Azərbaycan - ABŞ münasibətləri yeni mərhələdə
15.06.2022 [10:23]
K.Donfridin regiona səfəri hansı məqamlarla yadda qala bilər?
P.İSMAYILOV
Xəbər verildiyi kimi, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid iyunun 14-dən 19-dək Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdədir. Səfərin məqsədi ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaqdır. Səfərlə bağlı ABŞ Dövlət Departamentinin məlumatında bildirilir ki, dövlət katibinin köməkçisi Donfrid hər üç ölkə ilə diplomatik əlaqələrin 30-cu ildönümünü qeyd edəcək, ABŞ-ın onların suverenliyi və müstəqilliyinə dəstəyini, Azərbaycan, Gürcüstan və Ermənistanın öz yollarını müəyyən etmək hüququnu vurğulayacaq. O, həmçinin ABŞ-ın bütün regionda siyasi, iqtisadi və insanlar arasında əlaqələrin inkişafını dəstəkləməklə Cənubi Qafqazda davamlı sülhün yaranmasına kömək etməyə hazır olduğunu qeyd edəcək. Donfridin Azərbaycanın rəsmi şəxsləri ilə və ictimaiyyət nümayəndələri ilə görüşləri də planlaşdırılır.
Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi töhfə yüksək dəyərləndirilir
Azərbaycan ilə ABŞ arasındakı münasibətlər bir neçə istiqamət üzrə fəal inkişaf etdirilir. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra ABŞ-ın Cənubi Qafqaz siyasəti bir sıra parametrlərə görə birmənalı olmayıb. Belə ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın əleyhinə olan “Azadlığa dəstək Aktına 907-ci düzəliş” adlı sənəd Vaşinqton-Bakı münasibətlərinin inkişafında mühüm əngələ çevrilmişdi. İki dövlət arasında əlaqələr və siyasi münasibətlər ulu öndər Heydər Əliyevin apardığı uğurlu xarici siyasət kursu nəticəsində yaxınlaşıb. Burada əsas amillərdən biri gənc, müstəqil Azərbaycanın yürütdüyü azad və balanslaşdırılmış xarici siyasət kursunun seçilməsi sayıla bilərdi. Eləcə də, Ümummilli Liderimizin milli maraqlarımıza xidmət edən neft strategiyası ABŞ - Azərbaycan əlaqələrinin inkişafına mühüm töhfələr verdi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan enerji sahəsindəki mühüm əməkdaşlıq sonrakı mərhələdə münasibətlərin daha da yaxınlaşmasına yol açdı. Bu, həm də ABŞ ilə Azərbaycan arasında çoxtərəfli iqtisadi əməkdaşlıqda əsaslı amilə çevrildi. Nəticə etibarı ilə müasir dövrdə iki ölkə arasında mühüm iqtisadi, siyasi və digər sahələrdə mühüm əlaqələr mövcuddur.
Eləcə də, Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi töhfə hər zaman ABŞ tərəfindən yüksək dəyərləndirilib. Bu, təhlükəsizlik seqmenti üzrə əməkdaşlığın dərinləşməsinə imkan yaradıb. 11 sentyabr terrorundan sonra ABŞ-ın formalaşdırdığı beynəlxalq antiterror koalisiyasındakı fəal iştirakımız, Əfqanıstan və digər regionlarda sülhməramlı missiyanın tərkibində fəaliyyətimiz əlaqələrin inkişfında yeni mərhələnin başlanğıcını qoydu. Sonrakı dövrdə isə “907-ci düzəliş”in dondurulması rəsmi Bakı ilə Vaşiqnton arasındakı münasibətlərin daha da dərinləşməsini şərtləndirdi.
