Söz və nüfuz sahibi Azərbaycandır!
07.04.2022 [09:48]
Brüsseldən Bakıya geosiyasi baxış
Nurlan QƏLƏNDƏRLİ
Aprelin 6-da Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib. Görüşdə dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistanla Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşması prosesinə verdiyi töhfəni yüksək qiymətləndirib və ötən ilin dekabrında keçirilmiş üçtərəfli görüşü xatırladıb. Prezident İlham Əliyev həmin görüşdə müəyyən edilmiş Brüssel sülh gündəliyinin əhəmiyyətini qeyd edib və bu gün (dünən - red.) keçirilən üçtərəfli görüşün nəticəyönümlü olacağını vurğulayıb.
Şarl Mişel isə Ermənistan və Azərbaycan arasında aparılan dialoqun əhəmiyyətini qeyd edib. Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli gündəliyə dair məsələlər müzakirə edilib və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə dinamik şəkildə inkişaf etdiyi qeyd olunub.
Aİ Ermənistanla Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşması, Cənubi Qafqazda etimad quruculuğu ilə əlaqədar fəallıq nümayiş etdirir. Müzakirələr isə Brüsseldə müəyyən olunmuş sülh gündəliyi əsasında davam etdirilir. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, kommunikasiyaların bərpası, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələlər sülh gündəliyinə daxildir. Səsləndirilən fikirlər isə postmünaqişə dövründə prosesləri tənzimləyən əsas qüvvənin - söz və nüfuz sahibinin Azərbaycan olduğunu təsdiqləyir.
Görüşdə diqqət mərkəzində olan məsələlərdən biri də enerji təhlükəsizliyi olub. Şarl Mişel Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirib. Təbii ki, bu, proseslərin Avropanı enerji böhranına doğru apardığı hazırkı şəraitdə xüsusilə önəmlidir. “Qoca qitə”nin enerji təhlükəsizliyi məsələsində alternativ mənbələrə ehtiyacının olduğu, demək olar ki, hər gün ifadə edilir. Buna görə də etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi daha da aktuallaşır. Ölkəmizə inam isə sonsuzdur. Çünki Azərbaycan uzun müddətdir ki, Avropa bazarında etibarlı enerji təchizatçısıdır və prosesdə hər hansı fasilə olmayıb. Azərbaycanla əməkdaşlığın üstünlüyünü şərtləndirən digər amillər ondan ibarətdir ki, respublikamızın təbii qazının qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Eyni zamanda, Cənub Qaz Dəhlizi alternativ mənbə kimi çox mühüm əhəmiyyətə malikdir. Bu isə həm enerji təhlükəsizliyi, həm də regional iqtisadi sabitlik və inkişaf məsələsidir. Yeri gəlmişkən, məlumata əsasən, Azərbaycan 2022-ci ilin sonunadək Avropaya qaz tədarükünü ötən illə müqayisədə artırmağı planlaşdırır. 2021-ci ildə Avropaya 8,2 milyard kubmetr təbii qaz ixrac edilib. Bu il həmin göstəricinin 9,1 milyard kubmetrə çatdırılması planlaşdırılır. 2023-cü ildə isə Azərbaycanın Avropa ölkələrinə 11 milyard kubmetr qaz tədarük etməsi gözlənilir.
Bəhs olunan görüş zamanı regional təhlükəsizliyə dair fikir mübadiləsi də aparılıb. Bu, ilk növbədə, təhlükəsizlik məsələsində Cənubi Qafqazın lider dövlətinin Liderinin - Azərbaycan Prezidentinin fikir, rəy və mövqeyinin xüsusi nəzərə alındığını - əsas götürüldüyünü bir daha təsdiqləyir. Ölkələrin, təşkilatların rəsmi şəxslərinin regional təhlükəsizliklə bağlı - həm Cənubi Qafqazda postmüharibə reallıqları, həm də Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Prezident İlham Əliyev ilə müzakirələr aparması Azərbaycanın bölgənin geosiyasi gündəliyini formalaşdıran əsas qüvvələrdən biri olduğunu göstərir - Bakının nüfuzunu - prestijini əks etdirir.
Nəticə etibarilə, İlham Əliyev ilə Şarl Mişelin görüşü, səmərəli fikir mübadiləsinin - müzakirələrin aparılması regionda sülh quruculuğu, təhlükəsizlik və əməkdaşlıq mühitinin yaradılması, eləcə də Azərbaycan-Aİ münasibətlərinin inkişafı baxımından əhəmiyyətlidir. Brüsseldən Bakıya geosiyasi baxış Azərbaycanın etibarlı və perspektivli tərəfdaş kimi qəbul olunduğunu göstərir.
Xəbər lenti
Hamısına baxHadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28

