/ / Prezidentin köməkçisi Hikmət Hacıyev “Əl-Ərəbiyə” kanalına müsahibəsində Ermənistanın son təxribatlarından danışıb
Prezidentin köməkçisi Hikmət Hacıyev “Əl-Ərəbiyə” kanalına müsahibəsində Ermənistanın son təxribatlarından danışıb
20.10.2020 [09:47]
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib.
AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi müsahibədə Ermənistanın son təxribatları barədə danışıb.
Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki insanları qətlə yetirdiyini, infrastruktura böyük zərər vurduğunu bildirib. Qeyd edib ki, Ermənistan indi də müxtəlif raket sistemlərindən istifadə etməklə zərbələr endirir və bu, bizi çox narahat edir. Oktyabrın 17-də gecə saatlarında Ermənistan “SCUD” raketləri ilə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni atəşə tutub. Nəticədə 10-dan çox mülki şəxs ölüb. Ermənistan təcavüzkar dövlətdir, bu ölkənin silahlı qüvvələri tərəfindən Azərbaycan vətəndaşları qətlə yetirilir. Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib, mədəni irsimizi məhv edib. Ermənistanın raket sistemlərindən istifadə edərək mülki vətəndaşlarımızı hədəfə almasını İkinci Dünya müharibəsi zamanı baş verənlərə bənzətmək olar. Bəzi hallarda onlar gün ərzində çoxlu sayda raket hücumları həyata keçirirlər. Odur ki, bu silahlar məsuliyyətsiz şəkildə Ermənistana təqdim edilməməlidir. Ermənistan mülki şəxslərlə hərbçilər arasında fərq qoymur, bu raketləri necə gəldi, məsuliyyətsiz şəkildə istifadə edir. Bütün kanallardan istifadə edərək Ermənistanın bu raketlərlə təmin edilməsinin qarşısını almaq lazımdır. Ermənistan kasıb ölkədir. O, bu cür müasir silahları pulla almaq iqtidarında deyil.
Humanitar atəşkəslə bağlı suala cavabında Hikmət Hacıyev bildirib ki, Moskvada bununla bağlı əldə edilmiş razılaşmanı Ermənistan pozub, Gəncə şəhərinə ballistik raket hücumları həyata keçirib, yaşayış məskənlərimizi bombalayıb. Ermənistan çoxlu sayda hərbi qüvvələri cəm edib, işğaldan azad etdiyimiz kəndləri geri almağa cəhd edib. Azərbaycanın mövqelərini bombalamaq üçün hərbi təyyarələrdən, raketlərdən istifadə edib. Ermənistan atəşkəsdə maraqlı deyil. Onlar bu atəşkəsdən Azərbaycan torpaqlarının işğalına əsaslanan siyasətlərini davam etdirmək üçün istifadə edirlər. Nəticədə mülki şəxslər arasında çoxlu itkilər var. Əgər Ermənistan atəşkəsdə və sülhdə maraqlıdırsa, o, Azərbaycanın mövqelərini, Qarabağdakı tarixi yerləri, məscidlərimizi, dini abidələrimizi atəşə tutmağı dayandırmalıdır. Ermənistan bütün mədəni, dini abidələrimizi dağıdıb, təhqir edib, bununla da İslam ümmətini təhqir edir. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ədalətli mövqeyini, münaqişənin beynəlxalq hüquq çərçivəsində həllini daim dəstəkləyib. Türkiyə, Pakistan, Mərakeş, Səudiyyə Ərəbistanı kimi dövlətlər Azərbaycanı dəstəkləyirlər, beynəlxalq hüquqa görə Ermənistanın təcavüzkar tərəf olduğunu qəbul edirlər. Əgər Ermənistan bu münaqişənin həllində maraqlıdırsa, niyə yaşayış məskənlərimizi davamlı şəkildə atəşə tutur, köçkünlərin evlərinə qayıtmasına mane olur? Əgər bu münaqişənin sülh yolu ilə həllində maraqlıdırsa, danışıqlar masasına qayıtmalıdır. Əksinə, Ermənistan danışıqları uzadıb, substantiv danışıqlara getməyib. Ona görə də heç bir nəticə əldə edilməyib. Münaqişə BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında tam şəkildə həll olunmalıdır. Bu qətnamələrin əsas tələblərindən biri də Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarmasıdır. Atəşkəs çağırışı edən tərəflərdən gözləyirdik ki, onlar Ermənistandan təcavüzkar siyasətini dayandırmağı, silahlı qüvvələrini işğal olunmuş bütün ərazilərimizdən çıxarmağı da tələb edəcəklər. Bu, regionda sülhün bərqərar olması üçün əsas şərtdir.
Xəbər lenti
Hamısına baxSosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45

