Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Razi Nurullayev: Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” imzaladığı Fərman mühüm əhəmiyyət kəsb edir

Razi Nurullayev: Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” imzaladığı Fərman mühüm əhəmiyyət kəsb edir

27.07.2021 [08:56]

“Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” imzaladığı Fərman böyük əhəmiyyət kəsb edir”. Bu fikirləri Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev deyib.
R.Nurullayev bildirib ki, bu Fərmanın iqtisadi və siyasi önəmi çox böyükdür. Sənəd həm iqtisadi, həm strateji, həm də tarixi baxımdan kifayət qədər vacibdir. Əvvəlki təsnifatda Yuxarı Qarabağ, Kəlbəcər və Laçın iqtisadi rayonları vardı və yeni təsnifatda Qarabağ bölgəsində yerləşən rayonlar Qarabağ iqtisadi rayonunda təmsil olunacaq. Məlumdur ki, bu torpaqlar müharibə nəticəsində ciddi dağıntılara məruz qalıb, infrastruktur xeyli ziyan görüb.
Partiya sədrinin sözlərinə görə, bundan sonra “Dağlıq Qarabağ”, yaxud “Dağlıq Qarabağ münaqişəsi” ifadələrini unutmaq lazımdır: “Prezidentin məlum Fərmanından sonra dilimizdə bu sözlər olacaq: Şərqi Zəngəzur iqtisadi rayonu və Qarabağ iqtisadi rayonu. Bu, o deməkdir ki, Xankəndi heç zaman Ermənistanın olmayacaq, ola da bilməz. Hələ üstəlik deməliyik ki, Ermənistanın ərazisində olan qədim Zəngəzur - bu gün Sünik adlandırılan vilayət də bizim tarixi torpağımızdır. Ermənistanın indi Qeqarkunik adlandırdığı Göyçə mahalı da keçən əsrin əvvəllərində ermənilərə verilib. Biz bu istiqamətdə təbliğatımızı daim aparmalıyıq. Bununla da cəmiyyətimizi gələcəyə hazırlamalıyıq”.

Paylaş:
Baxılıb: 669 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31