2022-də 23-cü baş nazir
13.04.2022 [09:47]
Pakistandakı hakimiyyət dəyişikliyi regional geosiyasətə necə təsir göstərəcək?
Bəşəriyyət 2022-ci ilə sülh, sabitlik, rifah və təhlükəsizlik ümidi - arzusu ilə daxil olsa da, indiyə qədər müxtəlif ölkələrdə və regionlarda baş verən hadisələr ciddi narahatlığa, gərginliyə və qeyri-müəyyənliyə səbəb olub. Şübhəsiz ki, bu səpkidə ilk sırada Rusiya-Ukrayna müharibəsi gəlir. Bununla yanaşı, beynəlxalq münasibətlər sistemində mühüm təsir imkanlarına malik olan bəzi ölkələrdə meydana çıxan siyasi xaos da diqqətlə izlənilir. Qaynar siyasi proseslərin yaşandığı Pakistan da bu baxımdan istisna deyil.
Bəllidir ki, bir müddət əvvəl Pakistan Milli Assambleyası baş nazir İmran Xana etimadsızlıq göstərdi, nəticədə hökumət istefaya göndərildi. Hökumət başçısı vəzifəsinə yeganə namizəd Şahbaz Şərif 174 deputatın səsi əsasında Pakistanın baş naziri seçildi. Pakistanın siyasi həyatında baş verən bu dəyişikliyin nədən qaynaqlandığı və regional geosiyasətə necə təsir göstərəcəyi maraq doğuran məsələlər sırasındadır.
Siyasi şərhçilər bu prosesdə ABŞ izi axtarırlar. Vurğulanır ki, İmran Xana etimadsızlıq ssenarisi okeanın o tayında hazırlanıb. Elə İmran Xan da baş verənlərə görə ABŞ-ı ittiham etmişdi. Səsləndirdiyi fikirlərin məğzini “Vaşinqton məni devirmək istəyir” təşkil edirdi. O iddia etmişdi ki, Pakistanın ABŞ-dakı səfirinə “İmran Xan gedərsə, Pakistan əfv ediləcək, əks təqdirdə, nəticələri ağır olacaq” cümləsinin əks olunduğu məktub verilib.
Avrasiyada geosiyasi qarşıdurmanın pik həddə çatdığı şəraitdə ABŞ-ın bu həmləsi təsadüfi xarakter daşımır:
- İlk növbədə, yenidən yüksəlişə keçmək istəyən, aparıcı güc mərkəzləri arasında yer almağa çalışan Pakistanın müstəqil siyasət yürütməsi çoxqütblü beynəlxalq nizamın yaranması tərəfdarı olmayan ABŞ tərəfindən müsbət qarşılanmadı. Vaşinqton müxtəlif vasitələrlə bu ölkəyə təzyiq göstərməyə çalışsa da, İmran Xan Pakistanın öz prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyini bəyan etdi. İstanbul-Tehran-İslamabad dəmir yolunun açılmasında fəallıq nümayiş etdirməsi, Birləşmiş Ştatlara Əfqanıstanda əməliyyat keçirməsi üçün öz ərazisindən istifadəyə icazə verməməsi və digər bir sıra amillər İmran Xanın Ağ Evin “qara siyahı”sına düşməsinə səbəb oldu. Beləliklə, Vaşinqton-İslamabad geosiyasi xəttində gərginlik Ağ Evi “B” planını həyata keçirmək üçün səfərbər etdi;
- İkincisi, daha bir məqsəd Moskvanın geosiyasi ətrafının təmizlənməsi - müttəfiqlərinin neytrallaşdırılmasıdır. Məlumdur ki, Pakistan xarici siyasət kursunda digər bir sıra güc mərkəzləri ilə yanaşı, Rusiya ilə də münasibətlərin inkişaf etdirilməsi kursunu seçmişdi. Rusiya-Ukrayna müharibəsinin başladığı 24 fevralda İmran Xanın Moskvaya getməsi Qərb mətbuatında ciddi tənqid edilmişdi. Vurğulanmışdı ki, Ağ Ev avropalı müttəfiqləri ilə ortaq mövqedən çıxış edərək İslamabadın Moskva ilə yaxınlığını bağışlamayacaq. Görünən odur ki, Vaşinqton regionda geosiyasi ətrafını möhkəmləndirmək üçün Pakistanda hakimiyyət dəyişikliyi ssenarisi hazırladı və tətbiq etdi;
- Üçüncü məqam Birləşmiş Ştatların Asiyada mövqelərin möhkəmləndirilməsi planı ilə əlaqədardır. Məlumdur ki, ABŞ Əfqanıstandan çıxmaq qərarının icrasına başlayarkən paralel olaraq Talibanın önünü açdı. Yəni hərbi-siyasi nəzarət Vaşinqtonun kontrolunda Talibana verildi. Bu addım, eyni zamanda, Çinin sərhədlərində yeni regional gərginlik mənbəyinin yaradılması demək idi. Bu, həm də “Bir kəmər, bir yol” layihəsinin quru dəhlizlərində potensial risk toxumlarının səpilməsi üçün edildi. Digər amil - Pakistan Taliban üzərində mühüm təsir mexanizmlərinə malikdir. Birləşmiş Ştatların yanaşmasına görə, İslamabadın Vaşinqtonla paralel hərəkət etməli, Ağ Evin geosiyasi istəklərini - təkliflərini geri çevirməməlidir. İmran Xan isə ABŞ-ın bu mövqeyini bölüşmədiyinə görə hədəfə çevrildi. Ona görə də Vaşinqton planlarının qarşısını kəsən siyasi fiquru zərərsizləşdirmək yolu seçdi.
Təbii ki, bu ölkədə baş vermiş dəyişiklik regional geosiyasətə ciddi təsir göstərə bilər. Bu, daha çox 4 amildən asılı olacaq:
- Pakistanın strateji seçimlərindən;
- Rusiya-Ukrayna müharibəsindən sonra yaranmış situasiyadan;
- Çinin geoiqtisadi fəallığından;
- Nəhayət, Vaşinqton-İslamabad geosiyasi xəttində təmaslardan.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

