Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsi bütün türk dünyasına yüksəliş gətirdi - Hafiz Paşayev

Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsi bütün türk dünyasına yüksəliş gətirdi - Hafiz Paşayev

02.06.2022 [11:42]

Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi qələbəsi bütün türk dünyasına yüksəliş gətirdi.

Trend-in məlumatına görə, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev ADA Universitetində keçirilən Beynəlxalq Sosial Elmlər Konqresinin açılış mərasimində çıxışı zaman deyib.

H.Paşayev bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan tarixinə xüsusi əhəmiyyət və dəyər bəxş edib. “Konqres iştirakçıları Şuşaya səfər edəcək və erməni vəhşiliklərini görəcəklər, Azərbaycan tərəfindən aparılan quruculuq işləri ilə tanış olacaqlar”, - deyə H.Paşayev vurğulayıb.

H.Paşayev həmçinin bu konqresin keçirilməsinin əhəmiyyətindən danışıb. “Bu konqresin iştirakçılarını ADA Universitetində səmimi qəlbdən alqışlayıram. Sizi salamlayıram. Türkiyə Böyük Millət Məclisinin sədri hörmətli Mustafa Şentopu, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı, bu qədər universitet rektorlarını, təhsil sahələrinin nümayəndələrini ADA Universitetində görmək bizim üçün çox sevindiricidir. İnanıram ki, çox maraqlı və məhsuldar müzakirələr keçiriləcək və yeni əlaqələr qurulacaq.

Bu konqresə 520-dən artıq qonaq gəlib, 1000-dən artıq alim öz elmi araşdırmalarını göndərib. Bu konqres akademik əlaqələrimizin möhkəmlənməsinə səbəb olacaq və universitetlər arasında əməkdaşlığı artıracaq”, - deyə H.Paşayev bildirib.

Paylaş:
Baxılıb: 683 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31