Qəbələ festivalı: Gənc ifaçının böyük səhnə arzusu
06.08.2026 [11:32]
Qədim musiqi ənənələrini yaşadan tar və kamança bu gün də beynəlxalq səhnələrdə Azərbaycan mədəniyyətini layiqincə təmsil edir. Bu il keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalında çıxış edən gənc musiqiçilər – kamança ifaçısı Aişə Binnətzadə Orucova və tar ifaçısı Əmrah Orucov milli musiqimizi özünəməxsus ifaları ilə tamaşaçılara təqdim ediblər.
Festivaldan aldıqları təəssüratlar, birgə səhnə təcrübəsi, Azərbaycan musiqisinin dünyada tanıdılması və gələcək hədəfləri barədə kamança ifaçısı Aişə Orucova suallarımızı cavablandırıb.
– Aişə xanım, Qəbələ Beynəlxalq Musiqi Festivalı ilə bağlı təəssüratlarınızı bölüşərdiniz. Belə nüfuzlu festivalın səhnəsində çıxış etmək sizin üçün nə ifadə edir?
– Qəbələ Beynəlxalq Musiqi Festivalı hər bir musiqiçi üçün çox dəyərli bir layihədir. Belə nüfuzlu festivalda çıxış etmək həm böyük qürur, həm də böyük məsuliyyətdir. Uşaqlıqdan bu festivala böyük marağımız olub, hər zaman onun dinləyicisi olmuşuq. Hər musiqiçi kimi bizim də bu səhnədə çıxış etmək arzumuz var idi. Şükürlər olsun ki, bu arzumuz artıq gerçəkləşib.
– Bu festival iştirak etdiyiniz digər tədbirlərdən nə ilə fərqlənir?
– Əslində bu, tar və kamança ifaçısı olaraq birlikdə qatıldığımız ilk festival idi. Ayrı-ayrılıqda isə müxtəlif müsabiqə və festivallarda dəfələrlə çıxış etmişik.
– Qəbələdə ifa etdiyiniz əsərlər necə seçilmişdi? Proqram hazırlanarkən nələrə diqqət yetirdiniz?
– Proqramı hazırlayarkən əsas məqsədimiz milli musiqimizin zənginliyini və gözəlliyini tamaşaçılara təqdim etmək idi. Xalq mahnıları və retro bəstəkar mahnılarını özümüzə məxsus aranjımanda təqdim etdik. İfalarımız auditoriya tərəfindən böyük maraq və rəğbətlə qarşılandı.
– Azərbaycan musiqisini dünyaya tanıtmaq baxımından beynəlxalq festivalların rolu nədir?
– Düşünürəm ki, belə festivallar milli musiqimizin tanıdılması baxımından çox böyük əhəmiyyət daşıyır. Musiqi universal bir dildir və bu cür tədbirlər vasitəsilə insanlar Azərbaycan mədəniyyətini daha yaxından tanıyırlar. Bu, həm də ölkəmizin zəngin mədəni irsinin dünyaya təqdim olunması üçün mühüm imkan yaradır.
– Fərqli ölkələrin musiqiçiləri ilə eyni səhnəni bölüşmək sizə nə qazandırıb?
– Bu təcrübə mənə həm peşəkar, həm də şəxsi baxımdan çox şey qazandırıb. Müxtəlif ifaçılıq məktəbləri ilə tanış olmaq, onların musiqiyə yanaşmasını yaxından görmək olduqca maraqlıdır. Belə görüşlər insanın inkişafına təkan verir və yeni layihələr üçün ilham mənbəyinə çevrilir.
– Gələcəkdə iştirak etməyi arzuladığınız beynəlxalq festivallar varmı?
– Əlbəttə. Dünyanın müxtəlif ölkələrində keçirilən nüfuzlu festivallarda çıxış etməyi və Azərbaycan musiqisini daha geniş auditoriyaya təqdim etməyi arzulayırıq. Çıxış etdiyimiz hər yeni səhnə həm dəyərli təcrübə, həm də ölkəmizi tanıtmaq üçün yeni imkan deməkdir.
– Sizcə, tar və kamança bu gün dünya səhnəsində kifayət qədər tanınırmı?
– Son illərdə tar və kamançaya maraq xeyli artıb. Bununla belə, düşünürəm ki, bu alətlərin dünya səhnəsində daha geniş tanınması üçün görüləcək işlər hələ çoxdur. Beynəlxalq festivallar, ortaq layihələr və müasir təqdimat formaları bu baxımdan mühüm rol oynayır.
– Milli musiqimizi gənclərə və xarici auditoriyaya sevdirmək üçün daha nələr etmək lazımdır?
– İlk növbədə, milli musiqimizi müasir təqdimat üsulları ilə auditoriyaya çatdırmalıyıq. Gənclərin maraq göstərdiyi platformalarda daha fəal olmalı, keyfiyyətli audio və video layihələr hazırlamalı, beynəlxalq əməkdaşlıqları genişləndirməliyik. Milli musiqimizi qorumaqla yanaşı, onu dövrün tələblərinə uyğun şəkildə təqdim etmək də çox vacibdir.
– Gənc musiqiçilərə hansı tövsiyələri verərdiniz?
– İlk növbədə onlara səbirli olmağı və daim öz üzərlərində çalışmağı tövsiyə edərdim. Musiqi böyük zəhmət və sevgi tələb edən bir sənətdir. Milli musiqimizi dərindən öyrənsinlər, ustad sənətkarlardan bəhrələnsinlər, eyni zamanda dünyada baş verən musiqi yeniliklərini də izləsinlər. Ən əsası isə öz kimliklərini və milli dəyərlərini hər zaman qorusunlar.
Müsahibəni hazırladı: Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

