/ / İtaliya parlamentinin nümayəndələri Gəncəyə və Ağdama səfərləri barədə təəssüratlarını bölüşüblər
İtaliya parlamentinin nümayəndələri Gəncəyə və Ağdama səfərləri barədə təəssüratlarını bölüşüblər
08.12.2020 [09:43]
Gəncədə erməni terroru nəticəsində böyük dağıntıların yarandığı əraziyə və Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər edən İtaliya parlamentinin nümayəndə heyətinin üzvləri öz təəssüratlarını sosial şəbəkələrdəki hesablarında paylaşıblar.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin rəhbəri, Deputatlar Palatasının sədr müavini Ettore Rosato Azərbaycanın ikinci böyük şəhəri Gəncədə mülki əhalinin bombalanmasının dəhşətli nəticələri ilə tanış olduqlarını və bu dramatik mənzərəni heç zaman unutmayacağını yazıb. Qarabağda şəhər və kəndlərin talan olunduğunu və tamamilə yerlə-yeksan edildiyini bildirən E.Rosato Ağdam məscidinin minarəsindən videogörüntülər də paylaşıb. Qarabağa səfər edən ilk Avropa parlament nümayəndə heyətinin rəhbəri videoda Ağdam şəhərindəki dağıntıları nümayiş etdirib və tezliklə burada həyatın bərpa olunacağına ümid ifadə edib.
İtaliya Senatının Xarici əlaqələr daimi komissiyasının üzvü, hakim “5 Ulduz Hərəkatı” partiyasından olan senator Canluka Ferrara “Qafqazın Xirosiması” adlanan Ağdama gedən yolun minalanmış ərazilərdən keçdiyini yazıb. 1993-cü ildə erməni qoşunları tərəfindən işğal edilən və dağıdılaraq “ruhlar şəhərinə” çevrilən Ağdamda yeganə salamat binanın şəhər məscidi olduğunu qeyd edən C.Ferrara işğal illərində bu dini məbədin donuz tövləsi kimi istifadə edildiyini diqqətə çatdırıb. Bu dəhşəti, misli görünməmiş vəhşiliyi yaxından görə bilən ilk beynəlxalq missiyanın üzvü kimi o, səhraya dönmüş bu ərazilərə insanların tezliklə geri qayıdacaqlarına inam ifadə edib.
İtaliya parlamentində “İtaliya qardaşları” partiyasından olan senator, Senatın xarici əlaqələr daimi komissiyasının üzvü Adolfo Urso öz qeydlərində Gəncədə onlarla qadın, uşaq və qocanın ölümünə səbəb olan raket hücumundan bəhs edib. O, məhv olan ailələr, qətlə yetirilmiş uşaqların oyuncaqları, evlərin dağıdılmış divarlarını sağalması çətin olan yaranın təzahürləri kimi təqdim edib. Həmin dramatik hadisələrin bir daha təkrarlanmaması üçün bu yaraların və acıların sağaldılmalı olduğu qeyd edilib.
A.Urso Ağdamda məscidin donuz tövləsi kimi istifadəsini isə təhqir nümunəsi kimi dəyərləndirib və bu gördüklərinin təəssüf ki, ağrılı həqiqət olduğunu yazıb.
İtalyan parlamentari Alessandro Alfieri Gəncə və Ağdamda gördüyü vəziyyəti ətraflı təsvir edib. Bir zamanlar Azərbaycanın çiçəklənən şəhərlərindən biri olan Ağdama gedən yolda bütün üzüm bağlarının məhv edildiyi, əkin sahələrinin səhraya çevrildiyi, ətraf ərazilərin minalandığı və yalnız xüsusi hərbi hissələrin həmin ərazidə təmizləmə işləri apardığı bildirilir. Qeyd edilir ki, müharibə başa çatsa da, mülki əhali bu ərazilərə geri dönə bilmək üçün səbir etməlidir. O, yaxın günlərdə qohumlarının məzarlarını ziyarət etmək istəyərkən minaya düşən bir ailənin faciəsini də diqqətə çatdırır.
Parlamentari Ağdam haqqında təəssüratlarını müsbət notlarla bitirir. O qeyd edir ki, dəfələrlə Azərbaycan çempionu olmuş və Çempionlar Liqasında mübarizə aparmış Ağdamın “Qarabağ” futbol klubu bir neçə gün öncə öz ev stadionuna baş çəkdi və həmin mənzərə insanlarda təsirli hisslər doğurdu. Bu, bir daha göstərdi ki, dağıdılmış şəhər yenidən həyata geri dönə bilər.
Parlamentarilərin “Facebook”, “Twitter” və “Instagram” sosial şəbəkələrində birbaşa hadisə yerlərindən paylaşdıqları foto və videolar Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələri barədə dolğun təsəvvürlər yaradıb.
Xəbər lenti
Hamısına baxDünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25

