Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Elşad Musayev: İqtidar-müxalifət dialoqu siyasi qüvvələr arasında münasibətlərin inkişafına müsbət təsir göstərib

Elşad Musayev: İqtidar-müxalifət dialoqu siyasi qüvvələr arasında münasibətlərin inkişafına müsbət təsir göstərib

19.03.2021 [09:23]

“Ölkədə aparılan iqtidar-müxalifət dialoqu siyasi qüvvələr arasında münasibətlərin inkişafına müsbət təsir göstərib”. Bu fikirləri qəzetimizə açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.
Partiya sədrinin sözlərinə görə, ölkə başçısı İlham Əliyevin birbaşa rəhbərliyi ilə milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasətin aparılması olduqca mühüm əhəmiyyətə malikdir: “Hesab edirəm ki, ölkəmizin inkişafı üçün bütün siyasi qüvvələrin birgə fəaliyyəti genişləndirilməlidir. Ona görə ki, iqtidar-müxalifət münasibətlərinin yeni müstəviyə çıxması Azərbaycanın gələcəyi üçün yaxşı perspektivlər vəd edir. Ümid edirəm ki, bu dialoq prosesi ölkəmizin qarşısında dayanan mühüm vəzifələrin yerinə yetirilməsində əhəmiyyətli rol oynayacaq”.
Ölkədəki dialoq mühiti fonunda siyasətdə yeni konsolidasiyaların yaranması, o cümlədən 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmasına münasibət bildirən E.Musayev bu hadisəni müsbət qiymətləndirib: “İnteqrasiya yolu ilə partiyaların güclənməsi dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin inkişafına xidmət edə bilər”.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 631 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31