Yeni siyasi-iqtisadi reallıqlar əməkdaşlığın genişlənməsinə töhfə verə bilər
İndiki halda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Cənubi Qafqaz regionuna səfəri də olduqca əhəmiyyətli məqamlarla müşay?ət oluna bilər. İlk növbədə, 30 illik bir tarixə malik diplomatik münasibətlər hər iki dövlətin qarşılıqlı əlaqələrdə maraqlı olmasından xəbər verir. Bu isə hazırki reallıqlar prizmasından siyasi, iqtisadi, humanitar məsələlərlə bağlı müzakirələri aktuallaşdırır. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə reigonda yeni siyasi - iqtisadi reallıqlar formalaşdırıb. Bu gün Azərbaycan qalib ölkə olaraq öz torpaqlarını işğaldan azad etməklə yanaşı, bölgənin gələcək inkişafının təhlükəsizliyi məsələsini də gündəmə gətirib. Artıq bölgədə “Dağlıq Qarabağ” adlı münaqişə yoxdur və bu amil Cənubi Qafqazın iqtisadi inkişafı üçün yeni perspektiv vəd etməkdədir. Bu amil həm də mühüm hissəsi enerji əməkdaşlığından ibarət ABŞ-Azərbaycan münasibətlərinə yeni nəfəs verə bilər. Avroasiyanın qovşağında yerləşən Azərbaycan gələcək dövr üçün qlobal əməkdaşlığın inkişafında açar rolunu üstlənəcək. Bu, Azərbaycanın bütün dünya üçün iqtisadi marağını artırır. Eləcə də, ABŞ qlobal iqtisadi əməkdaşlıqda Azərbaycanın rolunun daha da möhkəmlənməsi üçün mühüm addımlar ata bilər. Prezident Baydenin bu yaxınlarda həm 28 may Dövlət Müstəqilliyi Günü, həm də Xəzər Beynəlxalq Neft-Qaz sərgisi ilə bağlı Azərbaycan Prezidentinə ünvanladığı məktublarda da ABŞ-Azərbaycan əlaqələri xüsusi vurğulanmışdı. Bu isə gələcək dövrdə əməkdaşlıq üçün imkanlar yaradır.
ABŞ Azərbaycanın demokratik inkişaf yolundakı addımlarını dəstəkləyir
ABŞ-Azərbaycan münasibətlərində demokratiya və insan haqları amili də hər zaman diqqət mərkəzində olan məsələlərdən sayılıb. Qeyd edilməlidir ki, Azərbaycan Cənubi Qafqazda davamlı islahatçılığı ilə seçilməklə yanaşı, ölkəmizdə siyasi plüralizmin inkişafına da xüsusi diqqət yetirilir. Ölkəmizdə yaranan yeni siyasi konfiqurasiyada dialoq mühiti inkişaf etdirilir, partiyaların fəaliyyətinə daha geniş imkanlar yaradılır. Təbii ki, bu amil Azərbaycanda formalaşmış demokratik siyasi mühitin digər region ölkələrindən ciddi şəkildə fərqlənməsini şərtləndirir. ABŞ isə bu amili yüksək qiymətləndirir. Təsadüfi deyil ki, Karen Donfridin səfəri əsnasında Şuşada baş tutan beynəlxalq konfransa ölkəmizdə fəaliyyət göstərən siyasi part?yaların liderləri də dəvət olunublar. Eləcə də, Azərbaycanda fundamental insan hüquq və azadlıqları yüksək səviyyədə qorunur. Azərbaycanda mətbuat və söz azadlığı, vicdan azadlığı yüksək səviyyədə təmin edilib.
Azərbaycanla ABŞ arasında münasibətlər müasir çağırışlara söykənir
Nəhayət, müasir dövrdə ABŞ-la region dövlətləri arasında münasibətləri inkişaf etdirmək, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına diqqət ayırmaq ən prioritet məqamlardan sayılır. Bu baxımdan da ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin səfəri mühüm əhəmiyyət kəsb edir. Aparılacaq müzakirələr Azərbaycanla ABŞ arasında münasibətləri daha da inkişaf etdirmək üçün müasir çağırışları özündə ehtiva edən mühüm baza formalaşdırma imkanları yaradır. Azərbaycanın hazırda Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rola malik olduğunu nəzərə alsaq, ənənəvi enerji sahələri ilə yanaşı bərpa olunan enerji sahələrinə də xarici investisiyaların cəlbi ölkəmizin marağındadır. Bu isə həmin sahədə yüksək peşəkarlığa malik ABŞ şirkətləri üçün olduqca cəlbedici təklifdir. Bir sözlə, ABŞ Dövlət Departamentinin rəsmisinin Bakı səfəri gələcək perspektiv üçün ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsini formalaşdıra bilər.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29

