Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Media: Nəhəng neft şirkətlərinin rüblük mənfəəti 93 milyard dolları ötüb

Media: Nəhəng neft şirkətlərinin rüblük mənfəəti 93 milyard dolları ötüb

05.08.2026 [23:51]

Dünyanın ən böyük səkkiz neft şirkəti 2026-cı ilin ikinci rübündə (aprel-iyun) ümumilikdə 93 milyard dollara yaxın xalis mənfəət əldə edib.

AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, “Guardian” qəzetinin “Saudi Aramco”, bp, “Shell”, “Equinor”, “TotalEnergies”, “Eni”, “Chevron” və “ExxonMobil” şirkətlərinin rüblük hesabatları əsasında apardığı araşdırmaya görə, onların ümumi mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfəyə yaxın artıb. Belə ki, 2025-ci ilin ikinci rübündə həmin göstərici təxminən 50 milyard dollar təşkil edib.

Qeyd olunur ki, maliyyə nəticələrinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına İran ətrafında hərbi gərginlik fonunda qlobal neft bazarında qiymətlərin yüksəlməsi mühüm təsir göstərib. Hesabat dövründə “Brent” markalı neftin qiyməti bəzi günlərdə 126 dollardan çox olub.

Ən yüksək mənfəəti Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” əldə edib. Şirkətin ikinci rübdə xalis mənfəəti 34 faiz artaraq 33 milyard dollardan çox olub.

Rüblük maliyyə göstəricilərinin açıqlanmasından sonra Avropa ölkələrində enerji şirkətlərinin böhran dövründə əldə etdikləri yüksək gəlirlərə əlavə verginin (windfall tax) tətbiqi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Almaniya hökuməti belə mexanizmin hüquqi və konstitusion aspektlərinin qiymətləndirildiyini açıqlayıb. Eyni zamanda, Avropa İttifaqının bir sıra üzv dövlətləri böhran mənfəətinin vergiyə cəlb olunması ilə bağlı ümumi Avropa yanaşmasının formalaşdırılmasını dəstəkləyir.

Paylaş:
Baxılıb: 392 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30