“Namus məhbusu” nə deməkdir?
20.01.2022 [18:04]
Saxta iddiaların ifadəsi də saxta olur
XIV əsr filosofu, dövlət xadimi və tarixçisi İbn Xaldun qeyd edirdi ki, siyasət ciddi fəaliyyət sahəsidir, siyasətçi adına iddialı olan isə iki keyfiyyəti eyni anda daşımalıdır: savadlı və əqidəli olmaq. Yeddi əsr əvvəl ifadə edilən fikir bu gün də öz aktuallığını qoruyur – intellekt və əqidə sahibi olmadan “siyasətçi” imici formalaşdırmaq mümkün deyil. Yalnız süni “siyasətçi” obrazı yaratmağa cəhd göstərmək olar. Eynilə bu gün “virtual siyasət”lə məşğul olan, özünü “sosial medianın siyasi fenomeni” qiyafəsində təqdim edənlər kimi. Bu barədə nümunələr çoxdur – necə deyərlər, “əlini sallasan, əllisi”, yaxud Əli Kərimlisi.
30 ilə yaxındır ki, siyasətdə özünə yer tapa bilməyən, son zamanlar isə “müxalifətçilik ştatı”nı istismar etməklə qrant və qonorar hesabına onlayn siyasi teatr tamaşaları təşkil edən Ə.Kərimli hər sözündə, hərəkətində intellektual yetərsizliyini və əqidə çatışmazlığını nümayiş etdirir. Sadəcə bir məqama diqqət yetirək: o, son paylaşımlarının birində azadlığa buraxılmış Əlizamin Salayev adlı şəxsi “namus məhbusu” adlandırır. Yəqin ki, ifadəni görən hər kəs təəccüblə soruşar: “namus məhbusu” nə deməkdir? Bu suala nəinki sıradan bir şəxs, hətta ekspert-mütəxəssis də cavab verə bilməz. Çünki elm dəqiqlik və müəyyənlik xüsusiyyətlərinə malikdir, “namus məhbusu” ifadəsi isə uydurma – qondarma, saxta ifadədir (eynilə onu səsləndirənin “siyasətçi” kimliyi və iddiaları kimi-red.). Ona görə də müraciət etdiyimiz hüquqşünas, sosioloq və filoloqlar belə bir ifadəyə indiyə qədər rast gəlmədiklərini qeyd etdilər. Bu söz birləşməsini “google” axtarış sistemində yazsaq da, ondan Ə.Kərimlidən başqa heç kimin istifadə etmədiyini – heç bir kitabda, dəftərdə, mənbədə olmadığını gördük.
Maraqlı məqam budur ki, Ə.Kərimli bu ifadəni 2020-ci il aprelində Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə azadlıqdan məhrum edilmiş şəxs haqqında deyib. Məgər böhtan atan və təhqir edən “namus məhbusu” olur? Əgər o, “namus məhbusu” deyəndə namus üstündə tutulanı nəzərdə tutursa, bunun başqasına böhtan atan və təhqir edənə aidiyyəti yoxdur. Böhtançılıq isə, yumşaq desək, əxlaqsızlıqdır. Buna görə həmin şəxsi, hər halda, Ə.Kərimlinin “məntiqi” ilə namusazidd hərəkət edən adam kimi səciyyələndirə bilərik...
Ə.Kərimli internet kanallarında desibel rekordu vuracaq qədər səs tonu ilə bağıraraq siyasi şoumenlik edərkən iki dəqiqədən bir ixtisasca hüquqşünas olduğunu dilə gətirir. Deməli, onun ixtisas biliyi də “siyasətçi” obrazı kimi saxtadır - əks halda, heç bir sənəddə, məcəllədə, qanunda, qanunvericilikdə olmayan “namus məhbusu”ndan istifadə etməzdi. Bu, savadsızlıqla yanaşı, saxtakarlıqdır. Böhtançını “namus məhbusu” adlandıraraq insanları aldatmağa çalışan Kərimli həm də vicdansızlıq edir. Çünki böhtan atmaq əxlaqsızlıq olduğu kimi, yalançılıq da vicdansızlıqdır. Onda Əli əfəndi buyursun, özünü də “vicdan məhbusu” adlandırsın!
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

