/ / Prezidentin köməkçisi: Beynəlxalq ictimaiyyəti Ermənistanın cinayət əməllərini kəskin şəkildə qınamağa çağırırıq
Prezidentin köməkçisi: Beynəlxalq ictimaiyyəti Ermənistanın cinayət əməllərini kəskin şəkildə qınamağa çağırırıq
20.10.2020 [09:46]
Ermənistana qarşı siyasi-diplomatik təzyiqlərin olmaması və bu ölkənin əməllərinin qınanmaması onu yeni cinayətlər törətməyə sövq edir.
AZƏRTAC xəbər verir ki, bu fikri diplomatik korpusun nümayəndələrinin iştirakı ilə Gəncədə keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi deyib ki, diplomatların Gəncəyə səfərinin təşkilində məqsəd Ermənistanın Azərbaycan xalqına, Gəncə sakinlərinə qarşı törətdiyi hərbi cinayətlərlə yerində tanış olmaq, bu faktları əyani şəkildə görməkdir. Real faktlar odur ki, Ermənistan silahlı qüvvələri Ermənistan ərazisində olan hərbi hissələrdən və raket-artilleriya bazalarından Azərbaycanın şəhərlərinə hücumlar həyata keçirir.
Oktyabrın 4-dən Gəncəyə raket hücumları başlayıb, nəticədə mülki insanlar arasında yaralananlar və həyatını itirənlər var. Bir həftə əvvəl belə bir xəyanətkar hücum həyata keçirilmişdi, Gəncədə əhalinin sıx məskunlaşdığı ərazi “SCUD” tipli ballistik raketlə vurulmuşdu. Növbəti belə hücum bu gecə oldu. Mülki obyektlər və evlər dağılıb. Ən böyük faciə odur ki, mülki şəxslər ölüb, onların arasında uşaqlar da var. Bu ərazilərdə hər hansı bir hərbi baza yerləşmir. Ermənistan yalnız mülki şəxsləri hədəf alır. Beynəlxalq hüquqa əsasən, Ermənistanın bu əməlləri müharibə cinayətidir, mülki insanlara qarşı terrordur. Bu, 1992-ci ilin Xocalı faciəsindən sonra Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və soyqırımının başqa məzmunda həyata keçirilməsidir. Beynəlxalq ictimaiyyəti bu əməlləri kəskin şəkildə qınamağa çağırırıq. Əgər cinayət varsa, cəza da olmalıdır. Bu, dövlətlərarası münasibətlərdə təmin olunmalıdır. Biz təəssüf hissi ilə qeyd edirik ki, bu günə qədər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə münasibətdə beynəlxalq hüququn aliliyi təmin olunmayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

