/ / Ermənilər qondarma “soyqırımı” iddiaları ilə beynəlxalq ictimai rəyi manipulyasiya etməyə çalışırlar
Ermənilər qondarma “soyqırımı” iddiaları ilə beynəlxalq ictimai rəyi manipulyasiya etməyə çalışırlar
24.04.2021 [09:42]
Özünə saxta tarix düzəltməkdə peşəkar olan ermənilər hər il olduğu kimi bu il də aprel ayında qondarma “soyqırımı” iddialarını gündəmə gətirməyə çalışırlar. Vurğulanmalıdır ki, bu kimi yalanlarla beynəlxalq rəyi manipulyasiyaya məruz qoymağa çalışan ermənilərin qondarma iddiaları bəzən bir sıra xarici qüvvələr üçün də təzyiq vasitəsinə çevrilir. Belə ki, Azərbaycan və Türkiyə kimi milli maraqlarını qoruyan, müstəqil siyasət həyata keçirən dövlətlərə məhz bu kimi qondarma iddialarla təzyiq göstərməyə çalışan bəzi xarici qüvvələr ermənilərdən bir vasitə kimi istifadə edirlər. Yeri gəlmişkən, qondarma “soyqırımı” iddiaları ilə bağlı bu günlərdə yenidən diqqət ABŞ-a yönəlib. 100 ildən artıqdır ki, saxta “soyqırımı” iddiası ilə özünün “məzlum” obrazını yaratmaq istəyən təcavüzkar ermənilər ABŞ prezidentinin ənənəvi çıxışında qondarma “soyqırımı” sözünün işlədilməsini “arzulayırlar”. Amma ekspertlərin də vurğuladıqları kimi, bu cür tarixi, hüquqi əsası olmayan yalanların ciddi dövlət xadimlərinin dilindən səslənməsi yolverilməzdir, eləcə də Türkiyə və Azərbaycanla olan əlaqələrə ciddi zərbə vurur. Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, ermənilər yüz ildən çoxdur ki, qondarma “soyqırımı” iddiası ilə öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Bəzi xarici qüvvələrin zaman-zaman bu yalanı “təftiş etmək” arzusu isə Türkiyəyə və müəyyən hallarda isə Azərbaycana qarşı siyasi təzyiqlərin göstərilməsi ilə bağlıdır: “Təbii ki, bundan istifadə etməyə çalışan beynəlxalq güclər mövcuddur. Onlar dərk edirlər ki, Türkiyə-Azərbaycan birliyinin regional gücə çevrilməsi ermənilərin illərdir yaymağa çalışdıqları yalanları da ifşa edəcək. Bu səbəbdən də, zaman-zaman bu yalanı gündəmə gətirməyə və təftiş etməyə çalışırlar. Hazırda bu qondarma “soyqırımı” iddiasının “ildönümü” ilə bağlı hər kəsin diqqəti ABŞ-a yönəlib. Fikrimcə, ABŞ prezidenti öz çıxışında maksimum ehtiyatlı davranmalı və tarixi əsası olmayan bir yalan üçün Türkiyə və Azərbaycan kimi dövlətləri incidən fikirlər səsləndirməməlidir”.
Milli Məclisin deputatı Vüqar İskəndərov da deyib ki, qondarma “erməni soyqırımı” haqqında yalanı dünyaya yaymağa çalışanlar tarixi təhrif edirlər: “Tarixdə belə bir “soyqırımı” olmayıb. Nəzərə alsaq ki, erməni iddialarının “tarixi” cəmisi 100 ildən bir az çox zamana gedib çıxır, bunu araşdırmaq olduqca asandır. Türkiyə dövləti hər zaman bununla bağlı araşdırmaların aparılmasına hazır olduğunu bildirir. Görünən budur ki, erməniləri hər zaman əllərində oyuncaq edən, onlardan Türkiyəyə və Azərbaycana qarşı istifadə edən bəzi xarici qüvvələr istərmirlər ki, bu tarixi həqiqətlər açılsın. Bu baxımdan hər il qondarma iddianı gündəmə gətirmək, onun “ildönümü”nü qeyd etmək bəzi xarici qərəzli dairələrin maraqlarına uyğundur. İnanıram ki, ABŞ prezidenti builki ənənəvi çıxışında bu yalanları dəstəkləyəcək hansısa bir fikir işlətməyəcək”.
Pərviz
Xəbər lenti
Hamısına baxSiyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05

