Prezidentin köməkçisi: Azərbaycanın təcrübəsindən yararlanan bir çox dövlətlər var
01.07.2020 [10:23]
Koronavirusla müharibədə hər bir məsələdə olduğu kimi, xalq-dövlət birliyi ən vacib prinsiplərdən biri olmalıdır. Azərbaycan vətəndaşlarının bütün digər məsələlərdə olduğu kimi, bu məsələdə də dövlətin yanında olması çox yüksək qiymətləndirilir. Vətəndaşlarımızın mütləq əksəriyyəti də çox gözəl başa düşür ki, dövlətimizin bu siyasətinin təməlində vətəndaşlarımızın sağlamlığı, onların təhlükəsizliyinin təmin olunması dayanır.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 30-da keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Təbii ki, müəyyən istisnalar da vardır. Bu istisnalar hər birimizə çətinliklər yaradır, ölkəmizdə virusun yayılması ilə bağlı xoş olmayan tendensiyaların yaranmasına səbəb olur”, - deyən Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan bu məsələdə digər ölkələrlə də fikir mübadiləsi aparır. Azərbaycanın təcrübəsindən yararlanan bir çox dövlətlər var.
Xaricdə olan vətəndaşlarımız ölkəmizə gətirilməsi ilə bağlı məsələdən də bəhs edən Hikmət Hacıyev qeyd edib ki, artıq Bakı-İstanbul-Bakı istiqaməti üzrə Azərbaycan Hava Yolları və Türk Hava Yolları şirkətlərinin xətti ilə çarter reysləri təşkil olunur. Burada əsas şərt ondan ibarətdir ki, həm Azərbaycanın, həm də Türkiyənin müəyyən olunmuş aidiyyəti səhiyyə institutları, nazirləri tərəfindən qoyulmuş şəhadətnamələrə uyğun olaraq son 48 saat ərzində etibarlı olan testlər həyata keçirən vətəndaşlar bu imkandan yararlanacaqlar və onlar artıq karantində saxlanılmırlar. Lakin onlar iki həftə evdən çıxmamaq haqqında öhdəlik götürdükləri üçün onlara bu müddət ərzində icazələr verilmir. Digər istiqamətlər üzrə də bu qəbildən olan çarter reyslərinin təşkili məsələsi də nəzərdən keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

