Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ Belçikaya səfərlə bağlı təhlükəsizlik xəbərdarlığının səviyyəsini artırıb

ABŞ Belçikaya səfərlə bağlı təhlükəsizlik xəbərdarlığının səviyyəsini artırıb

05.08.2026 [16:26]

Amerika Birləşmiş Ştatları (ABŞ) Belçikaya səfər edən vətəndaşları üçün təhlükəsizlik xəbərdarlığının səviyyəsini artırıb.

AZƏRTAC xəbər verir ki, ABŞ Dövlət Departamenti iyulun 23-dən Belçika ilə bağlı səyahət tövsiyəsini ikinci səviyyəyə yüksəldərək turistlərə daha diqqətli olmağı tövsiyə edib. Qərarın əsas səbəbləri arasında xırda cinayət, terror təhlükəsi və ictimai iğtişaşlar göstərilir. Tövsiyədə bildirilib ki, xüsusilə turistlərin çox olduğu yerlərdə cibgirlik və çanta oğurluğu kimi fürsət cinayətləri geniş yayılıb. ABŞ tərəfi Belçikada terror aktları riskinin də mövcud olduğunu qeyd edib. Həmçinin siyasi vəziyyətlə bağlı genişmiqyaslı aksiyaların keçirilə biləcəyi və nümayişlərin nəqliyyata mane ola biləcəyi vurğulanıb.

Belçikanın Xarici İşlər Nazirliyi isə təhlükəsizlik xidmətlərinin ölkədə yaşayan və səfər edən bütün şəxslərin təhlükəsizliyini təmin etmək üçün birgə çalışdığını açıqlayıb.

ABŞ vətəndaşlarına nümayişlərdən və izdihamdan uzaq durmaq, yerli xəbərləri izləmək, səfər planlarını zərurət yarandıqda dəyişmək və daim ehtiyatlı olmaq tövsiyə olunub.

Paylaş:
Baxılıb: 348 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30