edilməsinə yetərincə səy göstərməməsi ilə, bəzən isə açıq-aydın bu qərarların əksinə atdığı addımlarla qlobal səviyyədə təhlükəsizlik səylərini sabotaj etdi. Bu da onunla nəticələndi ki, ATƏT-in 30 ilə yaxın “status- kvo”nu qorumasından sonra Azərbaycan həmin qətnamələrin icrasını özü təmin etdi”.
Politoloq deyib ki, Minsk qrupunun həmsədr ölkələri Ermənistanın bu prosesdə sabotajlarına, bütün davranışı ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin münaqişənin həllinə dair səylərinin əhəmiyyətsiz etməsinə adekvat yanaşmamaqla, bəzən yarıtmaz, bəzən isə tərəf kimi çıxış etməklə özünü doğrultmadı. ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağda “sülhməramlı” missiya və ya “nəzarət mexanizmi” həyata keçirə bilməsi haqqında təkliflər oldu, lakin 30 illik uğursuz təcrübədən sonra Azərbaycan bununla razılaşmadı. Beləliklə, faktiki olaraq artıq ATƏT-in Minsk Qrupuna ehtiyac qalmayıb. Y.Hacıyevanın sözlərinə görə, bütün kriteriyalar üzrə uğursuz olan bu formatı ABŞ-ın yenidən dirçəltmək cəhdi sadəcə bir prizmadan anlaşılandır: “Bunu isə amerikalı həmsədr olan diplomatların qurumun fəaliyyəti haqqında müsahibələrində izləmək mümkündür. ABŞ-ın keçmiş həmsədri Hoqlandın “yeyib-içib kef çəkirdik”, “həmsədr postuna karyera yüksəlişi kimi baxırdıq”, “danışıqların heç bir nəticəsi olmadı” kimi fikirləri keçən məşhur məqaləsinə diqqət yetirmək kifayətdir”.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

